27 Avqust 2020 17:21
Britaniya Tibb Jurnalı COVID-19 mövzusunda təlim modullarına ödənişsiz çıxış təmin edir
Britaniya Tibb Jurnalı (BMJ) pandemiya ilə əlaqədar tibb işçilərinə BMJ Best Practice portalında COVID-19 mövzusuna, BMJ Learning portalında isə sözügedən xəstəliklə əlaqəli 60-a yaxın onlayn təlim moduluna ödənişsiz çıxış təmin etmişdir.
1. BMJ Best Practice portalında COVID-19 mövzusu
Portalda COVID-19-a dair məlumatlar ÜST-ün təlimatlarına əsasən daim yenilənir. Mövzunun menyusunda müxtəlif bölmələrə daxil olmaqla xəstəliyin etiologiya, epidemiologiya, diaqnostika və müalicəsinə dair ən son məlumatları əldə etmək mümkündür.
Menyunun “Guidelines”/”Клинические руководства” bölməsində ÜST-ün və digər ölkələrin COVID-19-la bağlı təlimatları ilə tanış olmaq olar. Menyunun yuxarı sağ küncündə “View PDF”/”Просмотреть PDF” xanasına klikləməklə mövzu üzrə materialı PDF formatında çap etmək olar.
Aşağıdakı linklərə keçid etməklə mövzularla tanış olmaq olar:
2. BMJ Learning portalında COVID-19-a dair 60-a yaxın onlayn modula ödənişsiz çıxış
Modulların mövzuları 4 qrupa bölünmüşdür:
- COVID-19-un diaqnostika və müalicəsi
- Praktiki fəaliyyətini pandemiya ilə bağlı bərpa etmiş tibb mütəxəssisləri üçün
- COVID-19-la mübarizəyə qoşulmuş tələbələr üçün
- COVID-19-la mübarizədə ön xətdə çalışan tibb işçilərinə psixoloji dəstək məqsədilə stressin və çətinliklərin aradan qaldırılmasına dair yanaşma və strategiyalar.
Modullara ödənişsiz qaydada çıxış əldə etmək üçün nə etmək lazımdır?
- Göstərilən keçiddən sayta daxil olmaq:
- “Create a free account” xanasını klikləmək
- E-poçt ünvanı/email-i daxil edib və anketi doldurmaq
- BMJ resurslarından əvvəllər istifadə etmiş/BMJ-də hesabı olan tibb işçiləri email və BMJ parolu/şifrəsini daxil etməklə modullara çıxış əldə edə bilərlər.
3. DTT kreditlərinin qazanılması
- BMJ Best Practice-də COVID-19 mövzusunu oxuyub 5 DTT kredit qazanmaq olar.
- BMJ Learing-də bir modul keçdikdə 1 DTT krediti qazanmaq olar. Modulu bitirənlərə isə sertifikat verilir.
ÖDƏNİŞSİZ TƏLİM MODULLARININ SİYAHISI
Qeyd: BMJ Learning-də modulun başlığında "arxivləşdirilmiş" olduğu qeyd olunubsa, bu modullar üzrə sertifikat qazanmaq mümkün deyil. Bu modulları yalnız nəzərdən keçirmək mümkündür.
Britaniya Tibb Jurnalı haqqında qısa məlumat
Britaniya Tibb Jurnalı (British Medical Journal) artıq 170 ildir ki, fəaliyyət göstərir. Hal-hazırda BMJ dünyada geniş auditoriyası olan qlobal bir brend kimi səhiyyə təşkilatları və tibb işçilərinə gündəmdə olan ən kritik səhiyyə problemlərini həll etməkdə kömək edir.
BMJ-nin onlayn resursları: BMJ Best Practice və BMJ Learning
BMJ Best Practice klinik qərara dəstək aləti olaraq tibb müəssisələrində sübutlara əsaslanmış və daim yenilənən resurslardan istifadə etmək imkanı yaradır. BMJ Best Practice ən geniş yayılmış və əhəmiyyət kəsb edən 1000-dən artıq xəstəliyi, 7000-dən artıq diaqnostika və müalicə üzrə beynəlxalq təlimatı əhatə edir.
BMJ Learning distant təlim kurslarıdır. Bu resursda tədris materialları müxtəlif formatlarda təqdim olunur. İstifadəçilər video materiallara baxa, podkastları dinləyə, mətn və şəkilli resursları oxuya və məlumatlarla müxtəlif yollarla işləyə bilərlər. İlkin bilikləri qiymətləndirmək üçün pretestləri, real xəstəlik hadisələrini və biliklərin artmasını nümayiş etdirmək üçün posttestləri özündə birləşdirən interaktiv tədris kursları saytın ən mükəmməl resurslarından biridir. Post testin nəticələri uğurlu olan istifadəçilər fərdi sertifikatlar əldə edirlər.
Azərbaycanda keçirilən Davamlı Tibbi Təhsil (DDT) proseslərinə dəstək olmaq məqsədi ilə BMJ-nin hər iki onlayn resursu 2017-ci ilin noyabr ayında Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Elmi-Tibbi Şurası tərəfindən akkreditasiya edilmişdir və 2016-2019-cu illər ərzində Klinik Qərara Dəstək Təlim Təşəbbüsü Layihəsi çərçivəsində 2600 nəfərə yaxın həkimə BMJ Best Practice və BMJ Learning-ə ödənişsiz çıxış verilmişdir. Həkimlərin BMJ Best Practice-dən ildə 5 DTT krediti, BMJ Learning-dən isə 12 DTT krediti qazanmaq imkanı var. Yuxarıda göstərilən müddət ərzində 500-ə yaxın mövzu Azərbaycan dilinə, 600-ə qədər mövzu isə rus dilinə tərcümə olunaraq saytda yerləşdirilmiş və daim yenilənmişdir. Layihə 2019-cu ilin dekabr ayında sona yetmişdir, hazırda yalnız COVID-19-la bağlı mövzulara ödənişsiz çıxış təmin edilir.
Xəbərlər
“e-Tabib” mobil tətbiqinin yeni versiyasının təqdimatı keçirilib
15 Mart 2023 17:43
Zaur Əliyev Sumqayıt şəhərində vətəndaşları qəbul edib
15 Mart 2023 17:16
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və TƏBİB nümayəndələri İsrailə səfər edib
14 Mart 2023 15:33
Agentliyin İdarə Heyətinin sədri Zaur Əliyev Naxçıvan Muxtar Respublikasına səfər edib
01 Mart 2023 10:17
Agentliyin müqavilə bağladığı tibb müəssisələrinin sayı 115-ə çatdırılıb
28 Fevral 2023 15:13
Zaur Əliyev Xaçmaz şəhərində vətəndaşları qəbul edib
24 Fevral 2023 17:00
Agentlik QHT-ləri əhalinin icbari tibbi sığorta barədə maarifləndirilməsində fəal iştiraka çağırır
22 Fevral 2023 12:20
Koronavirus pandemiyası ilə mübarizədə iştirak edənlərə ötən ilin may-dekabr ayları üzrə 2 milyon manata yaxın müddətli əlavə ödənilib
21 Fevral 2023 17:04
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Çağrı mərkəzində "Açıq qapı" günü keçirilib
14 Fevral 2023 17:26
Ötən il vahid əlaqələndirmə mərkəzlərində icbari tibbi sığorta ilə bağlı 433 vətəndaşa xidmət göstərilib
09 Fevral 2023 15:00