16 Aprel 2021 14:49
Azərbaycana dəmir və fol turşusu tərkibli 54 min qutu həb ianə edilib
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə BMT-nin Uşaq Fondu (UNICEF) arasında əməkdaşlıq çərçivəsində Azərbaycana dəmir və fol turşusu tərkibli 54 min qutu həb ianə edilib.
Bu barədə AZƏRTAC-a dövlət agentliyindən bildirilib.
Məlumata görə, UNICEF tərəfindən ianə edilmiş Çin Xalq Respublikasının istehsalı olan preparatların Bakıda “İpək Yolu” gömrük terminalında təhvil-təslimi keçirilib.
Tədbirdə UNICEF-in Azərbaycandakı nümayəndəliyinin Səhiyyə və qidalanma proqramının rəhbəri Töhfə Cəmilova və agentliyin Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Ruslan Abdullayev iştirak ediblər.
“Hamiləlik dövründə ananın sağlamlığı və bətnindəki körpənin sağlam formalaşması üçün ananın orqanizmində kifayət qədər fol turşusu və dəmir olmalıdır. Fol turşusunun defisiti dölün sinir sisteminin formalaşmasında qüsurların yaranmasına gətirib çıxarır. Araşdırmalar göstərir ki, hamilə qadınların iki nəfərdən birində dəmir-defisitli anemiya müşahidə olunur. Məhz bu səbəbdən beynəlxalq təcrübədə hamilə qadınlara dəmir və fol turşusu preparatı qəbul etmək tövsiyə olunur”, - deyə UNICEF-in nümayəndəsi T.Cəmilova bildirib.
Agentliyin Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Ruslan Abdullayev ianəyə görə qurumun rəhbərliyi adından təşəkkürünü bildirib. R.Abdullayev qeyd edib ki, UNICEF-in tövsiyəsinə uyğun olaraq, ianə edilən preparatlar yaxın günlərdə tibb müəssisələrinə paylanılacaq:
“Qısa zamanda hamiləliyin birinci trimestrində olan qadınlar TƏBİB-in nəzdindəki tibb müəssisələrinə müraciət edib preparatları pulsuz əldə edə biləcəklər. Bu təminat uşaqlar arasında əlilliyin qarşısının alınmasına, ana və körpə ölümü riskinin azaldılmasına öz töhfəsini verəcək. Gələn ildən hamiləlik dövründə müşahidə olunan dəmir və fol turşusu defisitinin profilaktikası məqsədilə bu preparatlar icbari tibbi sığortanın xidmətlər zərfinə daxil ediləcək. Sözügedən qərar ana və uşaq sağlamlığının qorunmasının Azərbaycan hökuməti üçün prioritet məsələ olduğunu göstərir”,- deyə agentliyin şöbə müdiri R.Abdullayev bildirib.
Qeyd edək ki, Azərbaycanda antenatal qulluq üzrə klinik protokollara əsasən hər bir hamilə qadına fol turşusu və profilaktik doza dəmir preparatı təyin olunmalıdır.
Agentlik mətbuatda
İcbari tibbi sığorta ilə sağlam ailə zənciri quraq
17 Avqust 2023 22:00
Pulsuz müalicə olunmaq istəyənlərin DİQQƏTİNƏ - Bunları etməlisiniz
30 İyul 2023 00:23
Dynatrace в государственном секторе: как ГАОМС в 3 раза сократило время на устранение сбоев IТ-систем
21 İyul 2023 17:50
“Xəstəni 3 dəfə ölümdən geri döndərə bildik” - KTM-in Təcili tibbi yardım şöbəsindən reportaj
19 İyul 2023 14:41
Помните программу «e-Tabib» во время пандемии? Есть новости!
03 İyul 2023 18:40
Агентство ОМС об обязательной диспансеризации детей
01 İyul 2023 16:53
Азербайджан закупил аппараты для восстановления дыхания, сердца... и многое другое
22 İyun 2023 19:56
“Valideynlər deyir ki, icbari tibbi sığorta ilə bütün həkimlərdən keçdik və razı qaldıq”
09 İyun 2023 15:47
Азербайджанские больницы переходят на цифровое оборудование
26 May 2023 15:53
Азербайджан оснащает государственные больницы суперсовременным оборудованием
23 May 2023 10:00