20 Noyabr 2020 02:32
Bütün xəstəxanalarda müddətli həqiqi hərbi xidmətdə olanlara dövlət hesabına tibbi yardım göstəriləcək
Hərbi qulluqçuların xidmət yerində hərbi-tibbi idarələr olmadıqda, habelə təcili tibbi yardım göstərmək zərurəti yarandıqda mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq mülki tibb müəssisələrində hərbi qulluqçulara (müddətli həqiqi hərbi xidmət qulluqçuları istisna olmaqla) “Tibbi sığorta haqqında” qanuna uyğun olaraq Xidmətlər Zərfində nəzərdə tutulduğu halda icbari tibbi sığorta vəsaitləri hesabına, Xidmətlər Zərfində nəzərdə tutulmadıqda, habelə müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularına dövlət hesabına tibbi yardım göstəriləcək.
APA-nın məlumatına görə, bu, Milli Məclisin bu gün keçirilən iclasında üçüncü oxunuşda müzakirə edilən “Hərbi qulluqçuların statusu haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb. Qüvvədə olan qanuna əsasən, hərbi qulluqçuların xidmət yerində hərbi-tibbi idarələr olmadıqda, habelə təcili tibbi yardım göstərmək zərurəti yarandıqda idarə mənsubiyyətindən asılı olmayaraq bütün mülki səhiyyə idarələrində onlara pulsuz yardım göstərilməlidir.
Qanun layihəsi səsə qoyularaq qəbul edilib.
Mətbuat
“Virtual Diabet Məktəbi” layihəsi üzrə Anlaşma Memorandumunun imzalanması mərasimi keçirilib
15 Yanvar 2021 16:46
Həkim-infeksionist: Vaksinasiya COVID-19-dan qurtuluş yoludur
02 Yanvar 2021 16:09
Gələn ildən hər kəsin ailə həkimi olacaq
29 Dekabr 2020 19:12
İcbari tibbi sığorta xidmətləri daha 1 il ƏDV-dən azad edilir
16 Dekabr 2020 18:17
Vaxtından əvvəl doğulan uşaqların reanimasiyası təşkil ediləcək
28 Noyabr 2020 15:47
Tibb müəssisələrinin akkreditasiyası qaydası təsdiqlənib
11 Noyabr 2020 14:40
“Sığortaolunanların fərdi uçotunun aparılması Qaydası” təsdiq edilib
23 Oktyabr 2020 11:30
Operativ Qərargah: xüsusi karantin rejimi çərçivəsində bir sıra məhdudiyyətlərin tətbiq olunmasına qərar verilib
16 Oktyabr 2020 10:18
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Azərbaycana yeni gətirilən təcili tibbi yardım avtomobilləri ilə tanış olublar
22 Sentyabr 2020 14:17
Tərtər rayonuna iki ədəd yeni təcili tibbi yardım avtomobili verilib
18 Sentyabr 2020 15:17