27 İyun 2019 17:37
Agentliyin nümayəndə heyəti Cənubi Koreyada səfərdədir
Milli Məclisin Səhiyyə Komitəsinin sədri Əhliman Əmiraslanov, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin (Agentlik) İdarə Heyətinin sədri Zaur Əliyev və Agentliyin Strateji təhlil departamentinin Statistika şöbəsinin müdiri Tural Qulu Cənubi Koreya Milli Assambleyasının Səhiyyə və Rifah Komitəsinin dəvəti ilə işgüzar səfərdədirlər.
Səfər çərçivəsində görüşlər 23-27 iyun tarixlərində keçirilib.
Azərbaycan nümayəndə heyətini Cənubi Koreya Milli Assambleyasının sədri Mun Hi-sanq qəbul edib. Sədr Cənubi Koreyada icbari tibbi sığortanın tətbiqi təcrübəsi, sistem çərçivəsində vətəndaşlara göstərilən tibbi xidmətlər, xidmətlərin keyfiyyətinə nəzarət sistemləri sahəsində Respublikada mövcud qanunvericilik bazası haqqında məlumat verərək, Azərbaycanla mümkün əməkdaşlıq istiqamətləri haqqında danışıb.
İki ölkə arasında mövcud əməkdaşlığı müsbət qiymətləndirən Milli Məclisin Səhiyyə Komitəsinin sədri Ə.Əmiraslanov ölkəmizdə səhiyyə sistemi ilə bağlı aparılan islahatlar barədə məlumat verib. O bildirib ki, gələn ildən etibarən ölkə üzrə icbari tibbi sığortanın tətbiqi məqsədilə mövcud qanunvericilik təkmilləşdirilir.
Agentliyin İdarə Heyətinin sədri Zaur Əliyev ölkə üzrə icbari tibbi sığortanın tətbiqi istiqamətində görülən işlər, pilot layihə çərçivəsində əldə olunan təcrübə və müsbət nəticələr barədə məlumat verib. O bildirib ki, pilot layihənin iki illik nəticələrinə görə ölkəmiz icbari tibbi sığortanın tətbiqi və sonrakı inkişafı üçün lazımi şəraitə, zəruri potensial, resurs və imkanlara malikdir.
Səfər çərçivəsində nümayəndə heyətinin Koreyanın Səhiyyə və Rifah naziri Park Neunqhu, Tibbi Sığortaya Baxış və Qiymətləndirilmə Xidmətinin prezidenti Kim Singtek, Koreya Əczaçılıq və Bio-əczaçılıq İstehsalçıları Assosiasiyasının (KPBMA) sədri Von Hi-Mok və Milli Tibbi Sığorta Xidmətinin prezidenti Kim Yong-Ik ilə bir sıra görüşləri baş tutub. Görüşlərdə heyət Koreyanın tibbi sığorta sistemi, sistemin ümumi təşkili, tibbi xidmətlərin göstərilməsi, tibbi sığorta sahəsində informasiya texnologiyalarının tətbiqi və mövcud monitorinq mexanizmləri ilə tanış olublar.
Agentlik mətbuatda
“Azərbaycanda “Medinex-2023” sərgisi keçiriləcək”
03 Noyabr 2023 11:50
Bütün ölkədə icbari tibbi sığorta qüvvədədir
27 Oktyabr 2023 14:00
68% смертей в Азербайджане – из-за проблем с сердцем. Что делать?
27 Oktyabr 2023 09:23
Qaraciyər köçürülməsi, artan həkim bonusları - Xidmətlər Zərfində nə dəyişdi?
24 Oktyabr 2023 17:00
İcbari tibbi sığortanın tətbiqi əhalinin səhiyyəyə əlçatanlığının təmin olunması üçün ən yaxşı modeldir- Müsahibə
12 Oktyabr 2023 14:30
Hansı əməliyyatları və müayinələri pulsuz edə bilərik? – MÜSAHİBƏ
05 Oktyabr 2023 15:10
İcbari tibbi sığorta ilə sağlam ailə zənciri quraq
17 Avqust 2023 22:00
Pulsuz müalicə olunmaq istəyənlərin DİQQƏTİNƏ - Bunları etməlisiniz
30 İyul 2023 00:23
Dynatrace в государственном секторе: как ГАОМС в 3 раза сократило время на устранение сбоев IТ-систем
21 İyul 2023 17:50
“Xəstəni 3 dəfə ölümdən geri döndərə bildik” - KTM-in Təcili tibbi yardım şöbəsindən reportaj
19 İyul 2023 14:41