Yerləşdirilmə tarixi: 12.12.2022
Son müraciət tarixi: 26.12.2022
Agentlik İnformasiya sistemlərinin dəstəklənməsi şöbəsinə vakansiya elan edir
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi İnformasiya sistemlərinin dəstəklənməsi şöbəsinə mütəxəssis/məsləhətçi üzrə vakansiya elan edir.
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi (bundan sonra – Agentlik) icbari tibbi sığortanın tətbiqini təmin edən, Xidmətlər Zərfi çərçivəsində tibbi xidmətlərin maliyyələşdirilməsi üçün vəsaitləri özündə cəmləşdirən, səhiyyə xidmətlərinin alıcısı olan və bununla bağlı zəruri xərclərin ödənilməsini təmin edən publik hüquqi şəxsdir. Agentlik Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 24 noyabr tarixli 1125 nömrəli Fərmanı ilə yaradılmışdır.
Biz nə təklif edirik:
Gənc və peşəkar kollektivdə çalışmağın üstünlüyü;
Yüksək komanda ruhunda əməkdaşlıq və zəngin təcrübənin qazanılması;
Karyera irəliləyişlərində yaradılan şərait;
Rəqabətədavamlı əmək haqqı;
İldə üç dəfə mükafat.
Bizim üçün uyğun namizəd:
Ali təhsil (texniki sahədə təhsil arzuolunandır);
Tibb sahəsində və Xəstəxana İdarəetmə Sistemlərinin istifadəsi ilə bağlı minimum 1 il iş təcrübəsi (ESD, JİRA sistemləri ilə iş təcrübəsi üstünlükdür);
Ölkədaxili mütəmadi ezamiyyələrə açıq olmaq;
Dil bilikləri: Azərbaycan (ana dili) – səlis (ingilis dili biliyinin olması üstünlükdür);
Microsoft Windows əməliyyat sistemləri üzrə istifadəçi səviyyəsində biliklər;
Microsoft Office üzrə ilkin biliklər;
Problem həll etmə və ünsiyyət bacarığı;
Təqdimat bacarığı;
Operativlik və dəqiqlik.
Görəcəyiniz işlər:
İcrasında olan sorğuları həll etmək, mümkün olmadıqda həlli istiqamətində müvafiq icraçıya yönləndirmək;
Sorğunun icrası ilə bağlı yekun nəticə əldə etmək və sorğunun bağlanması üçün addımları koordinasiyalı şəkildə izləmək;
Tibb müəssisələrində proqram təminatı istifadəçiləri və ya müəssisə tərəfindən təyin olunmuş məsul şəxslərlə mütəmadi olaraq əlaqədə olmaq, mövcud problemlərin həlli istiqamətində dəstək göstərmək;
Tibb müəssisələrində proqram təminatı istifadəçiləri və ya müəssisə tərəfindən təyin olunmuş məsul şəxslərin bilik və bacarıqlarının artırılması üçün təlimlər təşkil etmək, ehtiyac yarandığı təqdirdə proqram təminatının istifadəsinə dair video və digər elektron formalarda təlimatlar hazırlamaq;
Daxil olan rəsmi məktubları cavablandırmaq.
Əlavə məlumatlar:
İş qrafiki: Bazar ertəsi - Cümə, 5 günlük iş həftəsi;
İş vaxtı: 09:00 – 18:00;
İş yeri: Bakı şəh., Üzeyir Hacıbəyli 57.
Müraciət qaydası:
Vakansiyaya son müraciət tarixi: 26.12.2022-ci il;
CV-lər cv@its.gov.az ünvanına göndərilməlidir;
Müraciət etdiyiniz vəzifənin adı “mövzu” bölməsində qeyd edilməlidir;
Müraciətlər nəzərdən keçiriləcək, yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.
Qeyd: İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi təhlükəsizlik səbəbindən bu domenlərdən məktub qəbul etmir: yandex.ru, mail.ru, list.ru, inbox.ru, bk.ru, yahoo.com. Xahiş edirik ki, müraciətinizi başqa domenli elektron poçt ünvanlarından göndərəsiniz.
Vakansiyalar
Agentlik İT analitiklər şöbəsinə vakansiya elan edir
13 Mart 2023 09:54
Agentlik Marketinq və ictimaiyyətlə əlaqələr departamentinə vakansiya elan edir
07 Mart 2023 16:03
Agentlik İT proseslərin idarəedilməsi şöbəsinə vakansiya elan edir
07 Mart 2023 11:34
Agentlik Tibbi ekspertiza şöbəsinə vakansiya elan edir
03 Mart 2023 10:16
Agentlik İT layihələri şöbəsinə vakansiya elan edir
20 Fevral 2023 15:56
Agentlik İşçi bağlılığı və daxili kommunikasiya üzrə məsləhətçi/baş məsləhətçi vakansiyasını elan edir
20 Fevral 2023 15:53
Agentlik Göndərişlər şöbəsinə vakansiya elan edir
15 Fevral 2023 16:22
Agentlik Tibbi ekspertiza şöbəsinə vakansiya elan edir
30 Yanvar 2023 12:55
Agentlik Proqramlaşdırma şöbəsinə Back-End Developer istiqaməti üzrə məsləhətçi/baş məsləhətçi vakansiyası elan edir
27 Yanvar 2023 15:39
Agentlik Strateji təhlil departamentinin rəhbəri vəzifəsi üzrə vakansiya elan edir
23 Yanvar 2023 17:57