04 Oktyabr 2019 15:40
Cari ilin ilk doqquz ayında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə 2379 vətəndaş müraciəti daxil olub
2019-cu ilin ilk doqquz ayı ərzində İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə ümumilikdə 2379 müraciət daxil olub. Onların 1021-i ərizə, şikayət və təklif xarakterli olmaqla məktub, 1358-i isə telefon vasitəsilə edilib. Müraciətlərin əksəriyyəti icbari tibbi sığortanın pilot layihə olaraq həyata keçirildiyi Mingəçevir şəhəri, Yevlax və Ağdaş rayonlarının sakinləri tərəfindən edilib.
Agentliyə daxil olan müraciətlərin 695-i müayinə, müalicə və cərrahi əməliyyat, 316-sı əlillik məsələləri, 260-ı icbari tibbi sığortanın tətbiqi və sığortahaqları, 216-sı işə qəbul və əmək münasibətləri, 172-si ambulator dərman təminatı, 149-u göndərişlərin verilməsi, 123-ü tibbi xidmətlərlə bağlı ödənişlər və 448-i digər mövzular ilə bağlı olub.
Bütün müraciətlərə qanunvericiliklə müəyyən edilmiş qaydada və müddətdə baxılıb. Agentliyin fəaliyyətinə aid olmayan müraciətlər isə baxılması üçün aidiyyəti üzrə digər təşkilatlara göndərilib.
Qəbul qrafikinə uyğun olaraq doqquz ay ərzində Agentliyin rəhbərliyi və vəzifəli şəxsləri tərəfindən 193 vətəndaş qəbul edilib. Onlardan 45-i pilot layihənin həyata keçirildiyi ərazilərdə Agentliyin İdarə Heyətinin sədri tərəfindən səyyar qaydada qəbul edilib. Qəbula gələn vətəndaşlar əsasən tibbi sərfin qarşılanması, dərman vasitələri və işlə təminat, əlillik dərəcəsinin təyin edilməsi, müayinə-müalicə, cərrahi əməliyyatlar və s. məsələlərlə bağlı müraciət ediblər.
Vətəndaşların müraciətləri qanunvericiliyin tələblərinə uyğun şəkildə cavablandırılıb və onların həlli istiqamətində zəruri tapşırıqlar verilib.
Xəbərlər
Agentlik Özbəkistanın Dövlət Tibbi Sığorta Fondu ilə əməkdaşlıq edəcək
06 May 2024 17:59
Müddətli həqiqi hərbi xidmətə çağırılanların tibbi müayinəsi ilə bağlı pilot layihəyə start verilir
30 Aprel 2024 12:15
İlkin səhiyyə xidməti təkmilləşdirilir
24 Aprel 2024 10:15
Zaur Əliyev Daşkəsən rayonunda vətəndaşları qəbul edib
22 Aprel 2024 10:52
Böyrəyin çıxarılması əməliyyatı icbari tibbi sığorta ilə qarşılanır
19 Aprel 2024 09:45
Katarakta əməliyyatı zamanı Amerika istehsalı olan linzalar icbari tibbi sığorta ilə qarşılanır
16 Aprel 2024 10:30
Agentlik tərəfindən 101 tibb müəssisəsi monitorinqlərə cəlb edilib
05 Aprel 2024 17:53
İcbari tibbi sığorta ilə transfuzioloji yardım təkmilləşdirilir
01 Aprel 2024 11:56
Zaur Əliyev Kürdəmir rayonunda vətəndaşları qəbul edib
29 Mart 2024 15:00
Təxliyə zamanı həyati təhlükəsi olanlara təcili tibbi yardım göstərməyə imkan verən yeni ambulanslar alınıb
18 Mart 2024 12:40