01 Avqust 2022 15:01
Cari ilin ilk 6 ayı ərzində İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə 16 463 vətəndaş müraciəti daxil olub
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə (Agentlik) 2022-ci ilin ilk 6 ayı ərzində ümumilikdə 16 463 vətəndaş müraciəti daxil olub. Müraciətlərin 16 400-ü ərizə, şikayət və təklif xarakterli olmaqla məktub, 63-ü isə teleqram vasitəsilə edilib. 4238 müraciət vətəndaşlar tərəfindən birbaşa olaraq Agentliyə edilib. Müraciətlər əsasən Bakı, Sumqayıt, Gəncə şəhərləri, Şəki, Bərdə, Masallı və Cəlilabad rayonlarının sakinlərindən daxil olub. Müvafiq dövlət qurumlarından baxılması üçün Agentliyə yönləndirilən vətəndaş müraciətlərinin sayı isə 12 225 təşkil edib.
Daxil olan müraciətlərin 7919-u müayinə və müalicə, 4576-sı əlillik məsələləri, 1694-ü işə qəbul və əmək münasibətləri, 841-i dərman vasitələri və tibbi sərflə təminat, 487-si COVID-19, 946-sı isə digər məsələlər ilə bağlı mövzuları əhatə edib. Bütün müraciətlərə qanunvericiliklə müəyyən edilmiş qaydada və müddətdə baxılıb.
Habelə, Agentliyin sosial şəbəkələrdəki səhifələrinə cari ilin ilk 6 ayı ərzində 14 769 sorğu daxil olub. Sosial şəbəkələrdəki vətəndaşları ən çox maraqlandıran mövzular Xidmətlər Zərfinə daxil olan tibbi xidmətlər, əlillik məsələləri, TƏBİB-in tabeliyindəki dövlət tibb müəssisələrinin və Agentliyin müqavilə bağladığı özəl tibb müəssisələrinin siyahıları, tibb işçilərinin əməkhaqları ilə bağlı artımlar və s. olub.
Bundan başqa, qeyd edilən müddət ərzində Agentliyin rəhbərliyi və vəzifəli şəxsləri tərəfindən 5617 vətəndaş qəbul edilib. Onlardan 140 nəfər Şirvan şəhəri, Hacıqabul, Quba, Qusar, Neftçala, Salyan, Balakən, Zaqatala və Qax rayon sakini Agentliyin İdarə Heyətinin sədri tərəfindən səyyar qaydada qəbul edilib. Qəbula gələn vətəndaşlar əsasən dərman təminatı, tibbi sərfin qarşılanması, əlillik dərəcəsinin təyin edilməsi, müayinə-müalicə, cərrahi əməliyyatlar, işlə təminat, göndərişlərin verilməsi və s. məsələlər ilə bağlı müraciət ediblər. Vətəndaşların müraciətləri qanunvericiliyin tələblərinə uyğun şəkildə cavablandırılıb və onların həlli istiqamətində zəruri tapşırıqlar verilib. Məlumat üçün bildirək ki, vətəndaş qəbulu ölkə ərazisində tətbiq edilən xüsusi karantin rejiminin qayda və tələblərinə uyğun keçirilib.
Məlumat üçün bildirək ki, səyyar qəbullar Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən “Mərkəzi icra hakimiyyəti orqanlarının və digər idarəetmə qurumlarının rəhbərləri tərəfindən şəhər və rayonlarda keçiriləcək vətəndaşların qəbulu cədvəli”nə uyğun olaraq təşkil edilib.
Xəbərlər
İcbari tibbi sığorta ilə 182 000-dən artıq doğuş aparılıb
16 İyul 2024 11:10
Diz oynağının endoprotezləşməsində İsveçrə istehsalı protezlərdən istifadə olunur
12 İyul 2024 10:42
Kəskin orta otitin cərrahi müalicəsi icbari tibbi sığorta ilə qarşılanır
09 İyul 2024 11:11
Tiroidektomiya əməliyyatı icbari tibbi sığorta ilə ödənişsizdir
05 İyul 2024 10:25
İcbari tibbi sığorta ilə qasıq yırtığı açıq və laparoskopik üsulla bərpa olunur
01 İyul 2024 15:18
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin nümayəndə heyəti Yaponiyaya işgüzar səfər edib
28 İyun 2024 10:51
İcbari tibbi sığorta ilə 540 splenektomiya əməliyyatı icra olunub
24 İyun 2024 14:52
Zaur Əliyev Goranboy şəhərində vətəndaşları qəbul edib
21 İyun 2024 17:00
İcbari tibbi sığorta uşaqlığın çıxarılması əməliyyatını qarşılayır
21 İyun 2024 10:57
Agentlik, TƏBİB və Ankara Universiteti üçtərəfli anlaşma memorandumu imzaladı
14 İyun 2024 14:49