23 Avqust 2021 11:51
Cari ilin ilk 7 ayı ərzində İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə 13 939 vətəndaş müraciəti daxil olub
2021-ci ilin ilk 7 ayı ərzində İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə (Agentlik) ümumilikdə 13 939 vətəndaş müraciəti daxil olub. Müraciətlərin 13 919-u ərizə, şikayət və təklif xarakterli olmaqla məktub, 20-si isə teleqram vasitəsilə edilib. 1660 müraciət bilavasitə vətəndaşlar, əsasən də Bakı şəhəri, Şəki, Bərdə, Masallı və Lənkəran rayonlarının sakinləri tərəfindən edilib. 12 279 vətəndaş müraciəti isə müvafiq dövlət qurumları tərəfindən baxılması üçün Agentliyə yönləndirilib.
Daxil olan müraciətlərin 6937-si müayinə və müalicə, 3981-i əlillik məsələləri, 1326-sı işə qəbul və əmək münasibətləri, 543-ü COVID-19, 468-i dərman vasitələri və tibbi sərflə təminat, 684-ü isə digər məsələlər ilə bağlı mövzuları əhatə edib. Bütün müraciətlərə qanunvericiliklə müəyyən edilmiş qaydada və müddətdə baxılıb.
Habelə, Agentliyin sosial şəbəkələrdəki səhifələrinə cari ilin ilk 7 ayı ərzində 14 725 sorğu daxil olub. Sosial şəbəkələrdəki vətəndaşları ən çox maraqlandıran mövzular Agentliyə və tibb müəssisələrinə işə qəbul qaydaları, icbari tibbi sığorta haqlarının əhali kateqoriyaları üzrə məbləği, Xidmətlər Zərfinə daxil olan tibbi xidmətlər, ailə həkiminə müraciət qaydası, immunitet və peyvənd sertifikatlarının əldə edilməsi və s. olub.
Qeyd edilən müddət ərzində 2252 vətəndaş qəbul edilib. Qəbula gələn vətəndaşlar əsasən dərman təminatı, tibbi sərfin qarşılanması, əlillik dərəcəsinin təyin edilməsi, müayinə-müalicə, cərrahi əməliyyatlar, işlə təminat, göndərişlərin verilməsi və s. məsələlər ilə bağlı müraciət ediblər. Vətəndaşların müraciətləri qanunvericiliyin tələblərinə uyğun şəkildə cavablandırılıb və onların həlli istiqamətində zəruri tapşırıqlar verilib. Məlumat üçün bildirək ki, vətəndaş qəbulu ölkə ərazisində tətbiq edilən xüsusi karantin rejiminin qayda və tələblərinə uyğun keçirilib.
Xəbərlər
Vətən müharibəsi iştirakçıları və şəhid ailələrinin sağlamlığının bərpası üçün tədbirlər davam etdirilir
10 Avqust 2022 15:35
Cari ilin ilk 6 ayı ərzində İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə 16 463 vətəndaş müraciəti daxil olub
01 Avqust 2022 15:01
Hepatit B və C viruslarına yoluxmuş şəxslərə ödənişsiz dərman preparatları verilir
28 İyul 2022 14:08
2022-ci ilin ilk 6 ayı ərzində icbari tibbi sığorta çərçivəsində 18,3 milyona yaxın tibbi xidmət göstərilib
27 İyul 2022 16:11
Agentliyin “1542” Çağrı mərkəzinə cari ilin ilk 6 ayı ərzində 83 866 müraciət daxil olub
26 İyul 2022 14:17
İyun ayında icbari tibbi sığorta çərçivəsində 3,4 milyondan çox tibbi xidmət göstərilib
25 İyul 2022 10:00
Zaur Əliyev Bərdə rayonunda vətəndaşları qəbul edib
22 İyul 2022 16:53
Koronavirus pandemiyası ilə mübarizədə iştirak edənlərə 2022-ci ilin mart və aprel ayları üzrə 4,3 milyon manatdan çox müddətli əlavə və mükafat ödənilib
20 İyul 2022 10:04
Agentliyin müqavilə bağladığı özəl tibb müəssisələrinin sayı 69-a qədər artırılıb
19 İyul 2022 15:54
Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və TƏBİB-in birgə məlumatı
18 İyul 2022 10:20