01 Oktyabr 2018 09:16

Azərbaycan höküməti icbari tibbi sığortanı müvəfəqiyyətlə tətbiq edə biləcək?

Sosioloq-jurnalist: “Tibbi sığortanın olmaması təbii ki, hamımızın həyatında müəyyən çətinliklər yaradırdı”

“Hesab edirəm ki, icbari tibbi sığortanın tibbdə tətbiqi uğurlu olacaq. Ola bilər ki, ilkin tətbiq zamanı nəysə çatışmamazlıqlar, anlaşılmamazlıqlar müşahidə olunsun. Bu da təbiidir”.

Bu sözləri sosioloq-jurnalist Lalə Mehralı yaxın vaxtlarda bütün ölkə üzrə tətbiqinə başlanılacaq icbari tibbi sığorta ilə bağlı qanuna ciddi dəyişikliklərin edilməsini PİA.az-a şərh edərkən qeyd edib.

Xatırladaq ki, Milli Məclisin Səhiyyə Komitəsinin sədri Əhliman Əmiraslanov deyib ki, yaxın vaxtlarda bütün ölkə üzrə tətbiqinə başlanılacaq icbari tibbi sığorta ilə bağlı qanuna ciddi dəyişikliklərin edilməsi nəzərdə tutulub. Qeyd olunub ki, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən təkliflər hazırlanıb və Milli Məclisə təqdim ediləcək. Ürək-damar xəstəlikləri ilə mübarizənin də qanuna daxil edilməsi təklif olunub.

Həmçinin kəskin infarkt aşkarlandığı ilk anda damara stend qoymaqla xəstənin ömrünü xeyli uzatmaq mümkündür. Bunun üçün isə əməliyyat xərclərinin dövlət tərfindən ödənilməsinə ehtiyac var.

Məlumdur ki, icbari tibbi sığortaya keçmək üçün əmək müqavilələri qaydasında olmalıdır. Çox təəssüf ki, Azərbaycanda bir çox sahələrdə rəsmi maaşlarla qeyri-rəsmi ödənişlər arasında ciddi fərq var. Bu da icbari tibbi sığortaya keçid üçün problem yaradır. İkinci məsələ maaşların, ümumiyyətlə, az olmasıdır. Vətəndaşların çox az hissəsi başa düşür ki, icbari tibbi sığorta nə deməkdir, bunun üstünlükləri nədən ibarətdir. Bunlar vətəndaşa izah edilməyib. Bu çox vacib məsələdir. Vətəndaşın marağı olmasa bu sistemin oturuşması üçün imkanlar məhdud olacaq. Orta əmək haqqı səviyyəsini götürsək, deyə bilərik ki, Azərbaycanda yüz minlərlə insan ayda 250-300 manat əmək haqqı alır. Bu maaşdan hər ay tibbi sığortaya ödəniş etmək üçün məbləğin az olması da bu işi tormozlaya bilər.

Həmçinin bəllidir ki, icbari tibbi sığorta kimi çox ciddi və ictimai yükü olan bir islahatın həyata keçirilməsi dəqiq hədəflərin müəyyənləşdiyi strategiya əsasında reallaşmalıdır. Sizcə indiki dövrdə Azərbaycan hökümətinin belə bir strategiyası varmı və inanmaq olarmı ki, hökümət müvəfəqiyyətlə icbari tibbi sığortanı tətbiq edə biləcək? Bundan başqa icbari tibbi sığortanın tətbiqi Azərbaycan səhiyyəsinin çoxlu sayda eybəcərliklərinin ortadan qalxmasına kömək edəcək?

Mövzu ilə bağlı PİA.az-ın əməkdaşı sosioloq-jurnalist Lalə Mehralının fikirlərini öyrənib.

Lalə Mehralı: “Biz səhiyyəmizdəki çatışmazlıqları niyə görürük və niyə səhiyyəmizdən gileyliyik? Çünki sığortamız yoxdur”.

Sağlamlıq baxımından ehtiyacımız olanda, yəni iri məbləğli ödəniş tələb edən müalicə və əməliyyatlar zamanı dövlət səhiyyəsinin insanlara köməklik edə bilmədiyini vurğulayan sosioloq-jurnalist Lalə Mehralı əlavə edib ki, bu üzdən illərdən bəri bizim istəyimiz də bu idi ki, icbari tibbi sığorta mexanizmi işə düşsün:

“Bu məsələ uzun illərdir müzakirə olunur və bu birdən-birə reallaşması mümkün olmayan işdir. Yəni Azərbaycan hökuməti, Milli Məclis üzvləri, fərqli-fərqli qurumlar bu layihənin üzərində uzun illərdir ki, çalışırlar. Bu məsələni eninə də, uzununa da ölçüb biçmək lazımdır ki, tətbiqində problem yaşanmasın. İcbari tibbi sığorta bu vaxta qədər ona görə uzadıldı ki, qanunun işləmə mexanizmi ciddi işlənməli idi. Bu mexanizm işə düşdükdən sonra hər hansı bir çatışmamazlığın üzə çıxması qanundakı boşluqları üzə çıxara bilərdi. Bunu da hökumət istəmirdi və tam təkmil qanun layihəsi təsdiqlənməli idi.

Mən inanıram ki, icbari tibbi sığorta mexanizmi işləyəcək. Çünki bu mexanizm birdən-birdə peyda olmadı. Hesab edirəm ki, icbari tibbi sığortanın praktik tətbiqi uğurlu olacaq. Ola bilər ki, ilkin tətbiq zamanı nəysə çatışmamazlıqlar, anlaşılmamazlıqlar müşahidə olunsun. Bu da təbiidir. Çünki uzun illər bizdə bu sistem olmayıb və bu sistemin işə salınması, işləmə mexanizminin tətbiq edilməsi bir qədər vaxt aparacaq. Amma mexanizm tam işlədikdən sonra hər şey qaydasında olacaq.

Lalə Mehralı: “Azərbaycan tibbi sığortanın olmaması təbii ki, hamımızın həyatında müəyyən çətinliklər yaradırdı”.

Biz səhiyyəmizdəki çatışmazlıqları niyə görürük və niyə səhiyyəmizdən gileyliyik? Çünki sığortamız yoxdur və bizim ehtiyacımız olan anda səhiyyədən yararlanmaq imkanlarımız məhdudur. Buna görə səhiyyə bizə çatışmamazlıqlarını daha çox hiss elətdirir. Amma sığrota məsələsi həll olunduqdan sonra biz istənilən əməliyyatı, istənilən tibbi proseduru rahatlıqla keçmə imkanı əldə edə biləcəyik. Bu da bizə səhiyyəmizin əslində normal işlədiyini sübut edəcək. Sadəcə indi bazar iqtisadiyyatı dövründə yaşayırıq, hər şey maddi maraqlar üzərində qurulub, Azərbaycan demokratik ölkədir və tibbi sığortanın olmaması təbii ki, hamımızın həyatında müəyyən çətinliklər yaradırdı.

Sağlamlıq baxımından ehtiyacımız olanda, yəni iri məbləğlərdəki əməliyyatlarımız zamanı səhiyyə bizə köməklik edə bilmirdi. Amma illərdən bəri bizim istəyimiz də bu idi ki, icbari tibbi sığorta mexanizmi işə düşsün. Artıq icbari tibbi sığorta mexanizmi işə düşmək üzrədirsə, gözləmək lazımdır. Mexanizmin necə işlədiyin görək. Əgər bundan sonra çatışmamazlıqlar olsa, bu zaman biz o çatışmamazlıqlar üzərində danışarıq və həll olunmasına çalışarıq.

Onu da qeyd edim ki, ictimai insanlar, ictimai xadimlər, jurnalistlər ona görə təsir imkanlarına malikdirlər ki, onların əlində kütləvi informasiya vasitələri var və öz fikirlərini oradan ifadə edə bilirlər. Yəni siz, biz icbari tibbi sığortadakı çatışmamazlıq barədə yazsaq, danışsaq mən əminəm ki, onun da ətrafında müzakirələr aparılaraq düzəldiləcək”.

Nərminə UMUDLU
 

Zəng sifariş et