30 Oktyabr 2023 15:00
İcbari tibbi sığorta ilə LOR əməliyyatları icra olunur
Adenoidektomiya (burun əti) və tonzillektomiya (boğaz əti) əməliyyatları icbari tibbi sığorta ilə ən çox icra olunan LOR əməliyyatlarından hesab olunur.
Burun və boğaz əti əməliyyatları otolarinqoloq tərəfindən təyin olunur. Diaqnostika üçün burun ciblərinin və yuxarı tənəffüs yollarının endoskopiyası və rentgenoqrafiyası aparılır. Eyni zamanda əməliyyat öncəsi müayinə və həkim konsultasiyası, laborator və instrumental müayinələr, histopatoloji müayinələr, qan və ya qan komponentləri, 12 yaşa qədər uşaqlarda yatış müddətində müşayiət edən şəxsin qidalanması, həkim təqibi icbari tibbi sığortanın Xidmətlər Zərfi ilə qarşılanır.
Əməliyyat otolarinqoloq-cərrah tərəfindən ümumi anesteziya altında aparılır. Anesteziya, reanimasiya və stasionarda yatış, eyni zamanda əməliyyat zamanı istifadə olunan dərman və tibbi sərf icbari tibbi sığorta təminatına daxildir.
Məlumat üçün bildirək ki, adenoidektomiya burun-udlaq nahiyəsində yerləşən burun ətinin cərrahi yolla çıxarılmasıdır. Bu əməliyyat ən çox 14 yaşına qədər uşaqlarda aparılır.
Burunla nəfəsalmada çətinlik, ağızdan nəfəsalma, xoruldama, ağzı açıq yatma, yuxuda tənəffüsün 10 saniyədən çox dayanması, konservativ müalicənin effektiv olmaması əməliyyat üçün göstəriş hesab oluna bilər. Əməliyyat olunmadıqda oksigen çatışmazlığına, çənə sümüyünün inkişaf anomaliyasına, eşitmə azlığı və diqqət dağınıqlığına səbəb ola bilir.
Tonzillektomiya boğazda irinli ağırlaşmalar, udmanın çətinləşməsi, tənəffüs yolunun tutulması və terapevtik müalicənin effekt vermədiyi hallarda həkim tərəfindən təyin olunur. Xroniki tonzilitdən əziyyət çəkən pasiyentləri əməliyyat etmədikdə revmatizm, nəticədə revmatik mənşəli ürək və böyrək xəstəliklərinə səbəb olur.
Qeyd edək ki, icbari tibbi sığorta ilə qarşılanan tibbi xidmətlərdən istifadə etmək üçün Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) tabeliyindəki istənilən dövlət tibb müəssisəsinə və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 9 elmi-tədqiqat institutuna şəxsiyyət vəsiqəsi ilə müraciət etmək kifayətdir.
İcbari tibbi sığortanın Xidmətlər Zərfi ilə təminata alınmış xidmətlərin siyahısı ilə buradan tanış ola bilərsiniz.
Xəbərlər
Öd kisəsinin xaric edilməsi icbari tibbi sığorta ilə ödənişsizdir
08 Dekabr 2023 11:15
Zaur Əliyev Qubada vətəndaşları qəbul edib
23 Noyabr 2023 16:45
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi media nümayəndələri üçün təlim keçirib
22 Noyabr 2023 16:00
Xəstəxanaların idarəedilməsi sahəsində 60 nəfər rəhbər heyət Türkiyə təcrübəsini öyrənir
14 Noyabr 2023 16:50
“Medinex” və “Beauty Azerbaijan” sərgilərinin açılış mərasimi keçirildi
02 Noyabr 2023 14:00
Süd vəzi müayinəsi icbari tibbi sığorta təminatına daxildir
31 Oktyabr 2023 09:10
Zaur Əliyev Lənkəranda vətəndaşları qəbul edib
27 Oktyabr 2023 15:37
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin məlumatı
26 Oktyabr 2023 12:08
Xüsusi qayğıya ehtiyacı olan şəxslər üçün tibbi aksiyalar keçirilib
20 Oktyabr 2023 12:30
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi informasiya sistemlərini “Hökumət buludu”na köçürüb
10 Oktyabr 2023 11:07