Yerləşdirilmə tarixi: 10.04.2023
Son müraciət tarixi: 21.04.2023
Agentlik Çağrı mərkəzinə vakansiya elan edir
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi Çağrı mərkəzinə kiçik mütəxəssis/mütəxəssis vakansiyası elan edir.
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi (Agentlik) icbari tibbi sığortanın tətbiqini təmin edən, Xidmətlər Zərfi çərçivəsində tibbi xidmətlərin maliyyələşdirilməsi üçün vəsaitləri özündə cəmləşdirən, səhiyyə xidmətlərinin alıcısı olan və bununla bağlı zəruri xərclərin ödənilməsini təmin edən publik hüquqi şəxsdir. Agentlik Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 24 noyabr tarixli 1125 nömrəli Fərmanı ilə yaradılmışdır.
Biz nə təklif edirik:
Gənc və peşəkar kollektivdə çalışmağın üstünlüyü;
Yüksək komanda ruhunda əməkdaşlıq və zəngin təcrübənin qazanılması;
Karyera irəliləyişlərində yaradılan şərait;
Rəqabətədavamlı əmək haqqı;
İldə üç dəfə mükafat.
Bizim üçün uyğun namizəd:
Ali tibbi təhsil arzuolunandır;
1 il iş təcrübəsi (Çağrı mərkəzində və ya tibb sahəsində)
Yüksək ünsiyyət, təşkilatçılıq, komandada işləmə bacarığı;
Xarici dil bilikləri arzuolunandır;
Ofis proqramları üzrə biliklər;
Azərbaycan dilində səlis yazı və danışıq baçarığı.
Görəcəyiniz işlər:
Agentliyin çağrı mərkəzi vasitəsilə vətəndaşlardan daxil olan şifahi müraciətlərin qəbulu, qeydiyyata alınması və canlı rejimdə birbaşa operativ, düzgün, tam, açıq cavablandırılmasının təmin olunması;
Birbaşa cavablandırıla bilinməyən müraciətlərin həlli üçün aidiyyəti üzrə yönləndirilməsi;
Müraciət ilə bağlı sənədlərin hazırlanması.
Əlavə məlumatlar:
İş qrafiki: 5 günlük iş həftəsi;
İş vaxtı: 09:00 – 18:00;
İş yeri: Bakı şəh., Begoc Biznes Mərkəzi.
Müraciət qaydası:
Vakansiyaya son müraciət tarixi: 21.04.2023-cü il;
CV-lər cv@its.gov.az ünvanına göndərilməlidir;
Müraciət etdiyiniz vəzifənin adı “mövzu” bölməsində qeyd edilməlidir;
Müraciətlər nəzərdən keçiriləcək, yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.
Qeyd: İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi təhlükəsizlik səbəbindən bu domenlərdən məktub qəbul etmir: yandex.ru, mail.ru, list.ru, inbox.ru, bk.ru, yahoo.com. Xahiş edirik ki, müraciətinizi başqa domenli elektron poçt ünvanlarından göndərəsiniz.
Vakansiyalar
Agentlik Məlumat inzibatçılığı şöbəsinə vakansiya elan edir
29 Sentyabr 2023 16:55
Agentlik Texniki şöbəyə vakansiya elan edir
25 Sentyabr 2023 11:50
Agentlik Xarici dövlətlərlə əlaqələr şöbəsinə vakansiya elan edir
25 Sentyabr 2023 11:46
Agentlik İnformasiya sistemlərinin dəstəklənməsi şöbəsinə vakansiya elan edir
21 Sentyabr 2023 17:18
Agentlik Marketinq və tədbirlər şöbəsinə vakansiya elan edir
21 Sentyabr 2023 17:02
Çağrı mərkəzi xidmətinə həkim-mütəxəssis vakansiyası elan edilir
12 Sentyabr 2023 09:50
Agentlik İT layihələri şöbəsinə kiçik mütəxəssis vakansiyası elan edir
01 Sentyabr 2023 12:16
Agentlik Front-End Developer istiqaməti üzrə mütəxəssis vakansiyası elan edir
21 Avqust 2023 17:26
Agentlik Front-End Developer istiqaməti üzrə aparıcı məsləhətçi vakansiyası elan edir
21 Avqust 2023 17:23
Agentlik Back-End Developer istiqaməti üzrə aparıcı məsləhətçi vakansiyası elan edir
21 Avqust 2023 17:19