Yerləşdirilmə tarixi: 03.06.2022
Son müraciət tarixi: 24.06.2022
Agentlik Marketinq və ictimaiyyətlə əlaqələr departamentinə vakansiya elan edir
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi Marketinq və ictimaiyyətlə əlaqələr departamentinə Motion dizayner üzrə vakansiya elan edir.
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi (bundan sonra – Agentlik) icbari tibbi sığortanın tətbiqini təmin edən, Xidmətlər Zərfi çərçivəsində tibbi xidmətlərin maliyyələşdirilməsi üçün vəsaitləri özündə cəmləşdirən, səhiyyə xidmətlərinin alıcısı olan və bununla bağlı zəruri xərclərin ödənilməsini təmin edən publik hüquqi şəxsdir. Agentlik Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 24 noyabr tarixli 1125 nömrəli Fərmanı ilə yaradılmışdır.
Biz nə təklif edirik:
Gənc və peşəkar kollektivdə çalışmağın üstünlüyü;
Yüksək komanda ruhunda əməkdaşlıq və zəngin təcrübənin qazanılması;
Karyera irəliləyişlərində yaradılan şərait;
Rəqabətədavamlı əmək haqqı.
Bizim üçün uyğun namizəd:
Müvafiq sahə üzrə minimum 3 il iş təcrübəsi;
Qrafik dizayn proqramlarında işləmək bacarığının olması (Photoshop,Adobe Illustrator, Adobe InDesign, CorelDraw, After Effects, Adobe Premier);
Motion dizayn sahəsində təcrübə və portfolio olması;
Analitik, təqdimat və təşkilatçılıq bacarığının olması;
Komandada işləmək bacarığının olması;
Kreativlik,yaradıcı təxəyyülə malik olması;
Ofis proqramlarında sərbəst işləmək bacarığının olması;
Azərbaycan dili ana dili (ingilis dili biliyi üstünlükdür);
Şirkəti yüksək səviyyəli təmsil etmə qabiliyyəti.
Görəcəyiniz işlər:
Verilmiş təlimatlar və informasiya əsasında dizayn işlərinin zamanında və yüksək keyfiyyətlə həyata keçirilməsinin təmin edilməsi;
İnformativ və infoqrafik videoların hazırlanması;
Sosial mediada paylaşılacaq postların dizaynının hazırlanması;
Promo və çap məhsullarının dizaynının hazırlanması;
Dijital trendlərin izlənməsi və iş prosesinə tətbiq olunması.
Əlavə məlumatlar:
İş qrafiki: Bazar ertəsi - Cümə, 5 günlük iş həftəsi;
İş vaxtı: 09:00 – 18:00;
Müraciət qaydası:
Vakansiyaya son müraciət tarixi: 24.06.2022-ci il;
CV və portfolio cv@its.gov.az ünvanına göndərilməlidir [1];
Müraciət etdiyiniz vəzifənin adı “mövzu” bölməsində qeyd edilməldir;
Müraciətlər nəzərdən keçirilərək, yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.
[1] Qeyd: İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi təhlükəsizlik səbəbindən bu domenlərdən məktub qəbul etmir: yandex.ru, mail.ru, list.ru, inbox.ru, bk.ru, yahoo.com. Xahiş edirik ki, müraciətinizi başqa domenli elektron poçt ünvanlarından göndərəsiniz.
Vakansiyalar
Agentliyin Şəki və Mingəçevir filialları üçün filial müdiri üzrə vakansiya elan edilir
01 İyul 2022 09:10
Agentlik İnformasiya sistemlərinin dəstəklənməsi şöbəsinə vakansiya elan edir
17 İyun 2022 11:59
Agentlik regional filiallara həkim-ekspert vəzifəsinə vakanksiya elan edir
31 May 2022 15:36
Agentlik Proqramlaşdırma şöbəsinə vakant yer elan edir
25 May 2022 17:34
TƏBİB-in İlkin səhiyyə xidmətinin təşkili şöbəsinə baş mütəxəssis vəzifəsi üzrə vakant yer elan edilir
10 May 2022 17:20
TƏBİB-in İlkin səhiyyə xidmətinin təşkili şöbəsinə məsləhətçi vəzifəsi üzrə vakant yer elan edilir
10 May 2022 17:19
TƏBİB-in İlkin səhiyyə xidmətinin təşkili şöbəsinə mütəxəssis vəzifəsi üzrə vakant yer elan edilir
10 May 2022 17:17
TƏBİB-in İlkin səhiyyə xidmətinin təşkili şöbəsinə koordinator vəzifəsi üzrə vakant yer elan edilir
10 May 2022 16:46
Agentlik TƏBİB-in Strategiya və layihələrin icrasına nəzarət şöbəsinə vakansiya elan edir
04 May 2022 12:02
Agentlik TƏBİB-in Daxili nəzarət və monitorinq departamentinə vakant yer elan edir
04 May 2022 11:58