Список официальных сайтов
Государственные учреждения используют домены .gov.az для взаимодействия (например, my.gov.az). Список официальных сайтовБезопасные сайты используют протокол HTTPS
В качестве дополнительной меры предосторожности убедитесь, что в адресной строке присутствует значок замка или префикс https://. Передавайте конфиденциальную информацию исключительно через официальные и защищённые веб-сайты.18.03.2026, 16:42
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev martın 18-də Kəlbəcər şəhərində sakinləri qəbul edib.
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin İcraçı direktoru vəzifəsini müvəqqəti icra edən Anar İsrafilov, Kəlbəcər rayon Mərkəzi Xəstəxanası, ətraf şəhər və rayonların dövlət tibb müəssisələrinin rəhbərlərinin iştirakı ilə keçirilən qəbulda 22 vətəndaşın müraciətinə baxılıb. Vətəndaşların müraciətləri, əsasən, Kəlbəcər rayonunda tibbi xidmətin təşkili, icbari tibbi sığorta hesabına müayinə-müalicə, göndərişlərin verilməsi, dərman təminatı, iş və əmək münasibətləri ilə bağlı olub. Müraciətlərdə qaldırılmış bir sıra məsələlər yerində həll edilib, digər müraciətlərin araşdırılması və qanunvericiliyə uyğun baxılması məqsədilə müvafiq tapşırıqlar verilib. Qəbulda vətəndaşların təklifləri də dinlənilmiş və təkliflərin diqqətdə saxlanılaraq zəruri addımların atılacağı bildirilib. Müraciət edənlər sırasında şəhid ailələrinin üzvləri və müharibə iştirakçıları da olub.
Qeyd edək ki, qəbul Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən, “Mərkəzi icra hakimiyyəti orqanlarının və digər idarəetmə qurumlarının rəhbərləri tərəfindən 2026-cı ilin mart ayında şəhər və rayonlarda keçiriləcək vətəndaşların qəbulu cədvəli”nə uyğun olaraq keçirilib. Vətəndaşların səyyar şəkildə qəbul edilməsi bölgələrdə müraciətlərin daha operativ baxılmasına, onların həlli istiqamətində optimal qərarların verilməsinə və vətəndaş məmnunluğunun artırılmasına xidmət edir.