Yerləşdirilmə tarixi: 19.10.2021
Son müraciət tarixi: 19.11.2021
Agentlik Proqramlaşdırma şöbəsinə vakant yer elan edir
İşəgötürən: İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi
Vəzifə: Baş mütəxəssis/məsləhətçi (Front-end Developer istiqaməti üzrə)
Şöbə: Proqramlaşdırma şöbəsi
Vəzifə öhdəlikləri:
- Agentliyin siyasətinə və prioritetlərinə uyğun olaraq proqram təminatı üzrə işləri müəyyən edərək inkişaf fəaliyyətlərinin planlaşdırılmasında iştirak etmək;
- Şöbə üzrə proqram təminatı istiqamətində müvafiq prosedurların və siyasətlərin hazırlanmasında iştirak etmək;
- Agentliyin müəyyənləşdirilmiş proseslərinin tələbləri üzrə proqram təminatının yazılmasında iştirak etmək;
- Yeni məhsulların yaradılmasında iştirak və onların tətbiqi metodlarının seçilməsi;
- Təşkilati inkişaf baxımından proqram təminatı üzrə yeni yazılacaq və ya alınacaq proqram təminatının kod səviyyəsində mənimsənilməsində birbaşa iştirak;
- Digər əməkdaşların sahəsi üzrə təkmilləşməsi və proqram təminatını mənimsənilməsi tədris prosesində iştirak;
- Agentliyin istifadəsində olacaq proqram təminatı üzrə digər proqramçılara dəstək və təlim komandasını formalaşdırılmasında iştirak;
- Agentliyin istifadəsində olacaq proqram təminatı üzrə kod versiyalarının jurnallarının tərtib edilməsi və manual şəklində saxlanması;
- Əmək funksiyalarının icrasını təmin etmək məqsədi ilə rəhbərlik tərəfindən verilən şifahi, yazılı göstərişlərin və mövcud şirkətdaxili qaydaların icrası;
- Agentliyin inkişafı baxımından proqram təminatı üzrə yeni yazılacaq və ya alınacaq proqram təminatının kod səviyyəsində mənimsənilməsində birbaşa iştirak;
- Agentliyin mövcud olan proqram təminatının yeni məhsullara uyğun yazılması və digər tələb olunan proqramlara inteqrasiyası üsullarının texniki yazılması;
- Şöbənin fəaliyyət nəticələrinə dair hesabatların hazırlanmasında iştirak;
Vəzifə üçün tələblər:
- Kompüter elmləri və ya digər əlaqəli sahədə ali təhsil
- Komputer Elmlərinin Əsasları (Alqoritm and Data Strukturlar) haqqında biliklər
- HTML5, CSS 3, Bootstrap, jQuery, JavaScript və TypeScript bilikləri
- Angular və ya əlaqəli texnologiylar ilə minimum 2-3 il təcrübə
- Angular Universal ilə SSR tətbiqi təcrübəsi
- RESTful, JSON, Git və s. ilə təcrübə
- Test-Driven Development ilə tanış olması arzuolunandır
- Javascript Testing Frameworks haqqında bilik və təcrübə arzuolunandır (Jest, MochaJs və s.)
- Docker texnologiyası ilə deployment prosesinin aparılması haqqında məlumatlılıq və müvafiq təcrübə arzuolunandır
- Sürətli, səliqəli və anlaşılan kod yazmaq bacarığı
- Analitik düşüncə, yeni texnologiyalardan öyrənib tətbiq etmək istəyi
- Texniki sənədləri oxumaq, anlamaq, yazmaq bacarığı
Maraqlanan namizədlər CV-lərini “Front-end Developer” başlığı ilə 19 noyabr 2021-ci il tarixinədək hr@its.gov.az e-mail ünvanına göndərə bilərlər.
Müraciət olunan vəzifənin adı qeyd edilməlidir.
Yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.
Rəqabətədavamlı əmək haqqı.
Vakansiyalar
Agentliyin Şəki və Mingəçevir filialları üçün filial müdiri üzrə vakansiya elan edilir
01 İyul 2022 09:10
Agentlik İnformasiya sistemlərinin dəstəklənməsi şöbəsinə vakansiya elan edir
17 İyun 2022 11:59
Agentlik Marketinq və ictimaiyyətlə əlaqələr departamentinə vakansiya elan edir
03 İyun 2022 10:00
Agentlik regional filiallara həkim-ekspert vəzifəsinə vakanksiya elan edir
31 May 2022 15:36
Agentlik Proqramlaşdırma şöbəsinə vakant yer elan edir
25 May 2022 17:34
TƏBİB-in İlkin səhiyyə xidmətinin təşkili şöbəsinə baş mütəxəssis vəzifəsi üzrə vakant yer elan edilir
10 May 2022 17:20
TƏBİB-in İlkin səhiyyə xidmətinin təşkili şöbəsinə məsləhətçi vəzifəsi üzrə vakant yer elan edilir
10 May 2022 17:19
TƏBİB-in İlkin səhiyyə xidmətinin təşkili şöbəsinə mütəxəssis vəzifəsi üzrə vakant yer elan edilir
10 May 2022 17:17
TƏBİB-in İlkin səhiyyə xidmətinin təşkili şöbəsinə koordinator vəzifəsi üzrə vakant yer elan edilir
10 May 2022 16:46
Agentlik TƏBİB-in Strategiya və layihələrin icrasına nəzarət şöbəsinə vakansiya elan edir
04 May 2022 12:02