Sədr

Əliyev Zaur Rafik oğlu 1981-ci ildə Azərbaycanda, Bakı şəhərində anadan olmuşdur.

1997-2000-ci illərdə “Cambridge Regional College”də (Kembric şəhəri, Böyük Britaniya) orta təhsil almışdır.

2000-2003-cü illərdə “East Anglia” universitetində (Norviç şəhəri, Böyük Britaniya) mühasibat və maliyyə ixtisası üzrə ali təhsil almışdır.

2003-2009-ci illərdə “Ernst & Young” şirkətinin Almatı, Bakı və London şəhərlərindəki ofislərində müxtəlif vəzifələrdə işləmişdir.

2010-2015-ci illərdə “PAŞA Holdinq” MMC-də və “PAŞA Sığorta” ASC-də müxtəlif rəhbər vəzifələrdə işləmişdir.

İxtisaslaşmış Sertifikatlı Mühasiblər Assosiasıyasının (London şəhəri, Böyük Britaniya) üzvüdür.

“London Business School” (London şəhəri, Böyük Britaniya), “Harvard Business School” (Boston şəhəri, Birləşmiş Ştatlar) və “IE Business School” (Madrid şəhəri, İspaniya) tərəfindən keçirilmiş təlimlər də daxil olmaqla, bir sıra peşəkar təlimlərdə iştirak etmişdir.

Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 27 oktyabr tarixli 1474 nömrəli Sərəncamı ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin direktoru vəzifəsinə təyin edilmişdir.

Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 11 sentyabr tarixli 3222 nömrəli Sərəncamı ilə Azərbaycan Respublikasının İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri vəzifəsinə təyin edilmişdir.

Azərbaycan Respublikasının Prezidentinin 27 may 2019-cu il tarixli 1205 nömrəli Sərəncamı ilə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918-2018)” yubiley medalı ilə təltif edilib.

Azərbaycan Respublikasının Prezidentinin adından Azərbaycan Respublikası Müdafiə nazirinin 0214t nömrəli 24 dekabr 2020-ci il tarixli əmri ilə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev “Hərbi əməkdaşlıq sahəsində xidmətlərə görə” medalı ilə təltif olunmuşdur.

Evlidir, üç övladı var.