14 Noyabr 2020 14:03
Türkiyə Respublikasının tibb mütəxəssislərindən ibarət nümayəndə heyəti İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyində olub
14 noyabr 2020-ci il tarixində İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin (Agentlik) İdarə Heyətinin sədri Zaur Əliyev Türkiyə Respublikası Səhiyyə Nazirliyinin Avropa Birliyi və Xarici Əlaqələr Baş İdarəsinin müdiri Selami Kılıç ilə görüşüb.
Görüşdə Türkiyənin Gülhanə Tədris və Araşdırma Xəstəxanasının baş həkimi Serkan Gökkaya, Ankara şəhər Xəstəxanasının Pediatriya Mərkəzinin rəhbəri Emrah Şenel, Agentliyin İdarə Heyəti sədrinin müavini Nigar Bayramova, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı və TƏBİB-in İdarə Heyəti sədrinin müşaviri Şəhriyar Fətullayev iştirak ediblər.
Görüşün məqsədi göstərilən tibbi xidmətlərin keyfiyyətinin artırılması üçün ehtiyaclarla yerində tanış olmaq və gələcək əməkdaşlıq perspektivlərini müzakirə etməkdən ibarət olub. Xəstəxanaların idarəolunması işinin təşkili, Türkiyədəki tibb müəssisələri ilə Azərbaycandakı müəssisələr arasındakı “model xəstəxana” quruculuğu, tibbi-elmi tədqiqat işlərinin aparılması istiqamətində əməkdaşlıq imkanları nəzərdən keçirilib.
Selami Kılıç səmimi qəbula görə Agentliyin İdarə Heyətinin sədrinə təşəkkürünü bildirib. Onun sözlərinə görə, Türkiyə Respublikası Səhiyyə Nazirliyinin 21 nəfərdən ibarət tibb mütəxəssisi 1 saylı Kliniki Tibbi Mərkəzdə fəaliyyət göstərmək məqsədilə Azərbaycan Respublikasına ezam olunub: “TƏBİB-in tabeliyində olan dövlət tibb müəssisələrində fəaliyyət göstərən politravma mərkəzlərindəki xəstələrin müalicəsinin təşkili məsələlərinə Türkiyədə təhsil almış həkimlər də dəstək olacaq”.
Zaur Əliyev öz növbəsində cəbhədə torpaqlarımız uğrunda vuruşan yaralı hərbçilərə tibbi xidmət göstərmək üçün ölkəmizə ezam olunan tibb mütəxəssislərinə görə Selami Kılıça minnətdarlığını bildirib. Agentliyin İdarə Heyətinin sədri ölkəmizdə səhiyyə sahəsində həyata keçirilən islahatlar, elektron səhiyyənin mövcud vəziyyəti və s. barədə qonaqlara məlumat verib və Azərbaycan-Türkiyə arasında səhiyyə sahəsində əməkdaşlığın daha da inkişaf etdiriləcəyini vurğulayıb.
Xəbərlər
İcbari tibbi sığorta ilə 182 000-dən artıq doğuş aparılıb
16 İyul 2024 11:10
Diz oynağının endoprotezləşməsində İsveçrə istehsalı protezlərdən istifadə olunur
12 İyul 2024 10:42
Kəskin orta otitin cərrahi müalicəsi icbari tibbi sığorta ilə qarşılanır
09 İyul 2024 11:11
Tiroidektomiya əməliyyatı icbari tibbi sığorta ilə ödənişsizdir
05 İyul 2024 10:25
İcbari tibbi sığorta ilə qasıq yırtığı açıq və laparoskopik üsulla bərpa olunur
01 İyul 2024 15:18
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin nümayəndə heyəti Yaponiyaya işgüzar səfər edib
28 İyun 2024 10:51
İcbari tibbi sığorta ilə 540 splenektomiya əməliyyatı icra olunub
24 İyun 2024 14:52
Zaur Əliyev Goranboy şəhərində vətəndaşları qəbul edib
21 İyun 2024 17:00
İcbari tibbi sığorta uşaqlığın çıxarılması əməliyyatını qarşılayır
21 İyun 2024 10:57
Agentlik, TƏBİB və Ankara Universiteti üçtərəfli anlaşma memorandumu imzaladı
14 İyun 2024 14:49