14 Mart 2018 16:37
Ağdaş rayonunda icbari tibbi sığortanın tətbiqi ilə bağlı tədbirlər keçirilib
Martın 14-də İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi Ağdaş rayonunda icbari tibbi sığortanın tətbiqi ilə əlaqədar Heydər Əliyev Mərkəzində və Habil Əliyev adına musiqi məktəbində rayon sakinləri ilə görüş keçirib.
Tədbiri giriş sözü ilə açan Ağdaş rayon icra hakimiyyətinin başçısının müavini Aynur Novruzova qeyd etmişdir ki, tibbi xidmətlərin Ağdaş rayon sakinlərinin hər biri üçün əlçatan olması və icbari tibbi sığortanın tətbiqi ilə bağlı çevikliyin artırılması üçün zəruri olan bütün mexanizmlər prezidentin müvafiq Fərmanında öz əksini tapmışdır.
Ağdaş rayonunda keçirilən tədbirlərdə Agentliyin əməkdaşları Sadiq Mədətov və Tural Qulu icbari tibbi sığortanın əhəmiyyəti və üstünlükləri haqqında təqdimatla çıxış ediblər. Çıxışçılar icbari tibbi sığortanın tətbiqi sahəsində görülən işlər haqqında məlumat verib, Azərbaycanda universal və dayanıqlı tibbi sığorta modelinin tətbiqini Agentliyin əsas prioriteti olduğunu vurğulayıblar.
Bununla yanaşı, tədbir iştirakçılarına baza zərfi çərçivəsində təminat verilən 1829 adda tibbi xidmətlər haqqında ətraflı məlumat verilib. Bildirilib ki, pilot layihə çərçivəsində təminat verilən tibbi xidmətlərdən 480-ni ambulator, 677-si stasionar, 6-sı təcili və təxirəsalınmaz, 18-i ilkin səhiyyə, 23-ü isə fizioterapevtik tibbi xidmətlərə aiddir. Həmçinin 459 laborator müayinəyə və 166 həyati vacib, dəyəri yüksək xidmətlərə təminat verilir.
Tədbirlərin sonunda agentliyin əməkdaşları əhalini maraqlandıran sualları cavablandırıblar.
Əhalinin məlumatlandırılması məqsədi ilə keçirilən tədbirlərdə bukletlər paylanılıb, posterlər vurulub.
Qeyd olunmalıdır ki, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi Ağdaş rayon icra hakimiyyəti ilə birlikdə mart və aprel ayları ərzində əhali ilə maarifləndirici görüşlərin keçirilməsini nəzərdə tutub.
Xəbərlər
Zaur Əliyev Mingəçevir şəhərində vətəndaşları qəbul edib
27 Yanvar 2023 17:16
Cəlilabad rayonunda yerləşən dövlət tibb müəssisələrinə media-tur təşkil olunub
25 Yanvar 2023 17:11
“Heydər Əliyev – icbari tibbi sığorta haqqında qanunun banisi kimi” mövzusunda tədbir keçirilib
25 Yanvar 2023 16:35
BMT-nin “Uşaq hüquqları haqqında Konvensiyası” üzrə beşinci və altıncı birgə dövri məruzəsinin təqdimatı keçirilib
24 Yanvar 2023 17:00
“Laboratoriya analizlərinin nəticələri” adlı elektron xidmətin əhatə dairəsi genişləndirilib
19 Yanvar 2023 16:19
Agentliyin maarifləndirmə kampaniyası uğurla icra olunub
18 Yanvar 2023 15:30
TƏBİB-in tibb müəssisələrində çalışan ictimaiyyətlə əlaqələr üzrə mütəxəssislər üçün kommunikasiya təlimi keçirilib
27 Dekabr 2022 11:35
Zaur Əliyev Şamaxı rayonunda vətəndaşları qəbul edib
23 Dekabr 2022 17:30
Media və QHT nümayəndələri icbari tibbi sığorta haqqında məlumatlandırılıb
21 Dekabr 2022 17:25
2022-ci ilin ilk 11 ayı ərzində icbari tibbi sığorta çərçivəsində 40 milyondan çox tibbi xidmət göstərilib
21 Dekabr 2022 16:45