05 May 2022 16:47
“Birləşmiş Krallıq səhiyyə sahəsində tərəfdaşınızdır” mövzusunda konfrans keçirilib
Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Azərbaycan Respublikasındakı Səfirliyinin təşkilatçılığı ilə “Birləşmiş Krallıq səhiyyə sahəsində tərəfdaşınızdır” mövzusunda konfrans keçirilib.
Konfransda Böyük Britaniyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Ceyms Şarp, Azərbaycan Respublikasının Səhiyyə nazirinin müavini Rasim İsmayılov və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin (Agentlik) İdarə Heyətinin sədri Zaur Əliyev açılış nitqi ilə çıxış ediblər.
Zaur Əliyev Azərbaycanda icbari tibbi sığortanın tətbiqi ilə bağlı görülən işlərdən danışıb. İdarə Heyətinin sədri bildirib ki, səhiyyə xidmətinin təşkili sahəsində, səhiyyə sahəsində dövlət-özəl sektoru tərəfdaşlığının qurulması və inkişaf etdirilməsində Böyük Britaniyanın təcrübəsi Agentlik üçün xüsusilə maraqlıdır.
Tədbirin rəsmi açılış hissəsindən sonra konfransda Böyük Britaniyanın ölkəmizdəki səfirliyinin əməkdaşları, və Böyük Britaniyanın laboratoriya diaqnostikası üzrə ixtisaslaşmış şirkətinin nümayəndələri təqdimatlarla çıxış ediblər.
Təqdimatlarda şirkətinin istehsal etdiyi avtomatlaşdırılmış laborator analizatorlar, kimyəvi reaktivlər, molekulyar diaqnostika və laborator tədqiqatların keyfiyyətinə nəzarəti təmin etmək üçün tələb olunan məhsullar haqqında geniş məlumat verilib.
Xəbərlər
Dünya Bankının nümayəndələri ilə Agentlikdə görüş keçirilib
19 May 2022 14:13
Aprel ayında icbari tibbi sığorta çərçivəsində 3 milyondan çox tibbi xidmət göstərilib
18 May 2022 10:22
Səhiyyənin rəqəmsallaşdırılması ilə bağlı seminar təşkil olunub
17 May 2022 16:36
Azərbaycan Respublikası Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və TƏBİB-in birgə məlumatı
14 May 2022 15:15
“Qazilərin Gücləndirilməsi Layihəsi”nin ikinci mərhələsi başa çatıb
13 May 2022 16:05
Beynəlxalq Talassemiya Günü ilə bağlı tədbir keçirilib
06 May 2022 19:41
Agentliyin müqavilə bağladığı özəl tibb müəssisələrinin sayı artırılıb
06 May 2022 12:48
Agentliyin İdarə Heyətinin sədri Neftçalada vətəndaşları qəbul edəcək
05 May 2022 16:17
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi mətbuat konfransı keçirib
02 May 2022 12:38
Agentlik tibb işçilərinə güzəştli ipoteka kreditlərinin verilməsi ilə bağlı təklif hazırlayıb
02 May 2022 12:25