22 Yanvar 2021 11:30
Tibb bacıları üçün “İnfeksiyaya nəzarət və profilaktikanın təşkili” mövzusunda təlimlərə başlanılıb
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi (Agentlik) və Asiya İnkişaf Bankının (AİB) birgə təşkilatçılığı ilə “İnfeksiyaya nəzarət və profilaktikanın təşkili” mövzusunda tibb bacıları üçün təlimlərə başlanılıb. Təlimlər “COVID-19 yeni növ koronavirus pandemiyasının, habelə digər yoluxucu xəstəliklərlə bağlı potensial pandemiyaların mənfi təsirinin azaldılması məqsədilə regional dəstək” texniki yardım layihəsi çərçivəsində həyata keçirilir.
Təlim COVID-19 və digər respirator virusların törədə biləcəyi infeksiyanın yayılmasının qarşısının alınması, infeksiyaya nəzarət və profilaktika tədbirlərinin düzgün icrası ilə bağlı beynəlxalq təcrübəyə əsaslanaraq tibb bacılarının bilik və bacarıqlarının artırılması məqsədi ilə təşkil olunub.
Təlimçi qismində Türkiyənin Aydın Adnan Menderes Universiteti Xəstəxanasının infeksion nəzarət üzrə mütəxəssisi Müjgan Aydemir çıxış edir. Üç həftə ərzində davam edəcək təlimlərdə Bakı, Sumqayıt, Gəncə, Şəki, Lənkəran və Qubada yerləşən dövlət tibb müəssisələrindən 30 nəfər tibb bacısı iştirak edir.
Nəzəri və praktiki hissələrdən ibarət olan təlimin ilk həftəsi Ə.D.Məlikov adına 6 nömrəli Birləşmiş Şəhər Xəstəxanasında keçirilir. Nəzəri hissədə iştirakçılar infeksion nəzarət və profilaktika sahəsində biliklərə yiyələnəcək, infeksion nəzarət protokollarına dair xəstəxanadaxili mövcud qaydalar nəzərdən keçiriləcək. Praktiki hissədə isə M.Aydemirin nəzarəti altında tibb bacıları tərəfindən infeksion nəzarət üzrə yenilənmiş qaydalar tətbiq olunacaq.
Təlimdə həmçinin AİB, Agentlik, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin və xəstəxananın nümayəndələri iştirak edirlər.
Növbəti həftələrdə təlimlər K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutu və M.A.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzində keçiriləcəkdir.
Xəbərlər
İcbari tibbi sığorta ilə 182 000-dən artıq doğuş aparılıb
16 İyul 2024 11:10
Diz oynağının endoprotezləşməsində İsveçrə istehsalı protezlərdən istifadə olunur
12 İyul 2024 10:42
Kəskin orta otitin cərrahi müalicəsi icbari tibbi sığorta ilə qarşılanır
09 İyul 2024 11:11
Tiroidektomiya əməliyyatı icbari tibbi sığorta ilə ödənişsizdir
05 İyul 2024 10:25
İcbari tibbi sığorta ilə qasıq yırtığı açıq və laparoskopik üsulla bərpa olunur
01 İyul 2024 15:18
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin nümayəndə heyəti Yaponiyaya işgüzar səfər edib
28 İyun 2024 10:51
İcbari tibbi sığorta ilə 540 splenektomiya əməliyyatı icra olunub
24 İyun 2024 14:52
Zaur Əliyev Goranboy şəhərində vətəndaşları qəbul edib
21 İyun 2024 17:00
İcbari tibbi sığorta uşaqlığın çıxarılması əməliyyatını qarşılayır
21 İyun 2024 10:57
Agentlik, TƏBİB və Ankara Universiteti üçtərəfli anlaşma memorandumu imzaladı
14 İyun 2024 14:49