14 Avqust 2019 10:22
“Ana və Uşaq Sağlamlığı üzrə SMS maarifləndirmə” pilot layihəsinə start verilib
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi (Agentlik) və Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondu (UNICEF) arasında imzalanan Anlaşma Memorandumu çərçivəsində Mingəçevir şəhərində yerləşən Ailə Sağlamlıq Mərkəzlərində “Ana və Uşaq Sağlamlığı üzrə SMS maarifləndirmə” pilot layihəsinə start verilib.
Layihənin həyata keçirilməsində məqsəd ana olmağa hazırlaşan qadınların hamiləliyin ilkin vaxtlarında zəruri müayinələrdən keçmək, müvafiq pəhriz, həftələr və trimesterlər üzrə körpənin ana bətnindəki inkişafı və doğumdan sonra ana südü ilə qidalanmanın əhəmiyyəti barədə məlumatlandırılması ilə yanaşı, SMS ismarıcın maarifləndirmə vasitəsi kimi təsir gücünün sınanmasıdır. Belə ki, qeyd olunan təşəbbüs çərçivəsində hamilə qadınlara hamiləlik dövrü üçün vacib məlumatları, sağlam həyat tərzi ilə bağlı vərdişlər və həkim məsləhətlərini özündə əks etdirən 25 SMS-lik maarifləndirmə paketi təqdim edilir. Layihənin sonunda həmin paketi almış hamilə qadınlardan bilik və vərdişlərində yaranmış dəyişikliklər üzrə tele-sorğu keçiriləcək.
SMS mətnlərin hazırlanmasında Respublika Perinatal Mərkəzinin mütəxəssisləri iştirak ediblər.
Qeyd olunmalıdır ki, ölkənin aparıcı mobil operatorları korporativ sosial məsuliyyətləri çərçivəsində abonentlərinə göndərilən SMS-lərin xərclərini öz üzərilərinə götürməklə sözügedən layihəyə dəstək göstəriblər.
Xəbərlər
Dövlət tibb müəssisələrinin rəhbər heyəti Ankara Universitetində təlimdə iştirak ediblər
09 İyun 2023 15:00
Özbəkistan ölkəmizin icbari tibbi sığorta ilə bağlı təcrübəsini öyrənib
02 İyun 2023 12:00
Zaur Əliyev Qəbələ rayonunda vətəndaşları qəbul edib
26 May 2023 17:30
Agentliyin əməkdaşları böhran vəziyyətləri barədə məlumatlandırılıb
19 May 2023 14:00
Uşaqların profilaktik müayinələri icbari tibbi sığorta ilə təminata alınıb
19 May 2023 10:13
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tibb müəssisələrinin qiymətləndirilməsinin nəticələrini açıqlayıb
18 May 2023 10:06
ADA ilə əməkdaşlıq çərçivəsində “Potensialın Gücləndirilməsi Proqramı” məzunlarının təltifetmə mərasimi baş tutub
15 May 2023 16:14
ÜST tərəfindən yerli səhiyyə qurumları ilə əməkdaşlıqda Şamaxı rayonunda ilkin səhiyyə xidmətləri üzrə görülmüş işlərə baxış keçirilib
12 May 2023 14:38
Bakıdan dəvət olunmuş ixtisaslı həkimlər Lənkəranda uşaqları tibbi müayinə ediblər
12 May 2023 11:40
Agentlik “İnformasiya texnologiyaları sahəsi üzrə Könüllü Proqramı” elan edir
11 May 2023 15:14