29 Dekabr 2020 19:12
Gələn ildən hər kəsin ailə həkimi olacaq
2021-ci il ərzində icbari tibbi sığorta bütün ölkədə tətbiq ediləcək. İcbari tibbi sığortanın tətbiqi ilə sığortaolunanlar ailə həkiminin xidmətindən yararlana biləcəklər. Ailə həkimi (sahə həkimi-terapevti, sahə həkimi-pediatrı) sığortaolunanlara ilkin səhiyyə xidmətləri göstərən həkimdir.
Təcili və təxirəsalınmaz tibbi yardım istisna olmaqla, vətəndaş səhhətində yaranan narahatlıqla bağlı ilk növbədə ailə həkiminə müraciət etməlidir. Ailə həkimi vətəndaşı müayinə/müalicə etdikdən sonra ixtisaslı tibbi yardıma ehtiyac olarsa, ixtisaslı həkimə göndəriş verir.
Bu barədə AZƏRTAC-a İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən bildirilib.
Ailə həkimini seçmək və ilkin səhiyyə xidməti üzrə dövlət tibb müəssisəsində qeydiyyata alınma prosesi “Sığortaolunanların ilkin səhiyyə xidməti üzrə dövlət tibb müəssisəsinə təhkimolunma Qaydası” əsasında həyata keçirilir.
Belə ki, ailə həkimini seçmək üçün sığortaolunan yaşadığı ərazi üzrə ən yaxın olan ilkin səhiyyə xidmətini göstərən dövlət tibb müəssisəsinə (poliklinika/Ailə Sağlamlıq Mərkəzi/kənd həkim məntəqəsi) müraciət etməlidir. Ərizə formasını doldurmalı və qeydiyyatçıya ərizə ilə yanaşı, şəxsiyyət vəsiqəsini, eləcə də yaşadığı ünvan üzrə qeydiyyata dair sənədi təqdim etməlidir. Ailə həkimini seçərək sığortaolunan tibb müəssisəsində qeydiyyata alınır.
Sığortaolunan ailə həkimini seçmək və məhdudiyyət qoyulmadan dəyişməkdə sərbəstdir. Lakin sığortaolunan eyni zamanda iki və ya daha çox tibb müəssisəsinə qeydiyyat üçün müraciət edə bilməz. Vətəndaş qeydiyyata alındığı tibb müəssisəsini öz arzusu ilə qeydiyyata alındığı gündən etibarən azı 1 (bir) təqvim ili keçdikdən sonra dəyişə bilər. Şəxsin yaşadığı ərazi dəyişildiyi halda isə yeni ərazidəki tibb müəssisəsinə yuxarıda göstərilən vaxt məhdudiyyəti nəzərə alınmadan qeydiyyata alınmaq üçün müraciət olunmalıdır.
Mətbuat
“Virtual Diabet Məktəbi” layihəsi üzrə Anlaşma Memorandumunun imzalanması mərasimi keçirilib
15 Yanvar 2021 16:46
Həkim-infeksionist: Vaksinasiya COVID-19-dan qurtuluş yoludur
02 Yanvar 2021 16:09
İcbari tibbi sığorta xidmətləri daha 1 il ƏDV-dən azad edilir
16 Dekabr 2020 18:17
Vaxtından əvvəl doğulan uşaqların reanimasiyası təşkil ediləcək
28 Noyabr 2020 15:47
Bütün xəstəxanalarda müddətli həqiqi hərbi xidmətdə olanlara dövlət hesabına tibbi yardım göstəriləcək
20 Noyabr 2020 02:32
Tibb müəssisələrinin akkreditasiyası qaydası təsdiqlənib
11 Noyabr 2020 14:40
“Sığortaolunanların fərdi uçotunun aparılması Qaydası” təsdiq edilib
23 Oktyabr 2020 11:30
Operativ Qərargah: xüsusi karantin rejimi çərçivəsində bir sıra məhdudiyyətlərin tətbiq olunmasına qərar verilib
16 Oktyabr 2020 10:18
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Azərbaycana yeni gətirilən təcili tibbi yardım avtomobilləri ilə tanış olublar
22 Sentyabr 2020 14:17
Tərtər rayonuna iki ədəd yeni təcili tibbi yardım avtomobili verilib
18 Sentyabr 2020 15:17