03 Dekabr 2020 16:08
Koreya hökuməti ölkəmizə Səyyar COVID - 19 Müayinə Köşkləri ianə edib
Koronavirus (COVID-19) pandemiyasının qarşısının alınmasına dəstək məqsədilə Koreya hökuməti Azərbaycana 3 ədəd Səyyar COVID – 19 Müayinə Köşkü ianə edib.
03 dekabr 2020-ci il tarixində Heydər Əliyev adına Beynəlxalq Hava Limanında humanitar yardımın qəbulu mərasimində İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin (Agentlik) İdarə Heyəti sədrinin müavini Nigar Bayramova, Koreya Respublikasının Azərbaycandakı səfiri Kim Tonq Op və Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyinin (KOICA) Azərbaycandakı Nümayəndəliyinin ölkə üzrə direktoru Kumok Park iştirak ediblər.
Nigar Bayramova Koreya hökumətinə öz təşəkkürünü bildirib: “Bu addım Koreya hökumətinin müxtəlif şəraitlərdə, xüsusilə pandemiyaya qarşı mübarizə şəraitində dost ölkələrə dəstəyini nümayiş etdirir. Müayinə köşkləri vasitəsilə tibb işçiləri daha az risk altında olacaqlar”.
Koreya Respublikasının Azərbaycandakı səfiri Kim Tonq Op öz növbəsində bildirib ki, Koreya hökuməti COVID-19 pandemiyası ilə mübarizə tədbirlərində hər zaman Azərbaycan hökumətinə öz dəstəyini göstərməyə hazırdır. Onun sözlərinə görə müayinə köşkləri xəstə ilə test götürən arasındakı təması sıfıra endirməyə, sosial məsafə normalarına riayət etməyə, fərdi mühafizə vasitələrinə ehtiyacın azaldılmasına və vaxt itkisinin aradan qaldırılmasına kömək olacaq.
Qeyd edək ki, yığcam və daşınma üçün münasib olan müayinə köşkləri Heydər Əliyev adına Beynəlxalq Hava Limanında quraşdırılacaq.
Məlumat üçün bildirək ki, bundan əvvəl Koreya hökuməti tərəfindən COVID-19 pandemiyası ilə mübarizə məqsədilə Azərbaycana 350 min ədəd qoruyucu KF94 maskası təhvil verilib.
Xəbərlər
İcbari tibbi sığorta ilə 182 000-dən artıq doğuş aparılıb
16 İyul 2024 11:10
Diz oynağının endoprotezləşməsində İsveçrə istehsalı protezlərdən istifadə olunur
12 İyul 2024 10:42
Kəskin orta otitin cərrahi müalicəsi icbari tibbi sığorta ilə qarşılanır
09 İyul 2024 11:11
Tiroidektomiya əməliyyatı icbari tibbi sığorta ilə ödənişsizdir
05 İyul 2024 10:25
İcbari tibbi sığorta ilə qasıq yırtığı açıq və laparoskopik üsulla bərpa olunur
01 İyul 2024 15:18
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin nümayəndə heyəti Yaponiyaya işgüzar səfər edib
28 İyun 2024 10:51
İcbari tibbi sığorta ilə 540 splenektomiya əməliyyatı icra olunub
24 İyun 2024 14:52
Zaur Əliyev Goranboy şəhərində vətəndaşları qəbul edib
21 İyun 2024 17:00
İcbari tibbi sığorta uşaqlığın çıxarılması əməliyyatını qarşılayır
21 İyun 2024 10:57
Agentlik, TƏBİB və Ankara Universiteti üçtərəfli anlaşma memorandumu imzaladı
14 İyun 2024 14:49