Loading...
How to recognize official websites?

Official website links end with .gov.az.

Government institutions communicate via the .gov.az domain (e.g. my.gov.az) List of official websites

Secure websites use HTTPS

As an additional security measure, check for the lock icon or the https:// prefix in the URL bar. Share your sensitive information only on official and secure websites.
search

Zaur Əliyev Kəlbəcər şəhərində vətəndaşları qəbul edib

18.03.2026, 16:42

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev martın 18-də Kəlbəcər şəhərində sakinləri qəbul edib.

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin İcraçı direktoru vəzifəsini müvəqqəti icra edən Anar İsrafilov, Kəlbəcər rayon Mərkəzi Xəstəxanası, ətraf şəhər və rayonların dövlət tibb müəssisələrinin rəhbərlərinin iştirakı ilə keçirilən qəbulda 22 vətəndaşın müraciətinə baxılıb. Vətəndaşların müraciətləri, əsasən,  Kəlbəcər rayonunda tibbi xidmətin təşkili, icbari tibbi sığorta hesabına müayinə-müalicə, göndərişlərin verilməsi, dərman təminatı, iş və əmək münasibətləri ilə bağlı olub. Müraciətlərdə qaldırılmış bir sıra məsələlər yerində həll edilib, digər müraciətlərin araşdırılması və qanunvericiliyə uyğun baxılması məqsədilə müvafiq tapşırıqlar verilib. Qəbulda vətəndaşların təklifləri də dinlənilmiş və təkliflərin diqqətdə saxlanılaraq zəruri addımların atılacağı bildirilib. Müraciət edənlər sırasında şəhid ailələrinin üzvləri və müharibə iştirakçıları da olub.

Qeyd edək ki, qəbul Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən, “Mərkəzi icra hakimiyyəti orqanlarının və digər idarəetmə qurumlarının rəhbərləri tərəfindən 2026-cı ilin mart ayında şəhər və rayonlarda keçiriləcək vətəndaşların qəbulu cədvəli”nə uyğun olaraq keçirilib. Vətəndaşların səyyar şəkildə qəbul edilməsi bölgələrdə müraciətlərin daha operativ baxılmasına, onların həlli istiqamətində optimal qərarların verilməsinə və vətəndaş məmnunluğunun artırılmasına xidmət edir.

Last News

Over 109,000 medical services provided to premature and low-birth-weight babies through mandatory health insurance
11.03.2026
Ətraflı oxu arrow-right-blue
Over 5 million gynecological medical services provided to women under mandatory health insurance
06.03.2026
Ətraflı oxu arrow-right-blue
The Agency becomes an official partner member of the International Social Security Association
04.03.2026
Ətraflı oxu arrow-right-blue
State Agency on Mandatory Health Insurance held a 10th anniversary event
26.02.2026
Ətraflı oxu arrow-right-blue
Zaur Aliyev holds meeting with Shirvan city residents
25.02.2026
Ətraflı oxu arrow-right-blue
Cochlear implant replacement and renewal now covered by mandatory health insurance
25.02.2026
Ətraflı oxu arrow-right-blue
The Agency’s delegation pays working visit to the Commonwealth of Australia
17.02.2026
Ətraflı oxu arrow-right-blue
Memorandum of understanding signed between the Agency and the National Health Insurance Fund of the Republic of Serbia
17.02.2026
Ətraflı oxu arrow-right-blue
Silent danger to the kidneys: examination and treatment of hydronephrosis is covered by mandatory health insurance
12.02.2026
Ətraflı oxu arrow-right-blue
Skin grafting during burn treatment is covered by mandatory health insurance
02.02.2026
Ətraflı oxu arrow-right-blue