Yerləşdirilmə tarixi: 28.03.2022
Son müraciət tarixi: 15.04.2022

Agentlik TƏBİB-in Büdcə planlaşdırılması və hesabatlılıq şöbəsinə vakansiya elan edir

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi”  (TƏBİB)  Maliyyə departamentinin Büdcə planlaşdırılması və hesabatlılıq şöbəsinə baş mütəxəssis üzrə vakansiya elan edir.

Vəzifə öhdəlikləri:

  • Müəssisənin iqtisadi fəaliyyətinin illik və operativ proqnoz layihələrinin tərtibi üçün ilkin məlumatların hazırlanması;

  • Maliyyə-təsərrüfat fəaliyyəti ilə əlaqədar aidiyyatı struktur bölmələrindən zəruri məlumatların toplanması;

  • Müəssisənin təsərrüfat fəaliyyətini iqtisadi təhlil edir və qənaət rejiminin təmin  edilməsi, görülən işlərin səmərəliliyinin artırılması, itkilərin və qeyri-zəruri xərclərin qarşısının alınması üçün təhlillərin aparılması;

  • Hesablama işlərinin və büdcə tərtibi tapşırıqlarının yerinə yetirilməsində müasir texnologiyaların tətbiq edilməsi;

  • Müxtəlif tipli iqtisadi əsaslandırmaların, tələb olunan arayışların hazırlanması;

  • İqtisadi göstəricilərin yaxşılaşdırılması üzrə tədbirlərin işlənib hazırlanmasında iştirak edilməsi;

  • Aylıq, rüblük və illik maliyyə hesabatlarının dəqiq şəkildə və vaxtında hazırlanması;

  • Hər bir hesabat dövrünün sonunda faktiki və büdcə nəticələrinin müqayisəsi, fərqlər barədə hesabatın hazırlanması;

  • Əməliyyat xərcləri ilə bağlı sənədlərin Büdcə nəzarəti prosedurlarına uyğun olaraq günlük yoxlanılması və təsdiqi;

  • Kənar audit yoxlama prosesində iştirak edilməsi və yoxlama üçün hesabatların, açıqlamaların tərtib və təqdim edilməsi;

  • Maliyyə proseslərinin və idarəetmə hesabatlarının yaxşılaşdırılması üçün təkliflər irəli sürmək.

  • Birbaşa rəhbərin veriləcək tapşırıqlarını icrasını təmin etmək.

Vəzifəyə dair tələblər:

  • Ali təhsil - Maliyyə və audit sahəsi üzrə;

  • İstehsalat və ya audit şirkətində müvafiq sahə üzrə azı 2 il iş təcrübəsi;

  • Ofis proqramları (Excel, Powerpoint, Outlook,Word) üzrə biliklərin yüksək səviyyədə olması;  

  • Müvafiq sahə üzrə biliyi təsdiq edən ACCA(FA)  sertifikatının olması zəruridir, ACCA (FR) və ACCA (DipİFR) sertifikatlarının olması arzuolunandır;

  • Azərbaycan dilində səlis yazı və danışıq bacarığı (Rus və ingilis dil biliyi üstünlükdür);

  • Məsuliyyətlilik;

  • Peşə və ixtisası üzrə geniş nəzəri və praktik biliyə sahib olması;

  • Güclü analitika və problemi təhlil etmə bacarığı;

  • Dəqiqlik;

  • Müstəqil və komandada işləmə bacarığı.

Müraciət qaydası:

  • Vakansiyaya son müraciət tarixi: 15.04.2022-ci il;

  • CV-lər vacancy@tabib.gov.az ünvanına göndərilməlidir[1];

  • Göstərilən tələblərə cavab verən namizədlərdən nümunəvi formaya uyğun CV-lərini mövzu yerinə “Büdcə planlaşdırılması və hesabatlılıq şöbəsi üzrə baş mütəxəssis” yazaraq göndərmələri xahiş olunur;

  • Müraciətlər nəzərdən keçirilərək, yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.

 

 

[1] Qeyd: İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi təhlükəsizlik səbəbindən bu domenlərdən məktub qəbul etmir: yandex.ru, mail.ru, list.ru, inbox.ru, bk.ru, yahoo.com. Xahiş edirik ki, müraciətinizi başqa domenli elektron poçt ünvanlarından göndərəsiniz.

Zəng sifariş et