28 İyul 2023 14:55
Bu ilin ilk 6 ayı ərzində əhalinin 34%-i icbari tibbi sığortadan yararlanıb
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi 2023-cü ilin yanvar-iyun ayları ərzində icbari tibbi sığorta çərçivəsində TƏBİB-in tabeliyindəki tibb müəssisələrində vətəndaşlara göstərilən tibbi xidmətlərlə bağlı statistik göstəriciləri təqdim edir.
Cari ilin ilk 6 ayı ərzində dövlət tibb müəssisələrinə 3,3 milyon şəxs 11 milyona yaxın müraciət edib. Bu o deməkdir ki, ölkə əhalisinin 34%-i icbari tibbi sığortadan yararlanıb. Dövlət tibb müəssisələrinin əhaliyə göstərdiyi xidmət sayı 32 157 216 olub. Tibbi xidmətlərin 85 %-i ambulator, 15 %-i stasionar şəraitdə göstərilib.
Bakı Baş Səhiyyə Mərkəzinin tabeliyində 104 tibb müəssisəsinin olduğunu nəzərə alaraq sözügedən müddət ərzində göstərilən tibbi xidmətlərin böyük hissəsi mərkəzin payına düşür.
Daha sonra ən çox tibbi xidmət göstərən 5 dövlət tibb müəssisəsinin siyahısında Sumqayıt Tibb Mərkəzi, Gəncə Şəhər Birləşmiş Xəstəxanası, Ak. M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanası, Nərimanov Tibb Mərkəzi və Kliniki Tibbi Mərkəz yer alır.
Ən çox müraciət edilən xəstəliklər sırasında isə ilk yerdə ümumi tibbi müayinə, tənəffüs, endokrin, qan dövranı və sidik-cinsiyyət sisteminin xəstəlikləri gəlir.
Müqaviləli tibb müəssisələrində göstərilən xidmətlər
TƏBİB-in tabeliyindəki dövlət tibb müəssisələrində göstərilməsi mümkün olmayan xidmətləri vətəndaşların əldə etməsi üçün onlara Agentliyin müqaviləli tibb müəssisələrinə (özəl və müvafiq dövlət orqanlarının tabeliyində olan tibb müəssisələri) göndəriş verilir. Cari ilin yanvar-iyun aylarında vətəndaşlara 142 166 göndəriş verilib.
Bu ilin yanvar-may ayları üzrə göndəriş alan vətəndaşlar müqaviləli tibb müəssisələrində icbari tibbi sığorta ilə 55 393 tibbi xidmətdən yararlanıb. Bu xidmətlərdən 1 042-si uşaqlara, 54 351-i isə böyüklərə göstərilib.
Sözügedən əməliyyat və prosedurlardan:
18 251-ni oftalmoloji;
16 342-ni ürək-damar;
12 547-ni invaziv radiologiya xidmətləri;
2589-nu uroloji;
1727-ni neyrocərrahiyyə üzrə xidmətlər təşkil edib.
İcra olunan koxlear implantasiya və endoprotezləşdirmə əməliyyatlarının sayı isə müvafiq olaraq 7 və 1574 olmuşdur.
Qeyd edək ki, vətəndaşlara verilmiş göndərişlər əsasında müqaviləli tibb müəssisələri tərəfindən tibbi xidmətlərin göstərilməsi və onların elektron reyestrdə qeydiyyatı cari ilin yanvar-iyun ayları üzrə davam edir.
Xəbərlər
Din xadimləri icbari tibbi sığorta barədə maarifləndirmə kampaniyasında iştirak edirlər
26 İyul 2024 15:34
Din xadimləri icbari tibbi sığorta barədə maarifləndirmə kampaniyasında iştirak edirlər
26 İyul 2024 15:34
Abortun aparılması icbari tibbi sığorta təminatına daxildir
24 İyul 2024 10:10
İcbari tibbi sığorta ilə prostat vəzin adenomasının əməliyyatı kəsiksiz aparılır
18 İyul 2024 11:26
İcbari tibbi sığorta ilə 182 000-dən artıq doğuş aparılıb
16 İyul 2024 11:10
Diz oynağının endoprotezləşməsində İsveçrə istehsalı protezlərdən istifadə olunur
12 İyul 2024 10:42
Kəskin orta otitin cərrahi müalicəsi icbari tibbi sığorta ilə qarşılanır
09 İyul 2024 11:11
Tiroidektomiya əməliyyatı icbari tibbi sığorta ilə ödənişsizdir
05 İyul 2024 10:25
İcbari tibbi sığorta ilə qasıq yırtığı açıq və laparoskopik üsulla bərpa olunur
01 İyul 2024 15:18
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin nümayəndə heyəti Yaponiyaya işgüzar səfər edib
28 İyun 2024 10:51