Rəsmi vebsayt linkləri .gov.az ilə bitir.
Dövlət qurumları .gov.az domenləri (məsələn, my.gov.az) vasitəsilə əlaqə qurur. Rəsmi vebsaytların siyahısıTəhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.17.04.2025, 06:11
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyevin 25 aprel 2025-ci il tarixində Ağcabədi, Ağdam və Laçın rayon sakinləri ilə keçirilməsi nəzərdə tutulan vətəndaş qəbulunun vaxtı aprelin 24-ə dəyişdirilib.
Vətəndaşlar 23 aprel 2025-ci il saat 17:00-a qədər şəxsiyyəti təsdiq edən sənədlə birgə Ağcabədi, Ağdam və Laçın rayon Mərkəzi xəstəxanalarının Ümumi şöbələrinə müraciət etməklə, eləcə də, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin "1542" Çağrı mərkəzinə, (+994 12) 310 07 70 (daxili 2108) əlaqə nömrəsinə zəng etməklə və ya Agentliyin www.its.gov.az rəsmi saytının vətəndaşların qəbulu üçün onlayn qeydiyyat bölməsi vasitəsilə, yaxud info@its.gov.az elektron poçt ünvanına yazmaqla qeydiyyatdan keçə bilərlər.
Qəbul Ağcabədi şəhəri, Hüsü Hacıyev küçəsi 104 ünvanında yerləşən Ağcabədi Rayon Mərkəzi Xəstəxanasında keçiriləcək.