17 Aprel 2020 04:10
“COVID-19. İnfeksion nəzarət və profilaktika. Müayinə və müalicə” mövzusunda virtual konfrans keçirilib
Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM), İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) birgə təşkilatçılığı ilə aprelin 15-16-da “COVID-19. İnfeksion nəzarət və profilaktika. Müayinə və müalicə” mövzusunda virtual konfrans keçirilib.
Bu barədə AZERTAC-a İSİM-in Səhiyyə kommunikasiyası şöbəsindən bildirilib.
Ümumdünya Səhiyyə Təşkilatının dəstəyi ilə keçirilən konfransın təşkilində əsas məqsəd həkimlərin və digər tibb işçilərinin ehtiyacını nəzərə alaraq, COVID-19 xəstəliyinin profilaktikası, müayinə və müalicəsi üzrə ən son yeniliklərlə tibb işçilərini tanış etmək, bu sahədə ixtisaslaşmış beynəlxalq, o cümlədən yerli mütəxəssislərin bilik və bacarıqlarının paylaşılması idi.
Texniki olaraq İSİM-də təşkil edilən konfransa reanimatoloq, anestezioloq, terapevt, pediatr, ailə həkimi və digər ixtisaslı tibb işçiləri virtual olaraq internet vasitəsilə qoşulublar.
TƏBİB-in İnfeksion xəstəliklər üzrə işçi qrupunun həkim-infeksionisti Nəzrin Mustafayeva, Bakı Sağlamlıq Mərkəzinin reanimasiya və intensiv terapiya şöbəsinin müdiri Yeganə Abbasova, Mərkəzi Gömrük Hospitalının anestezioloq-reanimatoloqu Təranə Göyüşova, İSİM-in şöbə müdiri Nabil Seyidov, Azərbaycan Tibb Universitetinin Tədris-Terapevtik Klinikasının Şüa diaqnostikası şöbəsinin müdiri Aydın Əliyev, İSİM-in şöbə müdiri Samir Mehdiyev və həkim-metodisti Könül İsmayılova konfransda çıxış ediblər.
Çıxışlarda COVID-19 xəstəliyinin epidemiologiyası, bu xəstəliyə infeksion nəzarət və tibb müəssisəsinin hazırlığı, tibb işçiləri arasında kontakt, hava və damcı yolu ilə yoluxmanın profilaktikası, fərdi qoruyucu vasitələr: geyinmə və soyunma, COVID-19 zamanı radioloji müayinənin əsasları, reanimasiya şöbəsində ağır və çox ağır COVID-19 xəstələrinin menecmenti: Türkiyə və ABŞ təcrübəsi, mexaniki ventilyasiya və oksigenasiya və digər aktual məsələlər diqqətə çatdırılıb.
Səmərəli fikir mübadiləsi şəraitində keçən virtual konfransın iştirakçılarına online sertifikatlar təqdim edilib.
Agentlik mətbuatda
İcbari tibbi sığorta ilə sağlam ailə zənciri quraq
17 Avqust 2023 22:00
Pulsuz müalicə olunmaq istəyənlərin DİQQƏTİNƏ - Bunları etməlisiniz
30 İyul 2023 00:23
Dynatrace в государственном секторе: как ГАОМС в 3 раза сократило время на устранение сбоев IТ-систем
21 İyul 2023 17:50
“Xəstəni 3 dəfə ölümdən geri döndərə bildik” - KTM-in Təcili tibbi yardım şöbəsindən reportaj
19 İyul 2023 14:41
Помните программу «e-Tabib» во время пандемии? Есть новости!
03 İyul 2023 18:40
Агентство ОМС об обязательной диспансеризации детей
01 İyul 2023 16:53
Азербайджан закупил аппараты для восстановления дыхания, сердца... и многое другое
22 İyun 2023 19:56
“Valideynlər deyir ki, icbari tibbi sığorta ilə bütün həkimlərdən keçdik və razı qaldıq”
09 İyun 2023 15:47
Азербайджанские больницы переходят на цифровое оборудование
26 May 2023 15:53
Азербайджан оснащает государственные больницы суперсовременным оборудованием
23 May 2023 10:00