Loading...

Süd vəzi xərçənginin diaqnostikası icbari tibbi sığorta ilə qarşılanır

24.10.2024, 10:23

Süd vəzi xərçəngi ilə mübarizənin əsas yolu erkən diaqnostikadır. İcbari tibbi sığorta hesabına süd vəzi xərçənginin diaqnostikası vətəndaşlara ödənişsiz şəkildə təqdim olunur.

Müxtəlif səbəbli müraciətlər əsasında icbari tibbi sığorta hesabına əhaliyə göstərilən süd vəzinin diaqnostik müayinəsi istiqamətində 2024-cü ilin yanvar-sentyabr ayları ərzində 22 294 sayda xidmət göstərilib.

Xəstəliyin əsas simptomlarına süd vəzisində və ya qoltuqaltı nahiyədə bərk və nahamar törəmənin əmələ gəlməsi, gilədən ifrazat, gilənin içəriyə doğru batması, süd vəzisinin ölçülərində böyümə və ya kiçilmə, yerli hərarət və qızartı, şişkinlik, dərinin portağal qabığına bənzər görünüş alması və s. aiddir.

Süd vəzi xərçənginin inkişaf etməsinə təsir edə bilən bir çox risk faktorları var. Məsələn, irsi və yaş faktorları, hormonal dəyişikliklər, 12 yaşdan tez başlayan mensturasiya, gec yaşda menopauza (55 yaşdan sonra), qadının ilk uşağını dünyaya gətirdiyi yaş və hamiləlik sayı, ana südü ilə qidalandırmamaq, siqaret və tütün məhsullarından istifadə, spirtli içkilərin qəbulu, artıq çəki və piylənmə, fiziki aktivliyin aşağı olması və s.

İcbari tibbi sığorta hesabına qarşılanan müayinələrə süd vəzi xərçənginin diaqnostikasında “qızıl standart” sayılan mammoqrafiya müayinəsi, ultrasəs müayinə (USM), maqnit rezonans tomoqrafiya (MRT), məmənin duktoqrafik müayinəsi, biopsiya və digər laborator testlər aiddir.

Süd vəzisinin yoxlanışına hər bir qadın özünü müayinə ilə başlamalıdır. 20 yaşdan yuxarı qadınlara hər menstrual siklin 5-10-cu günləri aralığında, menopauza və sonrası dövrdə olan qadınlara isə hər ayın eyni günündə  güzgü önündə vizual və əl ilə özünü müayinə etməsi tövsiyə olunur. Hər qadın süd vəzilərində baş verən dəyişikliklərə diqqət etməli və hər hansı dəyişiklik olduqda diaqnozun dəqiqləşdirilməsi üçün vaxtında həkimə müraciət etməlidir. Ümumiyyətlə, 20 yaşdan yuxarı qadınlara iki ildən bir ixtisaslı həkim tərəfindən müayinə olunmaq, 40 yaşdan yuxarı qadınlara isə ildə bir dəfə mammoqrafiya müayinəsindən keçmək məsləhət görülür. Mammoqrafiya müayinəsi zamanı alınan radiasiya (şüalanma) digər rentgenoloji müayinələr zamanı alınan radiasiyadan daha aşağı dozadadır.  Şübhəli düyün aşkarlanarsa dəqiq diaqnoz biopsiya yolu ilə qoyulur. Biopsiya zamanı süd vəzisindəki törəmədən nümunə alınır və hazırlanmış preparat mikroskop altında incələnir. Bu yolla əldə edilən nəticə dəqiq diaqnozun qoyulmasında mühüm rol oynayır.

Vətəndaşlar Xidmətlər Zərfi ilə təminata alınmış sözügedən müayinələrdən tibbi göstərişə əsasən və ixtisaslı həkim təyinatı ilə yararlana bilərlər. Qeyd edək ki, icbari tibbi sığorta ilə qarşılanan süd vəzi xərçənginin diaqnostikası TƏBİB-in tabeliyindəki dövlət tibb müəssisələri və Səhiyyə Nazirliyinin tabeliyindəki müvafiq elmi-tədqiqat institutlarında həyata keçirilir.

Məlumat üçün bildirək ki, oktyabr ayı süd vəzi xərçəngi ilə mübarizə ayıdır. Dünyada hər 8 qadından biri bu xəstəlikdən əziyyət çəkir. Dövlət Statistika Komitəsinin 2022-ci il üzrə məlumatlarına əsasən Azərbaycanda süd vəzi xərçəngi qadınlar arasında yayılmasına görə xərçəng xəstəlikləri arasında birinci yerdədir.

 

Последние новости

Həyati təhlükəsi olan beyin anevrizması əməliyyatı icbari tibbi sığorta ilə qarşılanır
21.11.2024
Ətraflı oxu
Beyin qan dövranı pozulmalarının diaqnostika və müalicəsi icbari tibbi sığorta təminatına daxildir
14.11.2024
Ətraflı oxu
Xidmətlər Zərfinə əlavə olunması planlaşdırılan sinir sistemi və gözdə aparılan əməliyyatlar haqqında müzakirələr aparılıb
06.11.2024
Ətraflı oxu
Diafraqmal yırtıqların bərpası icbari tibbi sığorta təminatına daxildir
04.11.2024
Ətraflı oxu
Yenilənmiş saytın təqdimat mərasimi keçirilib
29.10.2024
Ətraflı oxu
Qəbələ Rayon Mərkəzi Xəstəxanasına media-tur təşkil olunub
25.10.2024
Ətraflı oxu
İcbari tibbi sığortanın Xidmətlər Zərfinə dəyişikliklərlə bağlı müzakirə keçirilib
21.10.2024
Ətraflı oxu
Zaur Əliyev Zaqatalada vətəndaşları qəbul edib
18.10.2024
Ətraflı oxu
Koreya Hökuməti ölkəmizə tibbi avadanlıqlar ianə edib
15.10.2024
Ətraflı oxu
İcbari tibbi sığorta ilə qarşılanan aritmiyaların cərrahi müalicəsində beynəlxalq sertifikatlı cihazlardan istifadə olunur
11.10.2024
Ətraflı oxu
Заказать звонок
Müəssərlik Menyusu
Şriftin Növü
Şriftin Ölçüsü
Şəkillərin Təsviri