02 Avqust 2023 16:00
Agentliyin “1542” Çağrı mərkəzi 94%-dən çox zəng qəbul edib
2023-cü ilin yanvar-iyun ayları ərzində İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin (Agentlik) “1542” Çağrı mərkəzinə ümumilikdə 125 768 zəng daxil olub. Çağrı mərkəzinin icbari tibbi sığorta ilə bağlı xəttinə 26 833, əlillik məsələləri ilə bağlı xəttinə 7888, göndərişlərin verilməsi ilə bağlı xəttinə 8547, koronavirusla bağlı xəttinə 1531, operator ilə əlaqə xəttinə isə 80 969 zəng daxil olub.
Bu müddət ərzində Çağrı mərkəzinə daxil olan müraciətlərin mövzuları aşağıdakı kimi olub:
Müayinə və müalicə ilə bağlı - 52 790 müraciət
Dərman və tibbi sərflə bağlı – 9142 müraciət
Tibbi sənədlərlə (tibbi arayışlar, ölüm haqqında şəhadətnamə və s.) bağlı - 6188 müraciət
Təcili tibbi yardım xidmətinin təmin edilməsi ilə bağlı - 3061 müraciət
Vətən müharibəsi iştirakçılarının xidmət alması ilə bağlı - 1631 müraciət
Qeyd edək ki, Çağrı mərkəzi azərbaycan dili ilə yanaşı, rus dilində də fəaliyyət göstərir. Sözügedən müddət ərzində rus dilində Çağrı mərkəzinə ümumilikdə 2269 zəng daxil olub.
Yanvar-iyun ayları ərzində ümumilikdə daxil olan zənglərin 94.81%-i cavablandırılıb. 30 saniyə ərzində cavablandırılan zənglər isə 92.40% təşkil edib. Bu isə o deməkdir ki, Agentliyin Çağrı mərkəzi Dövlət orqanlarında çağrı mərkəzlərinin fəaliyyətinin təşkili Qaydaları”nda müəyyən olunmuş minimum hədəf faizini (müvafiq olaraq 90% və 80%) aşıb.
Onu da qeyd edək ki, “1542” Çağrı mərkəzinə nahar və ya gecə vaxtı daxil olan və hansısa səbəbdən cavablandırılmayan zənglər itirilmir, onlara sonradan geri dönüş olunur. Həmçinin Agentliyin rəsmi internet səhifəsində (its.gov.az) zəng sifarişi funksiyası sayəsində vətəndaşlarla əlaqə saxlamaq mümkündür.
Çağrı mərkəzinə daxil olan bütün müraciətlər operativ şəkildə cavablandırılır, araşdırma tələb edən məsələlər aidiyyəti üzrə müvafiq struktur bölmələrə yönləndirilir və müraciət edən şəxslər araşdırmaların nəticələri barədə məlumatlandırılırlar.
Məlumat üçün bildirək ki, Agentliyin Çağrı mərkəzi 5 yönəldici xətt üzrə xidmət göstərir. Çağrı mərkəzinin icbari tibbi sığorta xətti (1542-1), əlillik məsələləri ilə bağlı xətti (1542-2), göndərişlərin verilməsi ilə bağlı xətti (1542-3), koronavirusla bağlı xətti (1542-4) həftəiçi 5 gün 09:00-dan 18:00-dək, operator ilə əlaqə xətti (1542-0) isə 7/24 fəaliyyət göstərir.
Xəbərlər
Zaur Əliyev Qubada vətəndaşları qəbul edib
23 Noyabr 2023 16:45
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi media nümayəndələri üçün təlim keçirib
22 Noyabr 2023 16:00
Xəstəxanaların idarəedilməsi sahəsində 60 nəfər rəhbər heyət Türkiyə təcrübəsini öyrənir
14 Noyabr 2023 16:50
“Medinex” və “Beauty Azerbaijan” sərgilərinin açılış mərasimi keçirildi
02 Noyabr 2023 14:00
Süd vəzi müayinəsi icbari tibbi sığorta təminatına daxildir
31 Oktyabr 2023 09:10
İcbari tibbi sığorta ilə LOR əməliyyatları icra olunur
30 Oktyabr 2023 15:00
Zaur Əliyev Lənkəranda vətəndaşları qəbul edib
27 Oktyabr 2023 15:37
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin məlumatı
26 Oktyabr 2023 12:08
Xüsusi qayğıya ehtiyacı olan şəxslər üçün tibbi aksiyalar keçirilib
20 Oktyabr 2023 12:30
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi informasiya sistemlərini “Hökumət buludu”na köçürüb
10 Oktyabr 2023 11:07