Loading...

İcbari tibbi sığorta ilə qarşılanan aritmiyaların cərrahi müalicəsində beynəlxalq sertifikatlı cihazlardan istifadə olunur

11.10.2024, 07:23

Ürək ritminin pozulması (aritmiya) qəfil ürək dayanmasının ən çox yayılmış səbəbidir. Aritmiya ürək yığılmalarının sayının, ritminin və ardıcıllığının pozulmasıdır. Ürək yığılmalarının sayının artması və azalması, baş gicəllənmə, döş qəfəsi nahiyəsində ağrı, nəfəs darlığı və bayılma ritm pozğunluqlarının əsas simptomlarındandır.

Bu zaman ürək yığılmalarının sayı normadan çox (taxikardiya – dəqiqədə 90 vurğudan çox), normadan az (bradikardiya – dəqiqədə 60 vurğudan az) və ya ritmin nizamsız olması ilə özünü büruzə verir. 

Aritmiyanın diaqnostikası xəstənin vəziyyətini ətraflı öyrənməyə, aritmiyanın növünü müəyyən etməyə və ən effektiv müalicə üsulunu təyin etməyə imkan verir. Aritmiyaların diaqnostikası icbari tibbi sığorta hesabına qarşılanan elektrokardioqrafiya (EKQ), kardiovaskulyar stres test, Holter monitorinqi (24 və ya 48 saatlıq EKQ qeydi), exokardioqrafiya və digər müayinələr əsasında aparılır. Ehtiyac olduqda tibbi göstərişə əsasən rentgenoqrafiya, MRT, transezofageal exokardioqrafiya, kateter əsaslı invaziv elektrofizioloji müayinə, laborator analizlər təyin oluna bilər.

Aritmiyaların növləri müxtəlifdir və onların yaranmasının bir çox səbəbləri var. Klinik əlamətlərlə müşayiət olunmayan aritmiyalar təhlükəli olmasa da, həyat üçün ciddi təhlükələr törədən, ani ölümə səbəb olan aritmiyalar da var.

Medikamentoz (dərman preparatları) müalicəyə tabe olmayan, həyat üçün təhlükəli aritmiyaların müalicəsi endovaskulyar ablasiya, elektrokardiostimulyator (EKS), implantat kardioverzion-defibrilyator (ICD) və açıq cərrahi əməliyyat yolu ilə mümkündür. Bu əməliyyatlar icbari tibbi sığorta hesabına qarşılanır.

EKS - bradikardiya zamanı ürək ritmini tənzimləmək üçün insanın döş qəfəsinə və ya qarın nahiyəsinə yerləşdirilir. Anesteziya ilə cihaz körpücük sümüyünün altında sinə nahiyəsinin sol tərəfinə implantasiya edilir. Cihaz ürəyin aktivliyini izləyir, əvvəlcədən proqramlaşdırılmış tezliyə uyğun olaraq lazım olduqda elektrodlar vasitəsi ürəyə elektrik impulslar göndərməklə ürəyin normal döyünməsini təmin edir.

ICD - taxikardiya zamanı elektrik şoku verməklə ürək yığılmasının sayını normal göstəriciyə çatdırır  və davamlı olaraq ürək döyüntüsünü nəzarətdə saxlayır.

Ürəyin qəfil dayanmasından sonra sağ qalmış şəxslərin əsas müalicəsi ICD implantasiyası ilə aparılır. Bu tibbi cihazlar qəfil ürək dayanması riski yüksək olan insanlarda daha çox istifadə olunur və qəfil ölüm riskini azaldır.

İmplantasiya zamanı anesteziya xidməti, cihazların proqramlaşdırılması, reviziyası, yerdəyişməsi, dəyişdirilməsi, elektrodların qulaqcıq və ya mədəciklərə  yerləşdirilməsi, dəyişdirilməsi və çıxarılması, xəstəxanada yatış zamanı qidalanma icbari tibbi sığorta ilə qarşılanır.

İcbari tibbi sığorta ilə təmin edilən EKS və ICD beynəlxalq sertifikatlı cihazlardır.

Sözügedən xidmətlər icbari tibbi sığorta ilə TƏBİB-in tabeliyindəki Yeni Klinika, Mərkəzi Neftçilər Xəstəxanası, Səhiyyə Nazirliyinin akademik Mustafa Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzində və Agentliklə müqaviləsi olan özəl tibb müəssisələrində həkim göstərişinə əsasən icra olunur.

Son xəbərlər

Mərkəzi Neftçilər Xəxtəxanasına müasir tibbi avadanlıqlar ianə edilib
07.05.2025
Ətraflı oxu
Ağciyərlərə yığılmış mayenin çəkilməsi məqsədilə 5643 prosedur icra olunub
06.05.2025
Ətraflı oxu
Pirallahı Tibb Mərkəzinə media-tur təşkil olunub
02.05.2025
Ətraflı oxu
“Yanıq yaralarının müalicəsi” mövzusunda təlimə start verilib
28.04.2025
Ətraflı oxu
MRT və KT müayinələri üçün yeni ödəmə qaydası tətbiq olunacaq
25.04.2025
Ətraflı oxu
Zaur Əliyev Ağcabədi rayonunda vətəndaşları qəbul edib
24.04.2025
Ətraflı oxu
İcbari tibbi sığorta ilə 50 mindən artıq angioqrafiya müayinəsi aparılıb
24.04.2025
Ətraflı oxu
Türkiyənin Sosial Müdafiə Qurumunun nümayəndə heyəti Azərbaycana səfər edib
22.04.2025
Ətraflı oxu
Qadınlarda yumurtalıq xərçəngi riskini azaldan əməliyyat icbari tibbi sığorta təminatına daxildir
17.04.2025
Ətraflı oxu
Agentliyin nümayəndə heyəti İsrail Dövlətində işgüzar səfərdə olub
11.04.2025
Ətraflı oxu
Zəng sifariş et
Müəssərlik Menyusu
Şriftin Növü
Şriftin Ölçüsü
Şəkillərin Təsviri