Loading...

Mərkəzi Neftçilər Xəxtəxanasına müasir tibbi avadanlıqlar ianə edilib

07.05.2025, 17:32

Yaponiya hökuməti tərəfindən Mərkəzi Neftçilər Xəxtəxanasına ianə edilən tibbi avadanlıqların təqdimat mərasimi keçirilib.

Tədbirdə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İcraçı direktoru Vüqar Qurbanov, Yaponiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Vatanebe Katsuya, Mərkəzi Neftçilər Xəxtəxanasının (MNX) direktoru Musa Abbasov və xəstəxananın tibb heyəti iştirak ediblər.

Tədbirdə çıxış edən Agentliyin İdarə Heyətinin sədri Zaur Əliyev qeyd edib ki, bu ianə  xalqlarımız arasında yalnız dostluğun rəmzi deyil, həm də Yaponiyanın qlobal miqyasda əhalinin sağlamlığının qorunmasına və humanitar dəstəyə sadiqliyinin göstəricisidir: “Müasir cihazlar həkimlərə xəstəlikləri daha tez və dəqiq müəyyən etməyə, vaxtında müdaxilə etməyə imkan verir. Bu da xəstələrin daha sürətli və rahat şəkildə tibbi xidmət almasına şərait yaradır”.

TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov bildirib ki, bu avadanlıqlar tibb müəssisəsinin maddi-texniki bazasını gücləndirməklə yanaşı, həkimlərin müasir texnologiyalarla işləməsinə şərait yaradır. Nəticədə, vətəndaşlara yüksək keyfiyyətli tibbi xidmətlərin göstərilməsinə xidmət edir.

Yaponiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Vatanebe Katsuyanın sözlərinə görə, layihə çərçivəsində xəstəxanaya Yaponiyanın aparıcı şirkətləri olan Canon və Fujifilm istehsalı olan üç növ tibbi avadanlıq - angioqrafiya, daşınabilən rentgen və ultrasəs müayinə cihazları təqdim olunub. O, bu layihənin reallaşmasının gələcəkdə ölkələrimiz arasında əlaqələrin daha da dərinləşməsinə səbəb olacağına ümid etdiyini bildirib.

Mərkəzi Neftçilər Xəstəxanasının direktoru Musa Abbasov bildirib ki, müasir tibbin tələblərinə cavab verən tibbi avadanlıqlara xüsusilə angioqrafiya aparatına xəstəxanada ehtiyac var idi.  3D görüntüləmə funksiyaları ilə təchiz olunmuş cihazın köməkliyi ilə koronar angioqrafiya, stentləmə, TAVI (Transkateter aorta qapağı implantasiyası), EVAR (anevrizmanın endovaskulyar metodla bərpası) kimi mürəkkəb və həyati əhəmiyyət daşıyan müdaxilələri icra etmək mümkündür.

“Canon” şirkətinə aid yeni nəsil angioqrafiya aparatının köməkliyi ilə qan damarlarında daralma, tıxanma, anevrizmalar, anadangəlmə damar anomaliyaları, damarların travmatik zədələnməsi və qan axınına mane olan digər patoloji halları yüksək dəqiqliklə aşkar etmək mümkündür. Bu avadanlıq diaqnostika ilə yanaşı, balon angioplastikası, stentləmə və insult zamanı aparılan həyati əhəmiyyətli invaziv müdaxilələrdə real vaxt rejimində dəqiq vizualizasiyanı təmin edir. C-qollu aparat xəstəni yerindən tərpətmədən əməliyyat sahəsini müxtəlif bucaqlardan görüntüləməyə imkan verir. Mobilliyi və funksional imkanlarının geniş olması sayəsində trombektomiya və digər təcili prosedurlarda vaxta qənaət edilir.

Fujifilm rəqəmsəl rentgen aparatı yüksək keyfiyyətli və minimal şüalanma dozası ilə rentgen müayinəsi aparmağa imkan verir. Mobil rentgen aparatı yüngül çəkisi, təkərlər üzərində hərəkəti və kompakt dizaynı sayəsində müxtəlif şəraitdə, o cümlədən kiçik məkanlarda rahat rentgen müayinəsi aparmağı mümkün edir. Tibbi avadanlıqların səthi mikrobların yayılmasında yüksək risk daşıyır. Mikrobların yayılma riskini azaltmaq üçün avadanlıq “Hydro AG” antibakterial örtüklə işlənib və bu, ənənəvi örtüklərlə müqayisədə mikrob artımının qarşısını daha effektiv alır.

Fujifilm portativ ultrasəs müayinə aparatı orqan və toxumaların funksional vəziyyətini qiymətləndirməklə yanaşı, katerizasiya, biopsiya, anesteziya kimi tibbi prosedurların təhlükəsiz həyata keçirilməsi üçün istifadə olunur.

Yeni avadanlıqlar MNX-da icbari tibbi sığorta ilə vətəndaşlara keyfiyyətli tibbi xidmətlərin göstərilməsinə xidmət edəcək.

Qeyd edək ki, tibbi avadanlıqların ianəsi Yaponiya Hökumətinin İqtisadi və Sosial İnkişaf Proqramı çərçivəsində İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə imzalanmış Notalar Mübadiləsi sənədlərinə əsasən baş tutub.

Last News

Ağciyərlərə yığılmış mayenin çəkilməsi məqsədilə 5643 prosedur icra olunub
06.05.2025
Ətraflı oxu
Pirallahı Tibb Mərkəzinə media-tur təşkil olunub
02.05.2025
Ətraflı oxu
“Yanıq yaralarının müalicəsi” mövzusunda təlimə start verilib
28.04.2025
Ətraflı oxu
MRT və KT müayinələri üçün yeni ödəmə qaydası tətbiq olunacaq
25.04.2025
Ətraflı oxu
Zaur Əliyev Ağcabədi rayonunda vətəndaşları qəbul edib
24.04.2025
Ətraflı oxu
İcbari tibbi sığorta ilə 50 mindən artıq angioqrafiya müayinəsi aparılıb
24.04.2025
Ətraflı oxu
Türkiyənin Sosial Müdafiə Qurumunun nümayəndə heyəti Azərbaycana səfər edib
22.04.2025
Ətraflı oxu
Qadınlarda yumurtalıq xərçəngi riskini azaldan əməliyyat icbari tibbi sığorta təminatına daxildir
17.04.2025
Ətraflı oxu
Agentliyin nümayəndə heyəti İsrail Dövlətində işgüzar səfərdə olub
11.04.2025
Ətraflı oxu
Parkinson xəstəliyinin müayinə və müalicəsi icbari tibbi sığorta ilə qarşılanır
11.04.2025
Ətraflı oxu
Request a callback
Müəssərlik Menyusu
Şriftin Növü
Şriftin Ölçüsü
Şəkillərin Təsviri