10 Yanvar 2020 16:06
2019-cu il ərzində İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə 3809 vətəndaş müraciəti daxil olub
2019-cu il ərzində İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə ümumilikdə 3809 müraciət daxil olub. Onların 1393-ü ərizə, şikayət və təklif xarakterli olmaqla məktub, 2416-sı telefon vasitəsilə edilib. Müraciətlərin əksəriyyəti icbari tibbi sığortanın pilot layihə olaraq həyata keçirildiyi Mingəçevir şəhəri, Yevlax və Ağdaş rayonlarının sakinləri tərəfindən edilib. Agentliyə daxil olan müraciətlərin 1055-i müayinə, müalicə və cərrahi əməliyyatlar, 466-sı əlillik məsələləri, 316-sı işə qəbul və əmək münasibətləri, 201-i ambulator dərman təminatı, 259-u tibbi xidmətlərlə bağlı ödənişlər, 181-i göndərişlərin verilməsi və 537-si isə digər məsələlər üzrə mövzuları əhatə edib. Telefon vasitəsilə edilən sorğu xarakterli müraciətlərin 794-ü icbari tibbi sığortanın ölkə üzrə tətbiqi, icbari tibbi sığorta haqqı, bu sahəni tənzimləyən qanunvericiliklə bağlı olub və əsasən digər regionların sakinləri tərəfindən ünvanlanıb. 2018-ci il (96 müraciət) ilə müqayisədə sorğu xarakterli müraciətlərin sayında 25 dəfə artım müşahidə olunub. Həmçinin Agentliyin sosial şəbəkələrdəki səhifələrinə 2019-cu il ərzində 1931 sorğu daxil olub. Bütün müraciətlərə qanunvericiliklə müəyyən edilmiş qaydada və müddətdə baxılıb. Qəbul qrafikinə uyğun olaraq ötən il ərzində Agentliyin rəhbərliyi və vəzifəli şəxsləri tərəfindən 283 vətəndaş qəbul edilib. Qəbula gələn vətəndaşlar əsasən dərman təminatı, tibbi sərfin qarşılanması, əlillik dərəcəsinin təyin edilməsi, müayinə-müalicə, cərrahi əməliyyatlar, işlə təminat və s. məsələlər ilə bağlı müraciət ediblər. Vətəndaşların müraciətləri qanunvericiliyin tələblərinə uyğun şəkildə cavablandırılıb və onların həlli istiqamətində zəruri tapşırıqlar verilib.
Qeyd edək ki, ötən il vətəndaşların müraciət etmək imkanlarını artırmaq məqsədilə Agentliyin rəsmi internet səhifəsində (www.its.gov.az) onlar üçün xüsusi bölmə yaradılmışdır. Bölmədə vətəndaşların qəbulu cədvəli, vətəndaşların müraciətlərinə dair qanunvericilik aktları yerləşdirilmiş, habelə onların elektron qaydada müraciət göndərmələri və aidiyyəti vəzifəli şəxsin qəbuluna yazılmaları təmin edilmişdir.
Xəbərlər
İcbari tibbi sığorta ilə 182 000-dən artıq doğuş aparılıb
16 İyul 2024 11:10
Diz oynağının endoprotezləşməsində İsveçrə istehsalı protezlərdən istifadə olunur
12 İyul 2024 10:42
Kəskin orta otitin cərrahi müalicəsi icbari tibbi sığorta ilə qarşılanır
09 İyul 2024 11:11
Tiroidektomiya əməliyyatı icbari tibbi sığorta ilə ödənişsizdir
05 İyul 2024 10:25
İcbari tibbi sığorta ilə qasıq yırtığı açıq və laparoskopik üsulla bərpa olunur
01 İyul 2024 15:18
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin nümayəndə heyəti Yaponiyaya işgüzar səfər edib
28 İyun 2024 10:51
İcbari tibbi sığorta ilə 540 splenektomiya əməliyyatı icra olunub
24 İyun 2024 14:52
Zaur Əliyev Goranboy şəhərində vətəndaşları qəbul edib
21 İyun 2024 17:00
İcbari tibbi sığorta uşaqlığın çıxarılması əməliyyatını qarşılayır
21 İyun 2024 10:57
Agentlik, TƏBİB və Ankara Universiteti üçtərəfli anlaşma memorandumu imzaladı
14 İyun 2024 14:49