25 Yanvar 2022 15:34
Elmi tədqiqat institutlarının əməkdaşları üçün “Elmi tədqiqatların metodologiyası” adlı təlimlər keçirilir
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) və Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin (TİKA) birgə təşkilatçılığı ilə elmi tədqiqat institutlarının əməkdaşları üçün “Elmi tədqiqatların metodologiyası” adlı təlimlərin keçirilməsinə başlanılıb.
Açılış mərasimində Türkiyənin Azərbaycandaki səfiri Cahid Bağcı, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin (Agentlik) İdarə Heyəti sədrinin müavini Nigar Bayramova, Türkiyə Respublikası Qazi Universitetinin Tibb fakültəsinin dekanı professor Mustafa Necmi İlhan, TİKA-nın Bakı Proqram koordinatoru Fatih Yılmaz, Agentliyin Strateji təhlil departamentinin rəhbəri Araz Nəsirov, TƏBİB-in İdarə Heyəti sədrinin müşavirləri Elmir Bəşirov və Firəngiz Əliyeva, Strateji inkişaf departamentinin rəhbəri Yaqut Qarayeva, Tibbi fəaliyyətin təşkili departamentinin rəhbəri Teymur Mirzəbəyli və müvafiq struktur bölmələrinin əməkdaşları iştirak edib.
Açılış nitqi ilə çıxış edən Elmir Bəşirov keçiriləcək təlimlərin elmi-tədqiqat instutlarının inkişafında mahiyyətcə yeni mərhələnin başlanmasında müstəsna rola malik olacağını bildirib. O, 30 illik müstəqillik tarixində Azərbaycan Türkiyə münasibətlərinin bütün sahələrdə uğurla əks olunduğunu deyib.
Daha sonra çıxış üçün söz Agentliyin İdarə Heyəti sədrinin müavini Nigar Bayramovaya verilib. N.Bayramova Türkiyə və Azərbaycan Respublikası arasında sıx əməkdaşlığın bütün sahələri əhatə etdiyini qeyd edib. Ölkəmizdə icbari tibbi sığorta çərçivəsində səhiyyə xidmətinə vətəndaş əlçatanlığının təmin edildiyini, eyni zamanda ixtisaslı kadrların bilik və bacarıqlarının təkmilləşdirilməsi istiqamətində qardaş ölkə ilə təcrübə mübadiləsinin aparıldığını bildirib.
Çıxış edən fövqəladə və səlahiyyətli səfir Cahid Bağcı bir neçə gün öncə Türkiyə Azərbaycan diplomatik münasibətlərinin bərpasının 30-cu ildönümü münasibəti ilə tədbir iştirakçılarını bir daha təbrik edib. Səfir istər 44 günlük vətən müharibəsində, istərsə də COVID-19-la mübarizə tədbirlərində qardaş ölkənin daima Azərbaycanın yanında olduğunu və bundan sonra da hər zaman birlikdə addımlayacaqlarını vurğulayıb.
Sonda Qazi Universitetinin Tibb fakültəsinin dekanı professor Mustafa Necmi İlhan, TİKA-nın Bakı Proqram koordinatoru Fatih Yılmaz tədbirdə iştiraklarından məmnunluqlarını ifadə edib və bundan sonra da bu kimi fəaliyyətlərin davamlı olacaqlarını bildiriblər.
Rəsmi hissə bitdikdən sonra institutlarda çalışan mütəxəssislər üçün təlimlərin keçirilməsinə başlanılıb. Məlumat üçün qeyd edək ki, 25 tədqiqatçının iştirak edəcəyi təlim iki gün davam edəcək və sonda iştirakçılara təlim kursu başa vurmalarına dair sertifikat veriləcəkdir.
Mətbuat
İcbari Tibbi Sığortanın tətbiqindən məmnunuq
08 May 2022 10:00
1 manat ödəmədən bu tibbi xidmətlərdən istifadə edin
05 May 2022 16:45
AZƏRTAC-ın əməkdaşları üçün icbari tibbi sığorta sistemi mövzusunda təlim keçirilib
01 Aprel 2022 17:35
İcbari tibbi sığorta sahəsində məlumatlılığı artırmaq məqsədilə təlim
30 Mart 2022 15:00
Vətən fədailərinin ailələrinə sevgi borcumuz
17 Mart 2022 17:55
Nigar Bayramova: böyrək və qaraciyər köçürmələri icbari tibbi sığortanın Xidmətlər Zərfinə daxil ediləcək
10 Mart 2022 17:42
Ürək əməliyyatları icbari tibbi sığorta üzrə xidmətlər zərfinə daxil edilir
25 Fevral 2022 17:26
Agentlik sədri orqan köçürmələri sahəsindəki vəziyyətdən danışıb
25 Fevral 2022 17:21
Xidmətlər Zərfində tibbi xidmətlərin sayının və çeşidinin artırılması ilə bağlı layihə hazırlanır
05 Yanvar 2022 15:47
Milli Məclisdə icbari tibbi sığortaya həsr olunmuş dinləmə keçirilib
24 Dekabr 2021 12:52