26 Oktyabr 2018 10:51
Astanada İlkin Səhiyyə Xidməti üzrə Qlobal Konfrans keçirilib
25-26 oktyabr 2018-ci il tarixdə Astana (Qazaxıstan) şəhərində İlkin Səhiyyə Xidməti üzrə Qlobal Konfrans keçirilib. Qazaxıstan hökuməti, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) və UNICEF-in birgə təşkilatçılığı ilə keçirilən, Almatı Deklarasiyasının 40 illiyinə həsr olunmuş konsfransın əsas məqsədi səhiyyə sahəsində ilkin səhiyyə xidmətinin inkişafında yeni bir istiqamətin yaradılmasıdır.
Konfransda 146 ölkədən 2 minə yaxın nümayəndə, o cümlədən İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Aparat rəhbəri Zəkiyyə Mustafayeva, Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycan nümayəndəliyinin rəhbəri Fatoş Hande Harmancı, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin Layihələrin əlaqələndirilməsi şöbəsinin müdiri Səbinə Babazadə də iştirak edib.
Konfransda Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaq və ilkin səhiyyə xidmətinin təkmilləşdirilməsi məqsədilə İlkin Səhiyyə Xidmətinə dair yeni Bəyannamə qəbul edildi. Əhalinin sağlamlığının qorunmasında böyük rol oynayacaq İlkin Səhiyyə Xidməti beynəlxalq təcrübəyə əsaslanan, effektivliyi sübut olunmuş strategiyadır.
Qeyd edək ki, İlkin Səhiyyə Xidməti mükəmməl bir model kimi 40 il əvvəl, 1978-ci ildə Alma-Atada (Qazaxıstan) keçirilən beynəlxalq konfransdan sonra təbliğ olunmağa başlanıb. Konfrans çərçivəsində qəbul olunmuş “Alma-Ata deklarasiyası” Dünya Səhiyyə Təşkilatının “Hamı üçün sağlamlıq” adlı qlobal strategiyasının əsas konsepsiyasına çevrilib.
Agentlik mətbuatda
В Баку больным гепатитом В и С выдают бесплатные лекарства
03 Avqust 2022 12:21
В Азербайджане врачи больше не просят деньги за операции. Что происходит?
28 İyul 2022 10:32
Как новорожденных в Азербайджане проверяют на болезни
27 İyul 2022 17:39
В Азербайджане повышены зарплаты медиков
25 İyul 2022 13:40
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi vətəndaşların ümid yeri olmağa davam edir
20 İyul 2022 15:38
İcbari tibbi sığorta insan amilinə verilən dəyərdir
07 İyul 2022 17:00
İcbari tibbi sığorta ilə ilk dəfə səs eşitməyin sevinci
04 İyul 2022 10:40
Tibb biznesinə dair ictimai müzakirə təşkil olunub
01 İyul 2022 14:34
İTSDA: İlin sonuna kimi bütün dövlət tibb müəssisələri fiberoptik internetlə təmin ediləcək
06 İyun 2022 13:40
“Səhiyyənin Transformasiyası Mərkəzi” işçi qrupunun ilk iclası keçirilib
01 İyun 2022 19:00