29 Sentyabr 2020 15:45
Agentliyin “1542” Çağrı mərkəzinə cari ilin mart-avqust ayları ərzində 56 587 müraciət daxil olub
2020-ci ilin mart-avqust ayları ərzində İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin (Agentlik) “1542” Çağrı mərkəzinə ümumilikdə 56 587 müraciət daxil olub. Çağrı mərkəzinin koronavirus epidemiyası ilə bağlı xəttinə 39 165, icbari tibbi sığorta və digər məsələlərlə bağlı xəttinə 6647, psixoloji dəstəklə bağlı xəttinə 2298, poliklinik xidmətlərlə bağlı dəstək xəttinə 6685, COVID-19 testinin nəticəsi və seroloji testlərlə bağlı xəttinə isə 1792 müraciət daxil olub.
Koronavirus epidemiyası ilə bağlı xəttə daxil olan müraciətlərin 4892-si koronavirus şübhəsi, 11963-ü özünütəcrid müddəti, 13 890-ı müayinə və müalicə ilə bağlı olub.
İcbari tibbi sığorta və digər məsələlərlə bağlı xəttə daxil olan müraciətlərin 810-u əlillik məsələləri, 854-ü dərman təchizatı, 4873-ü sosial məsələlər barədə olub.
Psixoloji dəstək xəttinin fəaliyyət göstərdiyi əsas istiqamətlər üzrə müraciətlərin sayı aşağıdakı kimidir:
- İctimaiyyət və tibbi heyət üçün psixoloji dəstək – 872 müraciət
- COVID-19 xəstələri üçün psixoloji dəstək – 190 müraciət
Sözügedən xəttə həmçinin psixopatologiya (psixi fəaliyyətin pozulması) ilə bağlı 175 müraciət daxil olub.
Poliklinik xidmətlərlə bağlı dəstək xəttinə isə vətəndaşların səhhətlərində yaranan narahatlıqlarla bağlı müraciətlər daxil olub.
Çağrı mərkəzinə daxil olan bütün müraciətlər operativ şəkildə cavablandırılıb, araşdırma tələb edənlər aidiyyəti üzrə müvafiq struktur bölmələrə yönləndirilib və müraciət edən şəxslər araşdırmaların nəticələri barədə məlumatlandırılıblar.
Məlumat üçün bildirək ki, Çağrı mərkəzinin koronavirusla bağlı 1542-0 xətti 7 gün 24 saat, icbari tibbi sığorta ilə bağlı xətti (1542-1) iş günlərində saat 09:00-dan 18:00-dək, psixoloji dəstək (1542-2), poliklinik xidmətlərlə bağlı dəstək (1542-3) və COVID-19 testinin nəticəsi (1542-4) ilə bağlı xətləri həftə içi 08:00-dan 22:00-dək, həftə sonu 09:00-dan 21:00-dək, seroloji testlərlə bağlı xətti (1542-4) isə bazar ertəsi – şənbə günləri saat 09:00-dan 18:00-dək fəaliyyət göstərirlər.
Xəbərlər
İcbari tibbi sığorta ilə 182 000-dən artıq doğuş aparılıb
16 İyul 2024 11:10
Diz oynağının endoprotezləşməsində İsveçrə istehsalı protezlərdən istifadə olunur
12 İyul 2024 10:42
Kəskin orta otitin cərrahi müalicəsi icbari tibbi sığorta ilə qarşılanır
09 İyul 2024 11:11
Tiroidektomiya əməliyyatı icbari tibbi sığorta ilə ödənişsizdir
05 İyul 2024 10:25
İcbari tibbi sığorta ilə qasıq yırtığı açıq və laparoskopik üsulla bərpa olunur
01 İyul 2024 15:18
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin nümayəndə heyəti Yaponiyaya işgüzar səfər edib
28 İyun 2024 10:51
İcbari tibbi sığorta ilə 540 splenektomiya əməliyyatı icra olunub
24 İyun 2024 14:52
Zaur Əliyev Goranboy şəhərində vətəndaşları qəbul edib
21 İyun 2024 17:00
İcbari tibbi sığorta uşaqlığın çıxarılması əməliyyatını qarşılayır
21 İyun 2024 10:57
Agentlik, TƏBİB və Ankara Universiteti üçtərəfli anlaşma memorandumu imzaladı
14 İyun 2024 14:49