16 Mart 2022 16:27
Nigar Bayramova ÜST-nin təşkil etdiyi vebinarda iştirak edib
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyəti sədrinin müavini Nigar Bayramova “Müstəqil Dövlətlər Birliyi (MDB) ölkələrində əhalinin sağlamlığının qorunması və səhiyyənin maliyyələşdirilməsi sahəsində islahatlar: Biliklərin mübadiləsi və regional perspektivlər” mövzusunda keçirilən vebinarda iştirak edib.
Vebinarda təqdimatla çıxış edən N. Bayramova ölkəmizdə icbari tibbi sığortanın tətbiqi ilə əlaqədar görülən işlərdən danışıb: “Azərbaycanda icbari tibbi sığortanın tətbiqi və vətəndaşların tibbi xidmətlərə əlçatanlığının artırılması dövlətin həyata keçirdiyi səhiyyə islahatının tərkib hissəsidir. Bunun bariz nümunəsidir ki, cari ilin dövlət büdcəsindən səhiyyə xərclərinə 1 milyard 789 milyon manat ayrılıb. Bu məbləğin təqribən 1 milyard 126 milyon manatını əhalinin dövlət büdcəsi hesabına icbari tibbi sığortalanması xərcləri və səhiyyə sahəsində bir sıra dövlət proqramlarının və tədbirlərin maliyyə təminatı təşkil edir”.
N. Bayramova həmçinin əldə olunan nailiyyətlərlə yanaşı səhiyyənin yeni maliyyələşmə modelinin tətbiqindən irəli gələn çətinliklər haqqında məlumat verib və vebinar iştirakçıları ilə öz tövsiyələrini bölüşüb. Təqdimatın sonunda N. Bayramova ünvanlanan sualları cavablandırıb. Tədbir iştirakçıları tərəfindən Azərbaycanda bütün vətəndaşların işləməsindən və sığorta haqqı ödəməsindən asılı olmayaraq icbari tibbi sığorta ilə əhatə olunması yüksək qiymətləndirilib.
Səhiyyənin Maliyyələşməsi üzrə Qlobal Şəbəkə (P4H), Beynəlxalq Əmək Təşkilatı və Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən təşkil olunan vebinarda MDB üzvü olan 3 ölkənin (Azərbaycan, Qazaxıstan və Qırğızıstan) nümayəndələri iştirak edib. Panel müzakirələrinə isə müxtəlif ölkələrdən 300-dən çox iştirakçı dinləyici qismində qoşulub.
Tədbirin keçirilməsində məqsəd ölkələrin əhalinin sağlamlığının qorunması və səhiyyənin maliyyələşdirilməsi sahəsində əldə etdikləri təcrübəni və nailiyyətləri digər ölkələrlə bölüşməsinə imkan yaratmaq və bu sahədəki bilikləri artırmaqdır.
P4H Şəbəkəsi Universal Tibbi Təminat üçün əhalinin sağlamlığının qorunmasına və səhiyyənin maliyyələşdirilməsi üzrə formalaşdırılan qlobal şəbəkədir. Şəbəkə bu sahədə effektiv nəticənin əldə olunmasına dəstək üçün texniki əməkdaşlıq və dialoq imkanı yaradır. 2007-ci ildə “Böyük səkkizlik” ölkələrinin Almaniyada keçirdiyi sammitində yaradılan Şəbəkə Universal Tibbi Təminatı və Dayanıqlı İnkişaf Məqsədlərinin sağlamlıqla bağlı digər hədəflərini dəstəkləyir. Bu gün P4H şəbəkəsi Afrika, Asiya, Avropa və Amerika qitələrinin 40-dan artıq ölkəsində fəaliyyət göstərir.
Xəbərlər
İcbari tibbi sığorta ilə 182 000-dən artıq doğuş aparılıb
16 İyul 2024 11:10
Diz oynağının endoprotezləşməsində İsveçrə istehsalı protezlərdən istifadə olunur
12 İyul 2024 10:42
Kəskin orta otitin cərrahi müalicəsi icbari tibbi sığorta ilə qarşılanır
09 İyul 2024 11:11
Tiroidektomiya əməliyyatı icbari tibbi sığorta ilə ödənişsizdir
05 İyul 2024 10:25
İcbari tibbi sığorta ilə qasıq yırtığı açıq və laparoskopik üsulla bərpa olunur
01 İyul 2024 15:18
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin nümayəndə heyəti Yaponiyaya işgüzar səfər edib
28 İyun 2024 10:51
İcbari tibbi sığorta ilə 540 splenektomiya əməliyyatı icra olunub
24 İyun 2024 14:52
Zaur Əliyev Goranboy şəhərində vətəndaşları qəbul edib
21 İyun 2024 17:00
İcbari tibbi sığorta uşaqlığın çıxarılması əməliyyatını qarşılayır
21 İyun 2024 10:57
Agentlik, TƏBİB və Ankara Universiteti üçtərəfli anlaşma memorandumu imzaladı
14 İyun 2024 14:49