Loading...
Rəsmi vebsaytları necə tanımalı?

Rəsmi vebsayt linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domenləri (məsələn, my.gov.az) vasitəsilə əlaqə qurur. Rəsmi vebsaytların siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
search

Xidmətlər Zərfinə əlavə olunması planlaşdırılan sinir sistemi və gözdə aparılan əməliyyatlar haqqında müzakirələr aparılıb

06.11.2024, 06:35

İcbari tibbi sığortanın təminat verdiyi tibbi xidmətlərin yenilənməsi məqsədilə təşkil edilən növbəti ictimai müzakirələrdə Azərbaycan Neyrocərrahlar Assosiasiyası və Azərbaycan Oftalmoloqlar Cəmiyyətinin üzvləri,TƏBİB və Səhiyyə Nazirliyinin tabeliyindəki tibb müəssisələrinin neyrocərrahları,oftalmoloqları və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin (Agentlik) nümayəndələri iştirak ediblər.

Tədbirləri giriş sözü ilə açan Agentliyin Marketinqvə ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri Aynurə Əhmədova qeyd edib ki, müzakirələrin məqsədi neyrocərrahiyyə və oftalmoloji xidmətlərlə  bağlı yenilənəcək Xidmətlər Zərfində həkimlərin gözləntilərini və fikirlərini öyrənməkdir:

Tibbi xidmətlər və dərman vasitələridepartamentinin rəhbəri Nərgiz Ağayeva bildirib ki, bütün dünyada olduğu kimi ölkəmizdə də bu xidmətlərə tələbat yüksəkdir:

“Yeni Xidmətlər Zərfində xidmətlərin adlarının70%-də dəyişiklik edilib. Tibbi xidmətlərin adı daha dolğun və izahlı yazılıb. Məqsəd ondan ibarətdir ki, Xidmətlər Zərfindəki xidmətlər istifadəçilər tərəfindən aydın başa düşülsün. Yeni Xidmətlər Zərfinə mərkəzi və periferik sinir sisteminin xəstəliklərinin diaqnostikası və cərrahi müalicəsiilə bağlı 21 yeni xidmət əlavə olunub. Bundan başqa 31 yeni oftalmoloji xidmətinəlavə olunması təklif olunur. Bu müzakirələrin təşkilində məqsəd yeni Xidmətlər Zərfinin formalaşmasında şəffaflığı təmin etmək və maliyyə imkanlarımızdaxilində daha çox xidməti vətəndaşlarımız üçün əlçatan etmək məqsədilə mütəxəssislərin rəy və təkliflərini eşitməkdir”.

Tibbi xidmətlərin tənzimlənməsi və texniki qaydaları şöbəsinin müdiri Səlim Hüseynzadə təklif olunan dəyişikliklərlə bağlı təqdimatla çıxış edib:

“Əlavə olunması nəzərdə tutulan yeni xidmətlər açıq və qapalı kəllə-beyin travmaları, beyin qanamaları, kəllə sümüyünün iltihabı prosesi, hidrosefaliya (beyin mədəciklərində mayenin normadan artıq yığılması), baş beyinin ocaqlı patologiyaları, beyin kistaları və şişlərin  müayinə və cərrahi müalicəsi, onurğa beyni və onurğa sütununun anadangəlmə yırtığının bərpası, kəllə-beyin sinirlərin biopsiyası ilə bağlı mövcud olan tibbi xidmətlərin çeşidinin artırılması və optimallaşdırılması ilə bağlıdır.

Qeyd olunub ki, “Ventrikulyar şuntun reviziyası,çıxarılması və irriqasiyası” xidmətində 3 tibbi proseduru bir kod əhatə etdiyi üçün Xidmətlər Zərfindən çıxarılaraq ayrı-ayrı xidmət kimi kodlaşdırılması təklif olunub. Digər 7 cərrahi xidmətin tətbiqi qeyri-müəyyən olduğu üçün onların nizamlanması müzakirə olunub.

Xidmətlər Zərfinə göz xəstəliklərinin müalicəsi,görmə qabiliyyətinin yaxşılaşdırılması, görmə itkisinin qarşısının alınmasına yönəlik oftalmoloji xidmətlərin də əlavə olunması planlaşdırılır.  Bura torlu qişa qopması diaqnozu ilə aparılancərrahi əməliyyatdan sonra implantasiya edilən materialın (silikonun)çıxarılması, göz yaşı vəzinin tam və hissəvi çıxarılması, gözün selikli qişasından xoşxassəli böyümənin (pteriqium) çıxarılması, gözün torlu qişa zədələnməsinin qeyri-invaziv bərpası və digər xidmətlər daxildir.

Agentliyin Tibbi yardımın maya dəyərinin hesablanması xidmətinin rəhbəri Orxan Qənbərov tibbi xidmətlərin tariflərinin formalaşmasına təsir göstərən xərclərin hesablanması üçün anoloji platformada görüşlərin keçirilməsininvacibliyini vurğulayıb:

“Biz tibbi xidmətlərin tariflərinin formalaşmasınatəsir göstərən birbaşa və dolayı xərcləri təhlil edirik. Xəstənin yaşı, cinsi,yanaşı xəstəlikləri və digər amillərlə bağlı bəzən ağırlaşmaların baş verməsi mümkündür. Təbii ki, bu zaman istifadə edilən tibbi sərfiyyat və tibbi ləvazimatlar əlavə tibbi xərclər deməkdir. Əməliyyat sonrası ağırlaşmalarda differensial yanaşmanı tətbiq etmək üçün biz riskləri hərtərəfli təhlil edirik. Hesab edirəmki, bu istiqamətdə  əsaslandırılmış təkliflərinizi  bizə təqdim edə bilərsiniz”.

Həkimlər təklif edilən dəyişiklikləri müsbət qiymətləndiriblər. Xidmətlərin tarifikasiyasına gəlincə bu barədə təkliflərini yazılı formada təqdim edəcəklərini bildiriblər.

Qeyd edək ki, analoji müzakirələrin həmçinin travmatologiya, pediatriya və digər xidmətlərə dair aparılması da nəzərdə tutulub.

Son xəbərlər

İcbari tibbi sığorta hesabına qadınlara 5 milyondan çox ginekoloji tibbi xidmət göstərilib
06.03.2026
Ətraflı oxu arrow-right-blue
Agentlik Beynəlxalq Sosial Təminat Assosiasiyasına rəsmi tərəfdaş üzv qismində qəbul olunub
04.03.2026
Ətraflı oxu arrow-right-blue
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi 10 illik yubiley tədbiri keçirib
26.02.2026
Ətraflı oxu arrow-right-blue
Zaur Əliyev Şirvan şəhərində vətəndaşları qəbul edib
25.02.2026
Ətraflı oxu arrow-right-blue
Koxlear implantasiyadan sonra cihazın əvəzlənməsi və yenilənməsi artıq icbari tibbi sığorta ilə qarşılanır
25.02.2026
Ətraflı oxu arrow-right-blue
Agentliyin nümayəndə heyəti Avstraliya İttifaqına işgüzar səfər edib
17.02.2026
Ətraflı oxu arrow-right-blue
Agentlik və Serbiya Respublikasının Milli Tibbi Sığorta Fondu arasında Anlaşma Memorandumu imzalanıb
17.02.2026
Ətraflı oxu arrow-right-blue
Böyrəklərdə sakit təhlükə - hidronefrozun müayinə və müalicəsi icbari tibbi sığorta ilə qarşılanır
12.02.2026
Ətraflı oxu arrow-right-blue
Yanıqların müalicəsi zamanı dəri köçürülməsi icbari tibbi sığorta hesabına aparılır
02.02.2026
Ətraflı oxu arrow-right-blue
Zaur Əliyev Naxçıvanda vətəndaşları qəbul edib
29.01.2026
Ətraflı oxu arrow-right-blue