Yerləşdirilmə tarixi: 28.03.2022
Son müraciət tarixi: 15.04.2022

Agentlik TƏBİB-in Mühasibatlıq şöbəsinə vakansiya elan edir

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi”  (TƏBİB)  Maliyyə departamentinin Mühasibatlıq şöbəsinə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir.

Vəzifə öhdəlikləri:

  • Əmək və nizam-intizam qaydalarına riayət edir;

  • Müəssisənin hesablaşma hesabında olan pul vəsaitlərinin uçotu;

  • Kreditlər üzrə bankla hesablaşmaların uçotu;

  • İşçilərlə və təhtəl hesab şəxslərlə hesablaşmaların uçotu;

  • Büdcə ilə hesablaşmaların uçotu;

  • Gündəlik olaraq Malsatanlar və podratçılarla (xidmət) hesablaşmalar üzrə ödənişlərin aparılması və hesablaşma hesabından keçirilən əməliyyatlara nəzarət edilməsi;

  • Hər iş gününün əvvəlinə və günün sonuna hesablaşma hesabından aparılan əməliyyatlar barədə məlumatların (müvafiq hesabatların) rəhbərliyə təqdim oluması;

  • Əməliyyatların aparılması üzrə banklar tərəfindən təqdim olunan təsdiqedici sənədlərin (çıxarışların) gündəlik olaraq mühasibat proqramında əks etdirilməsi;

  • Material anbarı və hazır məhsul anbarı üzrə mədaxil və məxaric, yerdəyişmə sənədlərinin müntəzəm olaraq alınması və düzgün tərtib olunduğuna, sistemə işlənildiyinə nəzarət edilməsi;

  • Birbaşa rəhbərin veriləcək tapşırıqlarını icrasını təmin etmək.

Vəzifəyə dair tələblər:

  • Ali təhsil - Maliyyə və audit sahəsi üzrə

  • İstehsalat və ya audit şirkətində müvafiq sahə üzrə azı 1il iş təcrübəsi;

  • Ofis proqramları (Excel, Powerpoint, Outlook,Word) üzrə biliklərin yüksək səviyyədə olması;  

  • Müvafiq sahə üzrə biliyi təsdiq edən ACCA(FA)  sertifikatının olması zəruridir, ACCA (FR) və ACCA (DipİFR) sertifikatlarının olması arzuolunandır;

  • Azərbaycan dilində səlis yazı və danışıq bacarığı (ingilis dil biliyi üstünlükdür);

  • Məsuliyyətlilik;

  • Peşə və ixtisası üzrə geniş nəzəri və praktik biliyə sahib olması;

  • Güclü analitika və problemi təhlil etmə bacarığı;

  • Dəqiqlik;

  • Müstəqil və Komandada işləmə bacarığı.

Müraciət qaydası:

  • Vakansiyaya son müraciət tarixi: 15.04.2022-ci il;

  • CV-lər vacancy@tabib.gov.az ünvanına göndərilməlidir [1];

  • Göstərilən tələblərə cavab verən namizədlərdən nümunəvi formaya uyğun CV-lərini mövzu yerinə “Mühasibatlıq şöbəsi üzrə mütəxəssis” yazaraq göndərmələri xahiş olunur;

  • Müraciətlər nəzərdən keçirilərək, yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.

 

 

[1] Qeyd: İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi təhlükəsizlik səbəbindən bu domenlərdən məktub qəbul etmir: yandex.ru, mail.ru, list.ru, inbox.ru, bk.ru, yahoo.com. Xahiş edirik ki, müraciətinizi başqa domenli elektron poçt ünvanlarından göndərəsiniz.

Zəng sifariş et