Loading...
Rəsmi vebsaytları necə tanımalı?

Rəsmi vebsayt linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domenləri (məsələn, my.gov.az) vasitəsilə əlaqə qurur. Rəsmi vebsaytların siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
search

Parkinson xəstəliyinin müayinə və müalicəsi icbari tibbi sığorta ilə qarşılanır

11.04.2025, 05:57

Parkinson xəstəliyi beyin neyronlarının zədələnməsi və “ölümü” nəticəsində ortaya çıxan xroniki və proqressiv mərkəzi sinir sisteminin pozulmasıdır. Xəstəlik əsasən beyində dopamin adlı neyrotransmitterin azalması ilə əlaqədardır. Dopamin hərəkətlərin koordinasiyasında mühüm rol oynayan kimyəvi maddədir. Əsas simptom olan hərəkətlərin koordinasiyası problemləri də xüsusilə, dopaminin azalmasına, beynin dopamin istehsal edən hüceyrələrinin zədələndiyinə görə yaranır. 
Parkinson xəstəliyinin müayinəsi, fizioterapiya müalicəsi, eyni zamanda yanaşı nevroloji xəstəliklər səbəbindən ağırlaşmalar baş verdiyi halda stasionar terapevtik müalicə icbari tibbi sığortanın Xidmətlər Zərfi ilə qarşılanır.

Xəstəliyin diaqnozu pasiyentin şikayətlərinə əsasən nevroloji müayinələr, laborator analizlər və MRT əsasında dəqiqləşdirilir. Diaqnostika həkim-terapevt, müalicə isə həkim-nevroloq tərəfindən aparılır. 

Parkinson xəstəliyi hər insanda müxtəlif formada inkişaf edə bilər. Erkən diaqnoz və düzgün müalicə həyat keyfiyyətini əhəmiyyətli dərəcədə yaxşılaşdıra bilər. Sözügedən xəstəliyin tam müalicəsi olmasa da, simptomları yüngülləşdirmək və nəzarətdə saxlamaq üçün müxtəlif üsullar mövcuddur. Dərman qəbulu ilə müalicəyə başlanılır, ehtiyac yaranarsa fizioterapiyaya, ağırlaşmalar zamanı isə stasionar terapevtik müalicəyə üz tutulur. Fizioterapiya ilə əzələləri gücləndirmək, tarazlığı və hərəkətlərin koordinasiyasını inkişaf etdirmək mümkün olur. 

Sözügedən tibbi xidmətlər tibbi göstəriş və həkim təyinatı əsasında TƏBİB-in tabeliyindəki dövlət tibb müəssisələrində və Səhiyyə Nazirliyinin müvafiq elmi-tədqiqat institutlarında icra olunur.

Məlumat üçün bildirək ki, parkinson daha çox 60 yaşdan yuxarı şəxslərdə, xüsusən kişilərdə rast gəlinir. Əsasən əl və barmaqlarda, çənədə baş verən titrəmə, bədənin müxtəlif nayihələrində gərginlik, hərəkət yavaşlığı, gündəlik işlərin icrasında ləngimə, üz mimikalarının azalması, tarazlıq və duruş pozğunluğu, ayaqda dayanmaqda, yeriməkdə çətinlik və digər simptomlarla müşahidə olunur.

Parkinson xəstəliyinin konkret səbəbi çox vaxt məlum olmur. Genetik meyillilik, ailə anamnezi, ətraf mühit - pestisidlər, herbisidlər və ağır metallar kimi toksik maddələrə uzunmüddətli məruz qalma, stres, qəza və ya travma nəticəsində beyinə dəyən zədə kimi amillər xəstəliyin yaranma səbəblərindəndir. 

Qeyd edək ki, 11 aprel Ümumdünya Parkinson Xəstəliyi ilə Mübarizə Günüdür. Parkinson xəstəliyi olan şəxslərə sağlam qidalanma, idman, meditasiya və ya digər stres azaldan fəaliyyətlərlə məşğul olmaq tövsiyə olunur. 
 

Son xəbərlər

Zaur Əliyev Kəlbəcər şəhərində vətəndaşları qəbul edib
18.03.2026
Ətraflı oxu arrow-right-blue
Vaxtından əvvəl doğulmuş azçəkili körpələrə icbari tibbi sığorta ilə 109 mindən çox tibbi xidmət göstərilib
11.03.2026
Ətraflı oxu arrow-right-blue
İcbari tibbi sığorta hesabına qadınlara 5 milyondan çox ginekoloji tibbi xidmət göstərilib
06.03.2026
Ətraflı oxu arrow-right-blue
Agentlik Beynəlxalq Sosial Təminat Assosiasiyasına rəsmi tərəfdaş üzv qismində qəbul olunub
04.03.2026
Ətraflı oxu arrow-right-blue
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi 10 illik yubiley tədbiri keçirib
26.02.2026
Ətraflı oxu arrow-right-blue
Zaur Əliyev Şirvan şəhərində vətəndaşları qəbul edib
25.02.2026
Ətraflı oxu arrow-right-blue
Koxlear implantasiyadan sonra cihazın əvəzlənməsi və yenilənməsi artıq icbari tibbi sığorta ilə qarşılanır
25.02.2026
Ətraflı oxu arrow-right-blue
Agentliyin nümayəndə heyəti Avstraliya İttifaqına işgüzar səfər edib
17.02.2026
Ətraflı oxu arrow-right-blue
Agentlik və Serbiya Respublikasının Milli Tibbi Sığorta Fondu arasında Anlaşma Memorandumu imzalanıb
17.02.2026
Ətraflı oxu arrow-right-blue
Böyrəklərdə sakit təhlükə - hidronefrozun müayinə və müalicəsi icbari tibbi sığorta ilə qarşılanır
12.02.2026
Ətraflı oxu arrow-right-blue