21 Dekabr 2022 16:45
2022-ci ilin ilk 11 ayı ərzində icbari tibbi sığorta çərçivəsində 40 milyondan çox tibbi xidmət göstərilib
Cari ilin ilk 11 ayı ərzində dövlət tibb müəssisələrinə 4 354 632 şəxs 16 374 103 dəfə müraciət edib. Vətəndaşlara göstərilən tibbi xidmətlərin sayı isə 40 277 004 olub. Tibbi xidmətlərin 84 %-i ambulator, 16 %-i stasionar şəraitdə göstərilib. Pasiyentlərin 33 %-ni uşaqlar, 67 %-ni isə böyüklər təşkil edib.
Pasiyentlərin müraciəti əsasən ümumi tibbi müayinə, endokrin, qan dövranı, tənəffüs, həzm, sümük və əzələ sistemi və birləşdirici toxumanın xəstəlikləri, sidik-cinsiyyət, göz və gözün əlavə aparatının xəstəlikləri, sinir sistemi xəstəlikləri, habelə zədələr və zəhərlənmələrlə bağlı olub.
2022-ci ilin yanvar-noyabr aylarında ən çox xidmət göstərmiş tibb müəssisələrinin ilk onluğunu təqdim edirik: Bakı Baş Səhiyyə Mərkəzi, Sumqayıt Tibb Mərkəzi, Gəncə Şəhər Birləşmiş Xəstəxanası, Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanası, Kliniki Tibbi Mərkəz, Nərimanov Tibb Mərkəzi, Mingəçevir Şəhər Mərkəzi Xəstəxanası, Sabunçu Tibb Mərkəzi, K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutu və Bərdə Rayon Mərkəzi Xəstəxanası.
Bakı şəhəri üzrə tibbi statistik göstəricilər
Bu ilin ilk 11 ayı ərzində Bakı şəhəri üzrə dövlət tibb müəssisələrinə 1 839 882 şəxs 6 691 074 dəfə müraciət edib. Vətəndaşlara göstərilən tibbi xidmətlərin sayı isə 16 305 250 olub. Beləliklə, ölkə üzrə qeydə alınan ümumi müraciət sayının 41 %-i və göstərilən tibbi xidmətlərin 40 %-i Bakı şəhərinin payına düşür.
63 şəhər və rayon üzrə tibbi statistik göstəricilər
Bu ilin ilk 11 ayı ərzində Bakı şəhəri istisna olmaqla, 63 şəhər və rayon üzrə dövlət tibb müəssisələrinə 2 781 823 şəxs 9 683 029 dəfə müraciət edib. Vətəndaşlara göstərilən tibbi xidmətlərin sayı isə 23 971 754 olub. Beləliklə, ölkə üzrə qeydə alınan ümumi müraciət sayının 59%-i və göstərilən tibbi xidmətlərin 60 %-i regionların payına düşür.
İcbari tibbi sığorta çərçivəsində müqaviləli tibb müəssisələrində göstərilən xidmətlər
TƏBİB-in tabeliyindəki dövlət tibb müəssisələrində göstərilməsi mümkün olmayan xidmətləri vətəndaşların əldə etməsi üçün onlara müqaviləli tibb müəssisələrinə göndəriş verilir. 2022-ci ilin yanvar-noyabr aylarında 149 179 vətəndaşa 183 877 göndəriş verilib. Göndəriş alan vətəndaşlar bu dövrdə müqaviləli tibb müəssisələrində 66 860 tibbi xidmətdən yararlanıb. Bu xidmətlərdən 1 597-si uşaqlara, 65 263-ü isə böyüklərə göstərilib.
Sözügedən tibbi xidmətlərdən 21 823-nü oftalmoloji əməliyyatlar, 18 268-ni ürək-damar əməliyyatları, 17 179-nu invaziv radiologiya xidmətləri, 2 702-ni urologiya, 2 443-nü neyrocərrahiyyə, 937-ni travmatologiya, 674-nü ümumi cərrahiyyə, 517-ni lor, 144-nü isə ginekologiya və doğuş üzrə aparılan əməliyyatlar təşkil edib. Digər sahələr üzrə icra olunan əməliyyatların sayı 693-dür. İcra olunan koxlear implantasiya və endoprotezləşdirmə əməliyyatlarının sayı isə müvafiq olaraq 82 və 1 398 olmuşdur.
Xəbərlər
“e-Tabib” mobil tətbiqinin yeni versiyasının təqdimatı keçirilib
15 Mart 2023 17:43
Zaur Əliyev Sumqayıt şəhərində vətəndaşları qəbul edib
15 Mart 2023 17:16
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və TƏBİB nümayəndələri İsrailə səfər edib
14 Mart 2023 15:33
Agentliyin İdarə Heyətinin sədri Zaur Əliyev Naxçıvan Muxtar Respublikasına səfər edib
01 Mart 2023 10:17
Agentliyin müqavilə bağladığı tibb müəssisələrinin sayı 115-ə çatdırılıb
28 Fevral 2023 15:13
Zaur Əliyev Xaçmaz şəhərində vətəndaşları qəbul edib
24 Fevral 2023 17:00
Agentlik QHT-ləri əhalinin icbari tibbi sığorta barədə maarifləndirilməsində fəal iştiraka çağırır
22 Fevral 2023 12:20
Koronavirus pandemiyası ilə mübarizədə iştirak edənlərə ötən ilin may-dekabr ayları üzrə 2 milyon manata yaxın müddətli əlavə ödənilib
21 Fevral 2023 17:04
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Çağrı mərkəzində "Açıq qapı" günü keçirilib
14 Fevral 2023 17:26
Ötən il vahid əlaqələndirmə mərkəzlərində icbari tibbi sığorta ilə bağlı 433 vətəndaşa xidmət göstərilib
09 Fevral 2023 15:00