Loading...

Həyati təhlükəsi olan beyin anevrizması əməliyyatı icbari tibbi sığorta ilə qarşılanır

21.11.2024, 10:25

İnsult, beyin zədələnməsi və hətta ölümlə nəticələnə bilən beyin anevrizmasının müayinə və müalicəsi icbari tibbi sığortanın Xidmətlər Zərfinə daxildir.

Anevrizma arteriya, az hallarda venavə ya ürək divarının incəlməsi səbəbilə, adətən balon şəklində şişməsi və qabarmasıdır. Beyin anevrizması anevrizmaların daha təhlükəli və ən çox rast gəlinən formalarındandır.

Bu xəstəliyin diaqnostikası və müalicəsi üçün lazım olan maqnit rezonans tomoqrafiyası (MRT), kompüter tomoqrafiyası (KT), KT/MRT angioqrafiya, serebrospinal maye (CSF) testləri, laborator analizlər, açıq beyin əməliyyatı icbari tibbi sığorta hesabına qarşılanır.

Anevrizma ilə heç bir simptom hiss etmədən illərlə yaşamaq mümkündür. Bu vaxt ərzində isə anevrizma inkişaf edərək hər an təhlükə yarada bilər. Bir çox hallarda anevrizmalar böyüyənə və yırtılana (ya partlayana) qədər simptomsuz keçir. Lakin böyüyən anevrizma ətraf toxuma vəsinirlərə təzyiq edir və nəticədə bəzi simptomlar müşahidə olunmağa başlayır. Böyüyən, lakin yırtılmamış anevrizmalar zamanı baş ağrısı, göz üstündə ağrı, üzün bir tərəfində keyimə, ikiləşmiş və bulanıq görmə, genişlənmiş göz bəbəyi kimi əlamətlər müşahidə olunur. Yırtılmış beyin anevrizmaları zamanı boyun nahiyəsinə yayılan şiddətli baş ağrısı, işığa qarşı həssaslıq, nitqin pozulması, psixi vəziyyətdə dəyişiklik, şüur itkisi, baş gicəllənmə, hərəkətin çətinləşməsi, dərinin qızarması, tərləmə, ürəkbulanma və ya qusma kimi simptomlar yaşanır.

Xəstəliyin simptomları müşahidə olunan pasiyentlərə həkim təyinatı ilə tələb olunan müayinələr icra edilir. Diaqnozun dəqiqləşdirilməsi anevrizmanın mövcudluğunu aşkar edən beyin toxumalarının və arteriyalarının görüntülərinə əsaslanır. Görüntüləmə MRT və KT müayinələri əsasında əldə olunur.

Sözügedən xəstəliyin müalicəsi anevrizmanın lokalizasiyası və ölçüsü, onun yırtılma riskinin olması və ya yırtılması, pasiyentin yaşı, irsiyyəti, yanaşı xəstəliklərindən asılı olaraq dəyişir. Kiçik ölçülü və simptomsuz anevrizmaları olan pasiyentlərə vaxtaşırı görüntüləmə metodları (MRT, KT) ilə müayinə və mövcud xəstəliklərinin (xüsusilə ateroskleroz, arterial hipertenziya) müalicəsi tövsiyə olunur. Radikal müalicə üsulu kimi isə cərrahiyyəyə üz tutulur. Cərrahi əməliyyatla anevrizmaya qan axınını kəsmək və qan dövranından ayırmaq (anevrizmanın kliplənməsi,koaqulyasiya və s.) mümkündür. İcra edilən açıq beyin əməliyyatı, bu zaman istifadə edilən tibbi sərf və anesteziya, stasionarda yatış, qidalanma icbari tibbi sığorta təminatına daxildir.

İcbari tibbi sığorta ilə sözü gedən tibbi xidmətlər tibbi göstəriş və həkim təyinatı əsasında TƏBİB-in tabeliyindəki dövlət tibb müəssisələrində və göndəriş əsasında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin müqaviləli tibb müəssisələrində (özəl və müvafiq dövlət orqanlarının tabeliyindəki) icra olunur.

Məlumat üçün bildirək ki, anevrizma yırtılması müalicə edilmədiyi təqdirdə, beyin toxumasında infarkt, beyin zədələnməsi, insult, iflic və bəzi hallarda ölümlə nəticələnə bilər. Bu xəstəliyə ən çox 40 yaşdan yuxarı olan, şəkərli diabet, arterial hipertenziya (yüksək qan təzyiqi) və digər xəstəliklərdən əziyyət çəkən, baş nahiyəsindən zərbə alan, alkoqol və tütün istifadə edən, ailə tarixçəsində daha öncə yırtılmış anevrizması olan şəxslərdə rast gəlinir.

 

Son xəbərlər

Mərkəzi Neftçilər Xəxtəxanasına müasir tibbi avadanlıqlar ianə edilib
07.05.2025
Ətraflı oxu
Ağciyərlərə yığılmış mayenin çəkilməsi məqsədilə 5643 prosedur icra olunub
06.05.2025
Ətraflı oxu
Pirallahı Tibb Mərkəzinə media-tur təşkil olunub
02.05.2025
Ətraflı oxu
“Yanıq yaralarının müalicəsi” mövzusunda təlimə start verilib
28.04.2025
Ətraflı oxu
MRT və KT müayinələri üçün yeni ödəmə qaydası tətbiq olunacaq
25.04.2025
Ətraflı oxu
Zaur Əliyev Ağcabədi rayonunda vətəndaşları qəbul edib
24.04.2025
Ətraflı oxu
İcbari tibbi sığorta ilə 50 mindən artıq angioqrafiya müayinəsi aparılıb
24.04.2025
Ətraflı oxu
Türkiyənin Sosial Müdafiə Qurumunun nümayəndə heyəti Azərbaycana səfər edib
22.04.2025
Ətraflı oxu
Qadınlarda yumurtalıq xərçəngi riskini azaldan əməliyyat icbari tibbi sığorta təminatına daxildir
17.04.2025
Ətraflı oxu
Agentliyin nümayəndə heyəti İsrail Dövlətində işgüzar səfərdə olub
11.04.2025
Ətraflı oxu
Zəng sifariş et
Müəssərlik Menyusu
Şriftin Növü
Şriftin Ölçüsü
Şəkillərin Təsviri