25 İyul 2019 10:24
Tibb müəssisələrinin idarəedilməsinin təkmilləşdirilməsinə dair təkliflər hazırlanıb
Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 20 dekabr tarixli 418 nömrəli Fərmanının 6.3-cü bəndinin icrası olaraq İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi (Agentlik) tərəfindən “Tibb müəssisələrinin idarəedilməsinin təkmilləşdirilməsi, fəaliyyətinin optimallaşdırılması, habelə daha səmərəli idarəetmə üsullarının tətbiq edilməsinə dair təkliflər” sənədi hazırlanıb.
Sənəd Bakıda və regionlarda tibb müəssisələrinin ilkin dəyərləndirilməsinin nəticələri əsasında tərtib edilib. Dəyərləndirmə dörd müxtəlif istiqamət - mövcud maddi-texniki infrastruktur, tibbi xidmət imkanları, informasiya texnologiyaları və tibbi-statistik uçot üzrə aparılıb. Sənəd hazırlanarkən dünya üzrə statistik məlumatlar, ayrı-ayrı beynəlxalq təşkilatların hesabatları öyrənilib, müxtəlif ölkələrin təcrübələri nəzərə alınıb.
Sənəddə tibb müəssisələrinin idarəedilməsinin təkmilləşdirilməsi məqsədilə bir sıra islahatların – tibb müəssisəsi şəbəkəsinin optimallaşdırılması, tibbi avadanlıqlarla təchizatın gücləndirilməsi, kadr resurslarının inkişaf etdirilməsi və ölkə üzrə düzgün paylanılması təklif olunur.
Təkliflərə əsasən tibbi xidmətlərin keyfiyyətinin artırılması məqsədilə Agentlik tərəfindən 2020-ci ildən etibarən 20 keyfiyyət standartının tətbiq edilməsi nəzərdə tutulur. Sonrakı illərdə isə keyfiyyət standartlarının sayı artırılacaq. Bununla yanaşı, səhiyyə göstəricilərinin izlənilməsi və əhalinin sağlamlıq durumunun öyrənilməsi məqsədi ilə Agentlik tərəfindən ilkin mərhələdə 16 indikatorun tətbiqi nəzərdə tutulub. İndikatorlar səhiyyə xərclərinin analizi, maliyyə dayanıqlılığı, doğum və ölüm göstəriciləri və tibbi xidmətlərdən istifadə üzrə statistik məlumatları izləyəcək.
Təkliflər arasında həmçinin həkimlərin əməkhaqlarının ödənilməsində tətbiq olunan vahid tarif-ixtisas cədvəlinin yenilənməsi və əmək bazarının tələblərinə uyğunlaşdırılması nəzərdə tutulur. Bu yanaşmanın tətbiqi göstərilən xidmətlərin spektrinin genişləndirilməsinə və keyfiyyətinin artmasına səbəb olacaq.
Xəbərlər
İcbari tibbi sığorta ilə 182 000-dən artıq doğuş aparılıb
16 İyul 2024 11:10
Diz oynağının endoprotezləşməsində İsveçrə istehsalı protezlərdən istifadə olunur
12 İyul 2024 10:42
Kəskin orta otitin cərrahi müalicəsi icbari tibbi sığorta ilə qarşılanır
09 İyul 2024 11:11
Tiroidektomiya əməliyyatı icbari tibbi sığorta ilə ödənişsizdir
05 İyul 2024 10:25
İcbari tibbi sığorta ilə qasıq yırtığı açıq və laparoskopik üsulla bərpa olunur
01 İyul 2024 15:18
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin nümayəndə heyəti Yaponiyaya işgüzar səfər edib
28 İyun 2024 10:51
İcbari tibbi sığorta ilə 540 splenektomiya əməliyyatı icra olunub
24 İyun 2024 14:52
Zaur Əliyev Goranboy şəhərində vətəndaşları qəbul edib
21 İyun 2024 17:00
İcbari tibbi sığorta uşaqlığın çıxarılması əməliyyatını qarşılayır
21 İyun 2024 10:57
Agentlik, TƏBİB və Ankara Universiteti üçtərəfli anlaşma memorandumu imzaladı
14 İyun 2024 14:49