10 Mart 2021 15:58
Agentlik tibbi iddiaların idarəolunması sisteminin təkmilləşdirilməsi üzərində iş aparır
10 mart 2021-ci il tarixində “Tibbi iddiaların idarəedilməsi sisteminin operativ qiymətləndirilməsi” üzrə layihənin nəticələrinin müzakirəsinə həsr olunmuş onlayn seminar keçirilib. İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin (Agentlik) və Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) təşəbbüsü, QİÇS, vərəm və malyariya ilə mübarizə üzrə Qlobal Fondun maliyyə dəstəyi ilə icra olunan layihənin məqsədi icbari tibbi sığorta ilə bağlı tibbi iddiaların idarəedilməsi sisteminin mövcud vəziyyətini təhlil etmək olub.
Seminarda Agentliyin Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Ruslan Abdullayev, ÜST-ün Azərbaycan üzrə nümayəndəsi Hande Harmancı çıxış edərək tibbi iddiaların idarəedilməsi sisteminin təkmilləşdirilməsi baxımından beynəlxalq təcrübənin öyrənilməsinin vacibliyini vurğulayıb.
Daha sonra sözügedən layihənin nəticələrindən danışan ÜST-ün eksperti Kristina Kahur tibbi iddiaların idarəedilməsi sisteminin mövcud vəziyyəti ilə bağlı boşluqlar və onların aradan qaldırılması üçün tövsiyələrin yer aldığı təqdimatla çıxış edib.
Qeyd edək ki, ötən ilin dekabr ayından icra olunan layihə çərçivəsində ÜST-ün eksperti Agentlik daxilində yaradılmış işçi qrupla yaxından əməkdaşlıq edib, işçi qrupla keçirilmiş yazılı sorğu və görüşlər əsasında hesabat hazırlanıb. Hesabatdakı tövsiyələri nəzərə alaraq Agentliyin digər beynəlxalq tərəfdaşlarla əməkdaşlığı planlaşdırılır.
Xəbərlər
Zaur Əliyev Sabirabad şəhərində vətəndaşları qəbul edib
29 Sentyabr 2023 17:24
Yenilənmiş Xidmətlər Zərfinin təqdimat mərasimi keçirilib
28 Sentyabr 2023 17:58
İnformasiya texnologiyaları sahəsində təhsil almış növbəti könüllülər Agentlikdə işə qəbul olunub
25 Sentyabr 2023 11:29
Tvininq layihəsinin aralıq hesabatının təqdimatı keçirilib
14 Sentyabr 2023 17:59
Zaur Əliyev Qazax şəhərində vətəndaşları qəbul edib
18 Avqust 2023 17:43
İcbari tibbi sığortanın Xidmətlər Zərfinə yeni tibbi xidmətlər əlavə edildi
12 Avqust 2023 10:45
Koronavirus pandemiyası ilə mübarizədə iştirak edənlərə 1.5 milyon manata yaxın müddətli əlavə ödənilib
07 Avqust 2023 16:19
Agentliyin “1542” Çağrı mərkəzi 94%-dən çox zəng qəbul edib
02 Avqust 2023 16:00
Bu ilin ilk 6 ayı ərzində əhalinin 34%-i icbari tibbi sığortadan yararlanıb
28 İyul 2023 14:55
İcbari tibbi sığorta ilə bağlı 171 maarifləndirmə tədbiri keçirilib
26 İyul 2023 10:00