19 Yanvar 2022 14:35
Ötən il 3206 hərbi qulluqçu, şəhid ailəsi üzvü və müharibədən zərər çəkmiş şəxsə psixoloji yardım göstərilib
Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan hərbi əməliyyatlarda iştirak etmiş 2072 hərbi qulluqçuya, 715 şəhid ailəsinə və müharibədən zərər çəkmiş 419 şəxsə 2021-ci ildə psixoloji yardım göstərilib. Psixoloji yardım xidməti ölkə üzrə 8 şəhər və rayonda - Bakı, Sumqayıt, Gəncə, Quba, Şirvan, Ağdam, Şəki və Lənkəran - “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” (TƏBİB) və Səhiyyə Nazirliyinin tabeliyindəki tibb müəssisələrində yaradılmış psixoloji yardım mərkəzlərində həyata keçirilib. İxtisaslaşdırılmış psixoloji yardım xidmətinin icbari tibbi sığortanın Xidmətlər Zərfinə daxil olmadığına baxmayaraq, müharibə iştirakçılarının və şəhid ailələrinin psixi sağlamlığının qorunması vacibliyini nəzərə alaraq həmin şəxslərə ödənişsiz şəkildə psixoloji konsultasiya xidməti göstərilib.
Eyni zamanda İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin 1542 (2) psixoloji dəstək xəttinə ötən il müharibə iştirakçısı, şəhid ailəsi üzvü və müharibədən zərər çəkmiş şəxs tərəfindən 290 müraciət daxil olub. Həmin şəxslərdə yaranmış psixoloji problemlərin həlli və stress vəziyyətlərin nəticələrinin aradan qaldırılması istiqamətində zəruri tədbirlər görülüb.
Mərkəzlərdə həmçinin müayinə əsasında psixi pozuntuların müalicəsi üçün 6 adda zəruri psixotrop dərman preparatları ödənişsiz təqdim olunur. Səhiyyə Nazirliyinin İnnovasiya və Təchizat Mərkəzi tərəfindən təchiz edilən dərman preparatlarını regional psixoloji yardım mərkəzlərinin fəaliyyət göstərdiyi müəssisələrdən və ya burada çalışan psixoloqların yönləndirdiyi tibb müəssisələrindən əldə etmək olar.
Qeyd edək ki, ölkənin ərazi bütövlüyü uğrunda aparılan hərbi əməliyyatlarda iştirak etmiş hərbi qulluqçulara, şəhid ailələrinə və müharibədən zərər çəkmiş şəxslərə psixoloji yardımın göstərilməsi Nazirlər Kabinetinin 13 yanvar 2021-ci il 8 nömrəli qərarına əsasən həyata keçirilir.
Xəbərlər
İcbari tibbi sığorta ilə 182 000-dən artıq doğuş aparılıb
16 İyul 2024 11:10
Diz oynağının endoprotezləşməsində İsveçrə istehsalı protezlərdən istifadə olunur
12 İyul 2024 10:42
Kəskin orta otitin cərrahi müalicəsi icbari tibbi sığorta ilə qarşılanır
09 İyul 2024 11:11
Tiroidektomiya əməliyyatı icbari tibbi sığorta ilə ödənişsizdir
05 İyul 2024 10:25
İcbari tibbi sığorta ilə qasıq yırtığı açıq və laparoskopik üsulla bərpa olunur
01 İyul 2024 15:18
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin nümayəndə heyəti Yaponiyaya işgüzar səfər edib
28 İyun 2024 10:51
İcbari tibbi sığorta ilə 540 splenektomiya əməliyyatı icra olunub
24 İyun 2024 14:52
Zaur Əliyev Goranboy şəhərində vətəndaşları qəbul edib
21 İyun 2024 17:00
İcbari tibbi sığorta uşaqlığın çıxarılması əməliyyatını qarşılayır
21 İyun 2024 10:57
Agentlik, TƏBİB və Ankara Universiteti üçtərəfli anlaşma memorandumu imzaladı
14 İyun 2024 14:49