23 Oktyabr 2018 17:41
Azərbaycanda icbari tibbi sığortanın tətbiqi (RƏYLƏR və TƏKLİFLƏR)
Gələn ildən icbari tibbi sığortanıniölkəmizdə daha geniş şəkildə tətbiq edilməsi nəzərdə tutulur. Məlumat üçün bildirək ki, İcbari tibbi sığortanın tətbiqi ilə bağlı ilk olaraq pilot layihə Mingəçevir və Yevlax rayonlarında tətbiq edilib. Bu il həmçinin Ağdaş rayonu pilot rayonlar siyahısına daxil edilib. Hazırda həmin pilot ərazilərdə 370 mindən çox sakinə xidmət göstərilir. Növbəti illərdə isə icbari tibbi sığortanın bütün Azərbaycan ərazisində mərhələli şəkildə tətbiq edilməsi nəzərdə tutulur.
SalamNews icbari tibbi sığortanın tətbiqi ilə bağlı jurnalistlərin mövqeyini öyrənib.
"Azərbaycan qəzeti" Fərizə Əhmədova
"Düşünürəm ki, hazırda pilot layihə şəkilində həyata keçirilən icbari tibbi sığorta səhiyyə sistemimizin inkişafına töhfə verən bir amildir. Ölkə üzrə tam tətbiqindən sonra hər birimiz keyfiyyətli tibbi xidmətlə təmin oluna biləcəyik. Bir əmma var ki, bu bizdə alınacaq ya yox?! Qarşılaşa biləcəyimiz problem və nöqsanların qabaqcadan önlənməsi üçün insanlar arasında maarifləndirmə işləri mütləq aparılmalıdır. Savadlı, hüquqlarını bilən insan icbari tibbi sığortadan rahat şəkildə bəhrələnə biləcək, bəs ucqar kəndlərdə yaşayan, gün ərzində heç televizora baxmayan biri nə edəcək? Məncə, o insanların məlumatlandırılması mütləqdir. Çünki onların bu icbari tibbi sığortaya daha çox ehtiyacı var".
"Palitra" qəzeti Tural Tağıyev
Bildiyiniz kimi icbari tibbi sığorta dünya səhiyyəsində geniş yayılıb və bu tibbi xidmətlər modelinin ölkəmizdə də tətbiq edilməyə başlanılması müsbət addımdır. Çünki loru dildə desək bu tibbi xidmətlər modelinin sayəsində insanlarımız istənilən vaxt, əllərində maliyyənin olub-olmamasından asılı olmayaraq tibbi xidmətləri pulsuz əldə edəcəklər. Azərbaycanın səhiyyə sisteminin inkişafına xidmət edəcək bu sistemin geniş tətbiq olunması özü ilə səhiyyə xidmətləri sahəsində bir sıra mühüm yeniliklər də gətirəcək. Düşünürəm ki, icbari tibbi sığorta sistemi daha çox adi vətəndaşların mənafeyinə yönəlib və onları keyfiyyətli tibbi xidmət və dərmanla təmin edilməsinə gətirib çıxaracaq. Qısa şəkildə desək xəstənin lazımsız müayinələrdən keçməsi, ona əlavə dərmanlar yazılması kimi hazırkı praktikada olan bəzi neqativ hallar da aradan qalxacaq.
Məncə icbari tibbi sığorta səhiyyə sisteminin maliyyələşməsinin ən mükəmməl formasıdır, modelin geniş tətbiqindən sonra bu işdə dövlətin də qazancı o olacaq ki, hər il səhiyyə sektoruna ayırdığı xərclər xeyli azalacaq.
"Kaspi" qəzeti Aygün Əziz
İcbari tibbi sığortanın ölkə ərazisində tətbiq edilməsinin tərəfdarıyam. Çünki bu sistem sadə vətəndaşlara sağlamlığı ilə bağlı rahatlıq gətirən sistemdir. İmkanı olmayan, pulu olmadığı üçün müayinələrdən keçə bilməyən vətəndaşlar üçün tibbi sğortanın həyata keçirilməsini vacib hesab edirəm. Həmçinin Pilot layihələrin nəticəsi də göstərdi ki, bunun Azərbaycanda tətbiqi mümkündür. Hətta ailə həkiminin formalaşdırılması çox yaxşıdır. Ailə həkimi institutu insanların sağlamlığının təmin edilməsində və cəmiyyətin sağlam tərzdə inkişafında böyük rol oynayacaq. Bu, əhalinin tibbi xidmətlərə əlçatanlığının yaxşılaşdırılması, hər bir ailənin öz həkimi olması və rahat şəkildə tibbi xidmətlərə çıxış əldə etməsinə şərait yaradacaq. Həmçinin düşünürəm ki, insanlarda həkim qorxusunu aradan qaldıracaq. Çünki insanların əksəriyyəti xəstəlik ağırlaşdıqdan sonra həkimə müraciət edirlər. Bütün hallarda dünya təcrübəsi də göstərir ki, icbari tibbi sığortanın tətbiqi müsbətir və lazımlıdır.
"Azadinform" İnformasiya Agentliyi Samir Soltanov
Artıq bir çox ölkələrin səhiyyə sistemində icbari tibbi sığortadan geniş şəkildə istifadə edilir. Daha çox adi vətəndaşların mənafeyinə yönəlmiş, onları keyfiyyətli tibbi xidmət və dərmanla təmin etməyə yardım edən bir sistemdir. Azərbaycanda icbari tibbi sığortanın tətbiq olunacağı rayonların siyahısı məncə daha da genişləndirilməlidir. Təəssüflər olsun ki, icbari tibbi sığortası olmayanlar çoxluq təşkil edir. İnanıram ki gələcək zamanda bu problem tam həllini tapacaq. Pilot layihənin davam etdirilməsi üçün dövlət büdcəsindən vəsait ayrılıb. Məncə, bu layihənin tətbiq edilməsi ilə vətəndaşın tibbi xərcləri müəyyən miqdarda azalacaq.
"İki Sahil" qəzeti Ceyhun Piriyev
Beynəlxalq təcrübəyə nəzər saldıqda, icbari tibbi sığortanın əhalinin sağlamlıqla bağlı xərclərini əhəmiyyətli dərəcədə azaltmağa imkanverdiyi məlum olur. Ancaq düşünürəm ki, ölkəmizdə bunun həyata keçirilməsi üçün hələ bir müddət vaxt lazımdır. Bunun üçün, ilk növbədə,qeyri-rəsmi məşğulluğun tam aradan qaldırılması, tibbi xidmətlərin keyfiyyətinin yüksəldilməsi vacibdir. Qeyri-rəsmi məşğulluğun tam aradan qaldırılmadığı müddətdə, bu, icbari tibbi sığorta yığımlarının əsasənson statistikaya görə, sayı 1540,3 min nəfər olanmuzdla işləyənlərin, eyni zamanda, işəgötürənlərinhesabına formalaşdırılması deməkdir. Hərçənd ki, bu kateqoriyadan olanlar vergi ödəyicisidirlər ki, bu yolla dövlət büdcəsinə ödənilən vəsaitlər həm də ölkəmizin səhiyyə ilə bağlı xərclərinin qarşılanmasına sərf edilir. Digər tərəfdən icbari tibbi sığorta haqqının məbləğinin müəyyənləşdirilməsində sığorta riskləri də nəzərə alınmalıdır. Məsələn, 20-30 yaş arasında olan vətəndaşla yaşı 50-dən yuxarı olanın tibbi ehtiyacları kəskin fərqləndiyindən, icbari tibbi sığorta haqqında da fərq olmalıdır.
"İnterAz TV" Səbuhi Vaqifoğlu
İcbari tibbi sığortanın tətbiqi ilə bağlı pilot layihələrin əhatəsi daha da genişləndirilməlidir. Əhalinin müəyyən kateqoriyalarının, yəni pensiyaçıların, əlillərin icbari tibbi sığorta haqqı dövlət tərəfindən ödənilməsi müsbət addımdır. Hazırda İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən maariflənmə işləri aparılır. Bu maariflənmə işləri daha da intensivləşsə fikrimcə yaxşı olar. Çünki, əhalidə cəmiyyətə tibbi sığortaya maraq oyatmaq lazımdır. Cəmiyyətimiz çoxu bu sahədə hələ də tam məlumatsızdır və ya dolğun məlumatı yoxdur. İnanırıq ki, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi bu sahədə mühüm işlər görəcək.
"Liderxeber.com" Elvin Əliyev
İcbari tibbi sığorta bütün ölkə boyu nə qədər tez tətbiq edilsə bir qədər yaxşıdır. Mən həmçini təklif edərdim ki, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi jurnalisləri Mingəçevir və Yevlax rayonlarına media tur təşkil etsin. Çünki,pilot layihə kimi həmin rayonlarda tətbiq edilməsi cəmiyyət üçün də çox maraqlıdır. Həmçinin gələn il tətbiq ediləcək rayonlara da press-turların təşkil edilməsi bu sahədə maariflənmə işinin aparılmasına kömək ola bilər.
Orxan Kərimov, SalamNews İnformasiya Agentliyi
Agentlik mətbuatda
Удалось ли обеспечить всех азербайджанцев доступом к медицине? В гостях у haqqin.az Председатель Правления Госагентства Заур Алиев
26 Fevral 2024 18:02
Prezidentin 8 yaşlı əsəri - İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi yoxdan möcüzə yaratdı...
17 Fevral 2024 22:33
800 тысяч граждан Азербайджана прошли бесплатное обследование при помощи КТ и МРТ
10 Fevral 2024 22:00
Zaur Əliyev: “Gələcəyə baxışımız ölkədə universal və dayanıqlı tibbi sığortanı təmin etməkdir”
02 Fevral 2024 11:21
Трансплантация почки и печени. Сбор средств недопустим!
10 Yanvar 2024 16:44
Госагентство медстрахования выявило у детей и женщин недостаток витамина D
09 Yanvar 2024 15:58
Женщин в Азербайджане на выявление опухоли будут обследовать бесплатно
08 Yanvar 2024 13:42
ЛОР-операции в Азербайджане
07 Yanvar 2024 12:27
Государственное агентство медстрахования Азербайджана обеспокоено!
18 Dekabr 2023 13:42
“Azərbaycanda “Medinex-2023” sərgisi keçiriləcək”
03 Noyabr 2023 11:50