26 Sentyabr 2018 14:45
Azərbaycanda icbari tibbi sığorta haqqının bu yollarla ödənilməsi təklif edilir
Azərbaycanda icbari tibbi sığorta haqqının muzdlu işçilər üçün əməkhaqqından faiz tutulmaqla, digər vətəndaşlar üçün illik 120 manat olması təklif edilir.
Trend-in məlumatına görə, bunu İcbari Tibbi Sığorta Agentliyinin departament rəhbəri Araz Nəsirov deyib. Onun sözlərinə görə, Avropa ölkələrində icbari tibbi sığorta xidmətinin göstərilməsi üçün işəgötürən və işçilərdən 5 faizdən 15 faizədək icbari tibbi sığorta haqqı tutulur. Azərbaycanda isə ilkin mərhələdə bu vəsaitin 3 faizə (işçi və işəgötürən birlikdə) yaxın olması, bunun 2 faizinin işçinin, 1 faizinin isə işəgötürənin payına düşməsi təklif olunur. Agentlik rəsmisi əlavə edib ki, vəsaitin 3 faizə yaxın olması səhiyyə xidmətlərinin yaxşılaşdırılmasına, tibb işçilərinin iş şəraitinin yaxşılaşdırılmasına, əmək haqlarının yüksəlməsinə imkan verər. A.Nəsirov icbari tibbi sığorta haqqının təminat verilən tibbi xidmətlərdən yararlanmaq üçün vətəndaşların ödəməli olduğu pul məbləğinin olduğunu xatırladıb. O qeyd edib ki, keyfiyyətli tibbi xidmətə əlçatanlığın təmin edilməsi, maliyyə axınlarının şəffaflaşdırılması əsas məqsədlərdəndir. A.Nəsirov əlavə edib ki, hazırda icbari tibbi sığorta sisteminin maliyyələşdirilməsi dövlət tərəfindən həyata keçirilir.
Mətbuat
İcbari Tibbi Sığortanın tətbiqindən məmnunuq
08 May 2022 10:00
1 manat ödəmədən bu tibbi xidmətlərdən istifadə edin
05 May 2022 16:45
AZƏRTAC-ın əməkdaşları üçün icbari tibbi sığorta sistemi mövzusunda təlim keçirilib
01 Aprel 2022 17:35
İcbari tibbi sığorta sahəsində məlumatlılığı artırmaq məqsədilə təlim
30 Mart 2022 15:00
Vətən fədailərinin ailələrinə sevgi borcumuz
17 Mart 2022 17:55
Nigar Bayramova: böyrək və qaraciyər köçürmələri icbari tibbi sığortanın Xidmətlər Zərfinə daxil ediləcək
10 Mart 2022 17:42
Ürək əməliyyatları icbari tibbi sığorta üzrə xidmətlər zərfinə daxil edilir
25 Fevral 2022 17:26
Agentlik sədri orqan köçürmələri sahəsindəki vəziyyətdən danışıb
25 Fevral 2022 17:21
Elmi tədqiqat institutlarının əməkdaşları üçün “Elmi tədqiqatların metodologiyası” adlı təlimlər keçirilir
25 Yanvar 2022 15:34
Xidmətlər Zərfində tibbi xidmətlərin sayının və çeşidinin artırılması ilə bağlı layihə hazırlanır
05 Yanvar 2022 15:47