Loading...

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin aidiyyəti struktur bölməsi və ya Agentliyin tabeliyindəki qurumları tərəfindən baxılmadan birbaşa Apellyasiya Şurasına daxil olmuş şikayətlər (təkrar şikayət hesab edilməyən şikayətlər), habelə korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı müraciətlər baxılması üçün aidiyyəti üzrə göndəriləcək. Həmçinin Apellyasiya Şurasına şikayətləri yalnız sahibkarlar, onların qanuni nümayəndələri verə bilərlər və bu şikayətlər yalnız sahibkarlıq fəaliyyəti, eləcə də onların özlərinə aid sahibkarlıq fəaliyyəti ilə bağlı olmalıdır.

Müraciətə Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 6 may tarixli 681 nömrəli Fərmanı, “İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi” publik hüquqi şəxsin Apellyasiya Şurasının Əsasnaməsi və digər normativ hüquqi aktlara uyğun İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Apellyasiya Şurasında baxılaraq nəticəsi barədə müraciət edən şəxsə rəsmi məlumat veriləcəkdir.

Əlaqə: Ünvan: Azərbaycan, Bakı, Lev Tolstoy küçəsi 170, AZ1095

E-mail: apellyasiya@its.gov.az Əlaqə nömrəsi: (+994 12) 310 07 70

Apellyasiya Şurasına elektron xidmət vasitəsilə müraciət

Zəng sifariş et