13 Noyabr 2019 10:50
Oktyabr ayında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə 384 vətəndaş müraciəti daxil olub
2019-cu ilin oktyabr ayı ərzində İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə ümumilikdə 384 müraciət daxil olub. Onların 132-si ərizə, şikayət və təklif xarakterli olmaqla məktub, 252-si telefon vasitəsilə edilib. Daxil olan müraciətlərin 130-u müayinə, müalicə və cərrahi əməliyyatlar, 51-i əlillik məsələləri, 30-u işə qəbul və əmək münasibətləri, 13-ü ambulator dərman təminatı, 18-i tibbi xidmətlər üzrə ödənişlər və 27-si digər mövzuları əhatə edib. Telefon vasitəsilə daxil olan sorğu xarakterli müraciətlərin 115-i icbari tibbi sığortanın gələn ildən ölkə üzrə tətbiqi və sığortahaqları, bu sahəni tənzimləyən qanunvericiliklə bağlı olub. Müraciətlərin əksəriyyəti icbari tibbi sığortanın pilot layihə olaraq həyata keçirildiyi Mingəçevir şəhəri, Yevlax və Ağdaş rayonlarının sakinləri tərəfindən edilib.
Bütün müraciətlərə qanunvericiliklə müəyyən edilmiş qaydada və müddətdə baxılıb. Agentliyin fəaliyyətinə aid olmayan müraciətlər isə baxılması üçün aidiyyəti üzrə digər təşkilatlara göndərilib.
Qəbul qrafikinə uyğun olaraq oktyabr ayında Agentliyin rəhbərliyi və vəzifəli şəxsləri tərəfindən 31 vətəndaş qəbul edilib. Qəbula gələn vətəndaşlar əsasən tibbi sərfin qarşılanması, ambulator dərman vasitələri və işlə təminat, əlillik dərəcəsinin təyin edilməsi, müayinə-müalicə, cərrahi əməliyyatlar və s. məsələlər ilə bağlı müraciət ediblər. Vətəndaşların müraciətləri qanunvericiliyin tələblərinə uyğun şəkildə cavablandırılıb və onların həlli istiqamətində zəruri tapşırıqlar verilib.
Xəbərlər
İcbari tibbi sığorta ilə 182 000-dən artıq doğuş aparılıb
16 İyul 2024 11:10
Diz oynağının endoprotezləşməsində İsveçrə istehsalı protezlərdən istifadə olunur
12 İyul 2024 10:42
Kəskin orta otitin cərrahi müalicəsi icbari tibbi sığorta ilə qarşılanır
09 İyul 2024 11:11
Tiroidektomiya əməliyyatı icbari tibbi sığorta ilə ödənişsizdir
05 İyul 2024 10:25
İcbari tibbi sığorta ilə qasıq yırtığı açıq və laparoskopik üsulla bərpa olunur
01 İyul 2024 15:18
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin nümayəndə heyəti Yaponiyaya işgüzar səfər edib
28 İyun 2024 10:51
İcbari tibbi sığorta ilə 540 splenektomiya əməliyyatı icra olunub
24 İyun 2024 14:52
Zaur Əliyev Goranboy şəhərində vətəndaşları qəbul edib
21 İyun 2024 17:00
İcbari tibbi sığorta uşaqlığın çıxarılması əməliyyatını qarşılayır
21 İyun 2024 10:57
Agentlik, TƏBİB və Ankara Universiteti üçtərəfli anlaşma memorandumu imzaladı
14 İyun 2024 14:49