02 İyul 2019 12:32
Əhliman Əmiraslanov: İcbari tibbi sığortanı həyata keçirməklə əhaliyə tibbi yardımın səviyyəsini kifayət qədər yüksəldə biləcəyik
“Ümummilli Liderimiz Heydər Əliyevin müəyyənləşdirdiyi siyasət Onun layiqli davamçısı, cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bu gün Azərbaycan müasir, qüdrətli və dinamik inkişafa malik olan ölkə kimi tanınır. Bütün sahələrdə ardıcıl və sistemli islahatlar həyata keçirilir”. Bu fikirləri yap.org.az saytına Milli Məclisin Səhiyyə komitəsinin sədri, akademik Əhliman Əmiraslanov deyib.
Ə.Əmiraslanov bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasət nəticəsində bütün istiqamətlərdə, o cümlədən elm, təhsil, səhiyyə sahələrində davamlı inkişaf müşahidə edilir. Xüsusilə də, səhiyyə sahəsində uğurlu addımlar atılıb, bu sahənin inkişafı üçün bütün imkanlar yaradılıb. Bunlardan biri də icbari tibbi sığortanın tətbiqidir.
“İcbari tibbi sığortanı həyata keçirməklə əhaliyə tibbi yardımın səviyyəsini kifayət qədər yüksəldə biləcəyik.Azərbaycanda “Tibbi sığorta haqqında” Qanun 1999-cu ildə qəbul olunub. Bu qanun çox köhnə olduğuna görə, bu gün icbari tibbi sığortanı həmin qanun əsasında həyata keçirmək mümkün deyildi. Demək olar, bu qanun tamamilə yeniləndi, 100-dən artıq dəyişiklik edildi. Məntiq tələb edirdi ki, icbari tibbi sığorta haqqında yeni qanun olsun. Amma vaxtımız az olduğundan bunu hazırlamaq, 3 oxunuşda həyata keçirmək vaxt tələb edirdi. İcbari tibbi sığortanın tətbiqini sürətləndirmək üçün həmin qanuna dəyişiklikləri etdik, icbari tibbi sığortanın hüquqi bazasını yaratdıq. Çünki yaxşı hüquqi bazası olmasa, bunu həyata keçirmək mümkün olmazdı. İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə çox sıx işləyirik. Güman ki, iş prosesində qanuna müəyyən dəyişikliklər etməyə yenə ehtiyac olacaq. Biz həmişə hazırıq. Əminəm ki, yeni qanunvericilik bazasının yaradılması icbari tibbi sığortanın tətbiqini sürətləndirəcək.Yeni yaradılan TƏBİB adlı qurum İcbari Tibbi Sığorta Agentliyinin tərkibində bilavasitə icbari tibbi sığortanı həyata keçirən təşkilatdır. Bu il, ölkə başçısının sərəncamında da qeyd olunduğu kimi, ölkə üzrə bütövlükdə icbari tibbi sığortaya keçmək üçün bütün lazımi tədbirlər görüləcək. İndi xəstəxanaların, poliklinikaların xüsusi proqramı hazırlanır. Bütün xəstəxanalar, poliklinikalar bir mərkəzdə cəmləşməlidir. İcbari Tibbi Sığortanın tətbiqi nəticəsində həkimlərin əməkhaqqı da hökmən artacaq. Bu çox sosial yönümlü proqramdır və həyata keçirilməsi ölkəmizdə əhaliyə göstərilən tibbi xidmətin keyfiyyətini çox yüksəldəcək”-deyə, komitə sədri vurğulayıb.
Agentlik mətbuatda
Даже в Джалилабаде: резекция желудка, операция на печени, торакальные операции
09 Mart 2023 09:00
Ноу-хау агентства по лабораторным анализам в Азербайджане
13 Fevral 2023 16:30
Госагентство медстрахования просвещает народ
03 Fevral 2023 18:29
İcbari tibbi sığorta ilə kataraktanın “hədəfləri” yox edilir
27 Yanvar 2023 12:33
Получайте бесплатные медицинские услуги по направлению
26 Yanvar 2023 04:20
Госагентство обязательного медстрахования ввело ряд новшеств в Центральном банке крови
30 Dekabr 2022 15:25
Интервью заместителя председателя правления Государственного агентства обязательного медицинского страхования Нигяр Байрамовой
29 Dekabr 2022 16:45
Медицинские услуги стали более доступными. Увеличилось количество обращений в больницу
21 Dekabr 2022 19:48
Vaxtından əvvəl doğulan körpələr - Onlar həyata necə bağlanır?
21 Dekabr 2022 16:00
Увеличена ежемесячная надбавка к зарплате врачей
07 Dekabr 2022 15:50