18 Yanvar 2021 12:25
Dövlət qurumlarının rəhbər şəxsləri koronavirusa qarşı peyvənd olunublar
18 yanvar 2021-ci il tarixində Bakı Sağlamlıq Mərkəzində Səhiyyə naziri Oqtay Şirəliyev və nazirin iki müavini, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin İdarə Heyətinin sədri Ramin Bayramlı və qurumların məsul əməkdaşları koronavirusa qarşı peyvənd olunublar.
O.Şirəliyev daha sonra jurnalistlərə açıqlamasında bildirib ki, Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın səyi nəticəsində Azərbaycan əhalisini ilk vaksinasiya edən ölkələr sırasındadır: “Azərbaycan Çinin “Sinovac” şirkətinin istehsal etdiyi “CoronoVAC” vaksinini almışdır. Vaksin bir neçə ölkədə kliniki sınaqlardan keçirilmişdir. Vaksin çox effektlidir və mənfi təsirləri olmamışdır”.
Z.Əliyev bildirib ki, bu gündən etibarən respublikada koronavirusa qarşı vaksinasiyaya başlanılıb: “Azərbaycan Respublikasının COVID-19 əleyhinə 2021-2022-ci illər üçün vaksinasiya strategiyası”na əsasən ilk növbədə əhalinin sosial və tibbi cəhətdən yüksək risk qruplarının vaksinasiya edilməsi nəzərdə tutulur. Düşünürəm ki, qısa zamanda vaksinin müsbət təsirini görəcəyik”.
Qeyd edək ki, sözügedən strategiyanın əsas məqsədi ölkədə geniş yayılmış koronavirus pandemiyasının qarşısının alınmasına, virusa yoluxma və ölüm səviyyəsinin aşağı salınmasına nail olmaqdır. Vaksinin əhəmiyyəti immuniteti gücləndirmək yolu ilə xəstəlikdən qorunmaq, infeksiyanın ötürülməsini məhdudlaşdırmaq, ölüm halının qarşısını almaq və nəticədə səhiyyə sisteminə düşən yükü azaltmaqdan ibarətdir.
Məlumat üçün bildirək ki, “CoronoVAC” vaksini ənənəvi, etibarlı və sınanmış inaktiv platformada hazırlanmışdır. Vaksinin ölkəyə mərhələli şəkildə gətirilməsi nəzərdə tutulub.
Xəbərlər
Agentliyin İdarə Heyəti sədrinin müavini “Caspian Energy Club”un “Online B2G Forum”unda iştirak edib
23 Fevral 2021 16:36
2021-ci ilin yanvar ayı ərzində icbari tibbi sığorta çərçivəsində 800 mindən çox tibbi xidmət göstərilib
22 Fevral 2021 12:09
Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin MƏLUMATI
16 Fevral 2021 09:45
Agentliyin “1542” Çağrı mərkəzinə ötən il 133 574 müraciət daxil olub
12 Fevral 2021 10:31
Agentliyin İdarə Heyətinin sədri Zaur Əliyev Gəncə şəhərində icbari tibbi sığortanın tətbiqi istiqamətində görülən işlərlə tanış olub
11 Fevral 2021 14:21
COVID-19 xəstəliyi əleyhinə vaksinasiya üçün elektron xidmət istifadəyə verilib
05 Fevral 2021 14:29
İcbari tibbi sığortanın 2020-ci il üzrə tətbiqi ilə bağlı mətbuat konfransı keçirilib
04 Fevral 2021 11:14
Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin məlumatı
03 Fevral 2021 08:23
2020-ci il ərzində İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə 16174 vətəndaş müraciəti daxil olub
01 Fevral 2021 11:35
Agentliyin konsolidə olunmuş maliyyə hesabatlarına dair kənar auditor rəyi ilə bağlı açıqlaması
29 Yanvar 2021 16:17